25-12-2025, 16:48 176

Bolt Accelerator Demo Day: Azərbaycanda innovasiya və sahibkarlığı dəstəkləyən final təqdimatı uğurla başa çatdı

Bakı, 2025-ci il - Bolt Azərbaycan və SUP VC əməkdaşlığı ilə həyata keçirilən "Bolt Accelerator" proqramının final mərhələsi olan Demo Day – Final Təqdimat Günü uğurla keçirilib. Radisson Hotel Baku-da baş tutan tədbirdə finalçı komandalar öz biznes ideyalarını münsiflər heyəti və geniş auditoriya qarşısında təqdim ediblər.

Tədbirdə ölkənin müxtəlif bölgələrindən olan sürücülər, kuryerlər, gənc sahibkarlar, startap həvəskarları, media nümayəndələri və investorlar iştirak edərək innovativ layihələrlə yaxından tanış olublar. Demo Day iştirakçılar üçün həm ideyalarını nümayiş etdirmək, həm də yeni əməkdaşlıqlar qurmaq baxımından mühüm platforma rolunu oynayıb.

Ramil Məhərrəmov, Bolt Azərbaycan Əməliyyatlar meneceri:

"Bolt Accelerator proqramı ilə məqsədimiz sürücü və kuryer icmasını iqtisadi cəhətdən gücləndirmək, onların sahibkarlıq potensialını üzə çıxarmaqdır. Demo Day göstərdi ki, Azərbaycanda innovativ ideyalar və təşəbbüskar ruh güclüdür."

Tədbirin gedişi

Demo Day proqramı qeydiyyat və şəbəkələşmə sessiyası ilə başlayıb. Ardınca Bolt və SUP VC nümayəndələrinin açılış nitqləri səsləndirilib, proqramın mərhələləri və nəticələri təqdim olunub.

Daha sonra 20 finalçı komanda iki hissə üzrə çıxış edərək urban mobillik, logistika, EdTech ( təhsili texnologiya vasitəsilə daha effektiv, əlçatan və innovativ edən həllər və platformalar) və sosial təsir sahələrini əhatə edən biznes ideyalarını təqdim ediblər. Çıxışlardan sonra münsiflər heyəti məsləhətləşmə apararaq qalibləri müəyyən edib.

Münsiflər heyətinə Bolt-un Əməliyyatlar üzrə Baş meneceri Ramil Məhərrəmov, Əməliyyatlar üzrə Baş meneceri Fərid Əbdulzadə, BMU Texnopark direktoru, Vüsal Süleymanlı və "Qafqaz Ventures" şirkətinin nümayəndəsi, Samir Hacıbəyli daxil olub.

Qaliblər və layihələr

Bu il Azərbaycanda keçirilən Bolt Accelerator proqramının ümumi mükafat fondu 36 500 AZN təşkil edib. Qalib layihələr aşağıdakılardır:

1-ci yer – Abdulla Bəşiroğlu / "Stride" lahiyyəsi - 10.000 AZN

- Fərdi müəllimlər üçün dərs, ödəniş və ünsiyyəti vahid platformada idarə edən ağıllı sistem

2-ci yer – Gülnar Kazımzadə / "Çöldəki Dayəm" - 7000 AZN

- Uşaqlar üçün təhlükəsiz taksi xidməti

3-cü yerlər - 4500 AZN:

- Mirhüseyn Cavadzadə / "YEDDİ" – kafe və restoranlarda gün sonu yeməklərə endirim platforması

- Şirin Allahyarov / "Yelləncəklər" – uşaq parklarını ağıllı və təhlükəsiz oyun məkanlarına çevirən həll

- Etibar Əliyev / "SƏS" – asılılıqla mübarizəyə yönəlmiş sosial dəstək platforması

4-cü yerlər - 3000 AZN:

- Vəfa Əsgərova / "Lady Drive" – qadınlar üçün taksi xidməti

- Vaqif Hüseynov / "CityCars" – avtomobil parklarını müştərilərlə birləşdirən platforma

SUP VC-nin İcraçı Direktoru Rəşad Eyvazov bildirib:

"Bolt Accelerator Demo Day Azərbaycanda güclü ideyalar və böyük potensialın mövcud olduğunu bir daha göstərdi. SUP VC olaraq erkən mərhələli sahibkarları resurs, mentorluq və şəbəkə ilə dəstəkləyərək dayanıqlı bizneslərin formalaşmasına töhfə veririk. Bolt ilə əməkdaşlığımız innovasiya ekosisteminin inkişafına real dəyər qatır."

1-ci yerin qalibi Abdulla Bəşiroğlu isə qeyd edib:

"Bolt Accelerator proqramı mənim üçün ideyanı real biznes modelinə çevirmək baxımından böyük imkan yaratdı. Aldığımız mentorluq, bilik və dəstək Stride layihəsinin gələcək inkişafı üçün möhkəm əsas oldu. Bu proqram gənc sahibkarlar üçün əvəzolunmaz təcrübədir."

Proqram haqqında

Bolt Accelerator, Bolt-un qlobal Urban Fund təşəbbüsünün bir hissəsi olaraq həyata keçirilir və sürücü və kuryerlərin iqtisadi imkanlarının artırılmasına, innovativ biznes ideyalarının dəstəklənməsinə yönəlib. Proqram Nigeriya, Keniya, Qana, Cənubi Afrika və Avropada uğurla icra olunaraq 30-dan çox biznes ideyasının reallaşmasına dəstək verib.

