29-01-2026, 15:48 230

Metroda xətlərin ayrılması prosesində sərnişinlərə gediş haqqı güzəşti ola bilərmi? - AÇIQLAMA

Bakı metrosunda həyata keçirilməsi nəzərdə tutulan xətlərin ayrılması layihəsi çərçivəsində "Cəfər Cabbarlı" və "Nizami" stansiyaları arasında təxminən 200 metrlik uzunluğa malik tunelin inşası nəzərdə tutulub.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, bu tunelin inşasına başlanılacağı zamandan etibarən sərnişinlərin səfərlərində müəyyən dəyişikliklər baş verəcək.

Belə ki, tikinti müddətində "Nizami" stansiyası yaşıl xətt üzrə müvəqqəti son dayanacaq olacaq.

Bu səbəbdən metronun "Dərnəgül" stansiyası istiqamətindən gələn sərnişinlər "Nizami" stansiyasında metronu tərk edərək qırmızı xəttə keçmək üçün alternativ ictimai nəqliyyatdan istifadə etməli olacaqlar. "Həzi Aslanov" istiqamətindən gələn sərnişinlər isə "28 May" stansiyasında metronu tərk edərək yaşıl xəttə keçmək üçün eyni qaydada alternativ ictimai nəqliyyatdan istifadə etməli olacaqlar.

Sözügedən dəyişiklər, yəni sərnişinlərin alternativ ictimai nəqliyyat vasitəsindən istifadə etməsi onların səfər xərcini artıra bilər. Məsələn, sərnişin "Həzi Aslanov" stansiyasından "Elmlər Akademiyası" stansiyasına getmək istəyirsə, "Həzi Aslanov" stansiyasında metroya daxil olarkən ödəniş edəcək, eyni zamanda "28 may" stansiyasından çıxıb "Nizami" stansiyası istiqamətində getmək üçün avtobusa minərkən ödəniş etmək və "Nizami" stansiyasından da metroya daxil olub "Elmlər Akademiyası" stansiyasına gedərkən ödəniş etmək məcburiyyətində qalacaq.

Yaranmış zərurəti nəzərə alaraq sözügedən istiqamətlərdə hərəkət edən sərnişinlərə ödənişlərlə bağlı güzəşt tətbiq edilə bilərmi?

Məsələ ilə bağlı açıqlama verən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) idarə heyətinin sədri Anar Rzayev bu prosesin necə tənzimlənməsi istiqamətində hesablamaların aparıldığını bildirib:

"Metronun büdcəsi ilə AYNA-nın büdcəsi fərqlidir. Ona görə də hesablamalar aparılır ki, görək bu məsələ necə olacaq. Hələ ki, müzakirələr gedir. Əsas odur ki, biz sərnişin sıxlığını qarşılamaq üçün neçə marşrutun lazım olduğunu hesablamışıq. Çünki burda özəl daşıyıcılar da var. Biz özəl daşıyıca desək ki, sən ödəniş alma, bu, suallara səbəb ola bilər. Ona görə də biz o məsələyə baxırıq. Biz nəqliyyatçılardan asılı olan odur ki, baxırıq ki, sərnişinləri necə aparıb ünvana çatdıraq. Onun bizdə cavabı var. Biz ona hazırıq. Metro işlərə tamamilə hazır olanda biz də prosesə başlayacağıq".

Qeyd edək ki, ötən gün "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nın ötən il üzrə icrasına həsr olunan dəyirmi masa keçirilib. Tədbirdə qeyd edilib ki, metro şəbəkəsində aparılan yenidənqurma və xəttlərin ayrılması dövründə sərnişin daşınmasının fasiləsiz təmin edilməsi məqsədilə alternativ avtobus marşrutları təşkil ediləcək. Bildirilib ki, bu məqsədlə 11 müvəqqəti avtobus xətti yaradılacaq. Bu marşrutlar əsasən "Nizami–28 May", eləcə də "Əcəmi–28 May" kimi intensiv istiqamətlər üzrə əlaqəni təmin edəcək. Metronun fəaliyyətində yarana biləcək məhdudiyyətləri avtobuslar kompensasiya edəcək.

Xatırladaq ki, Bakı metropolitenində xətlərin ayrılması istiqamətində kompleks tədbirlərə ötən il başlanılıb. Həmin zamanda metro tərəfindən xətlərin ayrılması layihəsinin əsas mərhələsi olan yeni tunelin tikintisinə 2025-ci ilin sonunda başlanılmasının nəzərdə tutulduğu bildirilirdi. Lakin proses bir qədər ləngiyir. Belə ki, layihənin birinci mərhələsi xətlərin ayrılması üçün zəruri olan minimum infrastrukturun qurulmasını əhatə edir. Bu çərçivədə "Dərnəgül" elektrik deposunun tikintisi mərhələli şəkildə icra olunur.

"Bakı Metropoliteni" QSC-nin dünən yaydığı açıqlamada bildirilib ki, 2025–2030-cu illəri əhatə edən Dövlət Proqramına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən depo ərazisindən keçəcək yeraltı avtomobil tunelinin inşası və Abay Kunanbayev küçəsini "Çinarlı" yaşayış kompleksi ilə birləşdirən piyada tunelinin yenidən qurulması işləri aparılır:

"Tunellərin açıq üsulla tikilməsi deponun icra qrafikində zəruri dəyişikliklərə səbəb olub.

AAYDA tərəfindən görülən işlər başa çatdıqdan sonra, deponun inşa edilən hissələrində dəmir yolu və digər infrastrukturun əlaqələndirilməsi qısa müddətdə həyata keçiriləcək".

Paylaş

Xəbər lenti

Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 6 medal qazanıblar Bu gün, 00:48 Köhnə mənzillərdə əvvəlki sakinlərdən qalan izlər nəyi danışır? Bu gün, 00:48 Tikinti aparmaq istəyən şəxslərə pis xəbər Dünən, 23:48 İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu Dünən, 23:48 Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib Dünən, 23:48 Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub Dünən, 23:48 FTX yüksəkrütbəli hərbçiyə qarşı sui-qəsdin qarşısını alıb - DETALLAR Dünən, 23:48 Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Dünən, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Dünən, 22:48 Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib Dünən, 22:48 Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq" Dünən, 22:48 Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR Dünən, 22:48 Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır Dünən, 22:48 Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Dünən, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Dünən, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Dünən, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Dünən, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Dünən, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Dünən, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Dünən, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Dünən, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Dünən, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Dünən, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Dünən, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Dünən, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Dünən, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Dünən, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Dünən, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Dünən, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Dünən, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Dünən, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Dünən, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Dünən, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Dünən, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Dünən, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Dünən, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Dünən, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Dünən, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Dünən, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Dünən, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Dünən, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Dünən, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Dünən, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Dünən, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Dünən, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Dünən, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Dünən, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR