
Gəncə şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AVESTA.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində 1994-cü il təvəllüdlü Çinarə Hüseynova və 1992-ci il təvəllüdlü Habil Mustafayev müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.