
Rusiyanın Kamçatka bölgəsində minlərlə maral avtomobil hərəkətinə ciddi əngəl yaradıb.
BAKU.WS xəbər verir ki, bu barədə Readovka Telegram kanalı məlumat yayıb.
Sürücülərdən biri vəziyyəti belə şərh edib:
"Onların nə vaxt bitəcəyini görmək mümkün deyil."
Kanala görə, "sonsuz" kimi görünən sürü yolu tamamilə bağlayıb və insanlar minlərlə maralın yol boyunca keçməsini gözləməli olublar. Bildirilir ki, heyvanlar dağlıq otlaqlara doğru hərəkət edirmiş, çünki soyuq havada orada daha asan qida tapacaqlar.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.