22-01-2026, 16:48 451

Lənkəranda valyutadəyişmə ilə məşğul olan yaşlı kişiyə qarşı dələduzluq:

Lənkəranda 2002-ci il təvəllüdlü Azər valyutadəyişmə biznesi ilə məşğul olan Xubəliyə qarşı quldurluq edib.

BAKU.WS Teleqraf.az-a istinadla xəbər verir ki, Azər 2024-cü il fevralın 11-də saat 16 radələrində Cil kəndindəki evindən Lənkəran şəhərinə Mərkəzi bazara gedib.

Orada fərdi qaydada valyutadəyişmə ilə məşğul olan 1938-ci il təvəllüdlü Xubəlinin pulunu asanlıqla ələ keçirə biləcəyini güman edib. Yalandan ona qoca nənəsinin 200 min rus rublunu Azərbaycan manatına dəyişmək istədiyini bildirib, birlikdə yaşadığı kəndə getməyi təklif edib.

Təklifə inanan Xubəli taksi işlədən qohumunun "KIA Rio" avtomobilində Azərlə birlikdə saat 19 radələrində Cil kəndinə gedib.

Azər Xubəlini evin həyətinə dəvət edib. Evdə işıqlarının yanmadığını və heç kəsin olmadığını görən qonağın məsələdən hali olduğunu başa düşüb. Gödəkçəsinin sağ cibində saxladığı bıçaqla qəflətən Xubəliyə hücum edib. Ondan pul tələb edib. Cibində 1600 manat pul olan Xubəli əlindəki əsa ilə müqavimət göstərib.

Azər bıçaqla ona zərbə vurub. Xubəlinin qışqırıq səsinə taksi sürücüsü həyətə daxil olub. Azər hadisə yerindən uzaqlaşıb.

İstintaq orqanı tərəfindən Azərin barəsində Cinayət Məcəlləsinin 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq törətmək) maddəsi ilə ittiham elan edilib.

İş üzrə ifadə verən Azər ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, hadisə günü günorta saat 3-dən sonra evdən çıxıb:

"Axşam saat 5 radələrində evə gələcəkdim. Xubəlini orada gördüm, taksi pulum olmadığından yalandan evdə 200 min rubl pul olduğunu, onu dəyişmək istədiyimi dedim. Həyətə gəldikdə Xubəliyə evə gəlmək üçün onu aldatdığımı, evdən taksi pulu götürərək verəcəyimi dedim. Xubəli məni təhqir etdiyindən bıçağı çıxararaq qolundan bir zərbə vurdum".

Təqsirləndirilən şəxs qeyd edib ki, Xubəlinin pul dəyişməklə məşğul olduğunu bilib:

"Onu bazardan tanıyıram, pul da dəyişmişəm. Xubəli də məni tanıyır. O, nənəmlə Həcc ziyarətində də olub. Pulun nənəmə lazım olduğunu dedim.

Lənkərana gələndə üzərimdə pulun olmadığını, kəndə necə qayıdacağımı fikirləşirdim. Çünki həmin vaxt anlaqsız idim. Mənim psixi problemlərim var, bəzən evi tərk edərək gedirəm. Ağlım özümə gələndə evə dönürəm.

Xubəlini evə aparanda yolda özümə gəldim. Onu həyətə saldım, amma üzərində pul axtarmadım. Xubəlini vurduqda yerə yıxıldı. On saniyə keçmədi ki, taksi sürücüsü Taleh həyətə girdi".

Təqsirləndirilən şəxs ibtidai istintaqa fərqli ifadə verib. O, göstərib ki, xərcləməyə pulu olmadığına görə rus pulu dəyişmək adı ilə Xubəlini yaşadığı evin həyətinə gətirmək, qorxudaraq ondan pul alıb Bakı şəhərinə getmək qərarına gəlib:

"Saat 18 radələrində tanımadığım taksi ilə Lənkəran şəhərində bazar tərəfdə mağazanın qarşısına gəldim. Xubəliyə yalandan dedim ki, nənəmin 200 min rus rublu var, bazara gələ bilmir, gedək Cil kəndinə, onun pulunu manata dəyiş. Xubəli də mənimlə razılaşdı və dedi ki, qohumuma zəng edim, taksi ilə bizi aparsın".

Təqsirləndirilən şəxsin ilkin ifadəsinə görə, saat 19 radələrində yaşadığı evin həyət qapısının qarşısına çatıblar: "Xubəli ilə həyətə daxil olduq. Ona qabaqda getməyi təklif etdim, "sən qabaqda get", - dedi. Bir-iki addım atdıqdan sonra dedi ki, bu evdə heç kim yaşamır, sən məni aldatdın, şəhərə qayıdıram. Geri çevrilərkən qarşısını kəsdim. Cibimdən bıçaq çıxardım və Xubəlini hədələdim. Dedim, cibində olan pulları ver, yoxsa səni bıçaqla vuraram. O da pulları verməyəcəyini bildirdi. Qışqıraraq çöldə dayanmış qohumunu çağıranda bıçaqla onun sol qolundan vurdum.

Xubəli yerə yıxıldı, əlində olan dəmir çəlik, başında olan papaq yerə düşdü. Bıçaqla qılçasından vurdum. Dedim ki, sənə deyirəm, tez ol cibində olan pulları ver. Bıçaq əlimdən yerə düşdü, Xubəlinin qohumu həyətə daxil oldu. Mən bıçağı yerdən götürərək bağa tərəf qaçdım. Bakı şəhərinə gedən taksi maşınlarına yaxınlaşdığım zaman polislər məni tutdular".

Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Azər 8 il müddətinə azadlıqdan məhrum edilib.

Paylaş

Xəbər lenti

Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 6 medal qazanıblar Bu gün, 00:48 Köhnə mənzillərdə əvvəlki sakinlərdən qalan izlər nəyi danışır? Bu gün, 00:48 Tikinti aparmaq istəyən şəxslərə pis xəbər Dünən, 23:48 İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu Dünən, 23:48 Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib Dünən, 23:48 Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub Dünən, 23:48 FTX yüksəkrütbəli hərbçiyə qarşı sui-qəsdin qarşısını alıb - DETALLAR Dünən, 23:48 Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Dünən, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Dünən, 22:48 Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib Dünən, 22:48 Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq" Dünən, 22:48 Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR Dünən, 22:48 Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır Dünən, 22:48 Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Dünən, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Dünən, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Dünən, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Dünən, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Dünən, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Dünən, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Dünən, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Dünən, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Dünən, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Dünən, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Dünən, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Dünən, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Dünən, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Dünən, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Dünən, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Dünən, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Dünən, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Dünən, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Dünən, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Dünən, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Dünən, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Dünən, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Dünən, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Dünən, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Dünən, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Dünən, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Dünən, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Dünən, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Dünən, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Dünən, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Dünən, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Dünən, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Dünən, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Dünən, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR