
İsrail xarici işlər naziri Gideon Saar yanvarın 26-da Bakıya gələcək.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, səfər bir gün davam edəcək.
"Buraya bir sıra görüşlər, o cümlədən Azərbaycan xarici işlər naziri ilə danışıqlar daxildir. Bundan sonra Saar Qazaxıstana səfər edəcək", - İsrail mənbəsi bildirib.
"Bu səfər Qərb və İsrail analitiklərinin artan diqqəti fonunda baş verir, onlar tez-tez Bakını "Mərkəzi Asiyaya qapı" adlandırırlar", - məlumatda qeyd edilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.