Paylaş

Xəbər lenti

Nazir: "Sosial rifahın yüksəldilməsi üzrə mühüm nailiyyətlər əldə olunub" Bu gün, 19:48 Qeyri-sabit hava fermerləri çətin vəziyyətə saldı: Meyvə BAHALAŞACAQ? Bu gün, 19:48 İran ABŞ-ni ölkə daxilində qeyri-sabitlik yaratmağa çalışmaqda günahlandırıb Bu gün, 19:48 "Heydər Əliyev kuboku-2026": Azərbaycanın səkkiz boksçusu turnirə qələbə ilə başlayıb Bu gün, 19:48 Vaşinqtonla Tehran arasında münaqişə yenidən alovlana bilər - İran rəsmisi AÇIQLADI Bu gün, 18:48 Premyer Liqa: "Kəpəz" "Sumqayıt"ı məğlub edib Bu gün, 18:48 Qidalanma vərdişləri qastrit və xoraya necə təsir edir? Bu gün, 18:48 WUF13: Əlilliyi olan şəxslər üçün "Əlçatan Metro" xidməti mövcuddur Bu gün, 18:48 DİN: Axtarışda olan 200 nəfər saxlanılıb Bu gün, 18:48 Azərbaycan və Pakistan arasında həftəlik birbaşa uçuşların ümumi sayı 10-a çatır Bu gün, 17:48 "Böyük Dəbilqə": Rəşid Məmmədəliyev bürünc medal qazanıb Bu gün, 17:48 Botaqoz Bermuhambetova: "Qazaxıstan təhsil sahəsində Azərbaycanla əməkdaşlığı genişləndirir" Bu gün, 17:48 Anasının xəstəliyindən danışan Fatimə ağladı Bu gün, 17:48 Sürücülərin DİQQƏTİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq Bu gün, 17:48 Sumqayıt-Pirşağı yolunda qəza: Avtomobil ÇUXURA DÜŞDÜ Bu gün, 17:48 Qazaxıstanın ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrin sayı son bir ildə iki dəfə artıb Bu gün, 17:48 Tovuzda 73 yaşlı kişi faciəli şəkildə öldü Bu gün, 17:48 İslam İnkişaf Bankının prezidenti Azərbaycana səfər edəcək Bu gün, 17:48 "Heydər Əliyev kuboku-2026" beynəlxalq turnirinin açılış mərasimi keçirilib Bu gün, 17:48 Bu zavodun fəaliyyəti dayandırıldı - SƏBƏB Bu gün, 16:48 "Formula-1"in sabiq pilotu vəfat etdi Bu gün, 16:48 Xəzər rayonunda soyğunçuluq edən şəxs həbs edilib Bu gün, 16:48 Sülhə doğru növbəti addım Bu gün, 16:48 Azərbaycanda tükürpərdən olay: Qadın ərinin məzarı üzərində öldü Bu gün, 16:48 Çili diplomatı: "2026-cı il üçün məqsəd - Azərbaycanla ticarət əlaqələrinin inkişafıdır" Bu gün, 16:48 Tanınmış müğənni: "Səhnəyə çıxmasam belə, aylıq gəlirim 200 000-dir" Bu gün, 16:48 Biləsuvarın bu kəndində daxili yollar təmir olunacaq Bu gün, 16:48 Səfir: "Niderland Azərbaycanla energetika sahəsində əməkdaşlıqda maraqlıdır" Bu gün, 15:48 Gəncədə zavodun fəaliyyəti dayandırıldı - SƏBƏB Bu gün, 15:48 Heydər Əliyev Mərkəzində "İz" sənədli filminin nümayişi olub Bu gün, 15:48 Məşhur aktyor şəhər həyatından imtina edib, kəndə köçdü Bu gün, 15:48 Türkiyədə eyni anda 198 nəfər saxlanıldı - ANBAAN GÖRÜNTÜ Bu gün, 15:48 Yuri Qusev: Azərbaycanın Qarabağın bərpası üzrə təcrübəsi Ukrayna üçün faydalı ola bilər Bu gün, 15:48 Bu tarixdə Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ Bu gün, 15:48 Zaqatalada canavar 47 yaşlı kişiyə hücum edib Bu gün, 15:48 Lənkəranda tanınmış iş adamı ÖLDÜ Bu gün, 15:48 Elçin Əmirbəyov: Azərbaycan-İtaliya enerji əməkdaşlığının strateji əhəmiyyəti Hörmüz böhranından sonra daha da aydın şəkildə üzə çıxıb Bu gün, 14:48 Bakıda itkin düşən şəxsin GÖLDƏ MEYİTİ TAPILDI Bu gün, 14:48 Lənkəranda WUF13 Festivalı başlayıb Bu gün, 14:48 "Böyük Dəbilqə": Rəşid Məmmədəliyev bürünc medal uğrunda görüşə çıxacaq Bu gün, 14:48 Elçin Əmirbəyov: "Azərbaycan qazının Aİ ölkələrinə ixracının ikiqat artırılması mümkündür" Bu gün, 14:48 Ötən gün həyatını itirən həkimin ÖLÜM SƏBƏBİ BİLİNDİ Bu gün, 14:48 Gəncə terrorunda valideynlərini itirən Sevilin oğlu Bu gün, 14:48 Azərbaycanın hərbi pilotları yeni silah sistemləri ilə tanış olublar Bu gün, 14:48 Sabah hava yağışlı olacaq? Bu gün, 13:48 Dubayda yaşayış icazəsi almaq asanlaşdı Bu gün, 13:48 Ucuz qiymətə mebel satışı adı altında sosial şəbəkələrdə dələduzluq edən şəxs saxlanılıb Bu gün, 13:48 Baş Qərvənd kəndində "Ağıllı kənd" layihəsi nə vaxt tam hazır olacaq? Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR