2-02-2026, 17:48 207

IATA Heydər Əliyev Beynəlxalq Hava Limanının inkişaf planının hazırlanmasında AZAL-a dəstək verməyə hazırdır

Hazırda "Azərbaycan Hava Yolları" QSC (AZAL) öz biznes planını hazırlayır.

Müsahibəsində Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) Avropadakı regional vitse-prezidenti Rafael Şvartsman deyib.

O xatırladıb ki, IATA artıq Azərbaycana, o cümlədən AZAL-ın "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsi (AZANS) üçün trafikin proqnozlaşdırılması, AZAL üçün marşrut şəbəkəsinin və hava gəmiləri parkının planlaşdırılması məsələlərində dəstək göstərib.

"IATA ümid edir ki, AZAL-ın biznes planında müasir analitik alətlərin səmərəli tətbiqi üçün zəruri olan ən yaxşı beynəlxalq təcrübələr və ekspert tövsiyələri nəzərə alınacaq", - vitse-prezident qeyd edib.

Onun fikrincə, bu gün terminal məhdudiyyətlərinin aradan qaldırılması AZAL üçün əsas prioritetdir – belə ki, bu, ötürmə qabiliyyətinin əsas "dar boğaz"ıdır.

"AZAL-ın apardığı araşdırmalara görə, terminalın buraxılış qabiliyyəti ilə bağlı məhdudiyyətlər illik sərnişin axını təxminən 7 milyon nəfərə çatdıqda özünü büruzə verməyə başlayır. Bu hədd artıq 2024-cü ildə aşılıb, 2025-ci ilin sonuna isə sərnişin axını 7,64 milyon nəfəri ötüb. Bu fakt birmənalı olaraq təsdiq edir ki, məhz terminal bu gün hava limanının buraxılış qabiliyyətinin daha da artırılmasını məhdudlaşdıran əsas amildir", - R.Şvartsman bildirib.

Onun sözlərinə görə, qeyd olunan məsələlərin həlli üçün IATA ən yaxşı beynəlxalq təcrübələrə uyğun tədbirlər həyata keçirməyi tövsiyə edir. Birincisi, iqtisadi cəhətdən səmərəli modul həllərin tətbiqinə və tələbdən artıq infrastruktur obyektlərinin tikintisinə yol verməməyə imkan verən əsas planlaşdırma aləti kimi IATA-nın Hava Limanlarının Layihələndirilməsi və İnkişafı üzrə Təlimatından istifadə etmək lazımdır. İkincisi, böyük məbləğdə kapital qoyuluşu ilə bağlı qərar qəbul etməzdən əvvəl sərnişin axınlarının yenidən nəzərdən keçirilməsi, planlaşdırmaların optimallaşdırılması və əməliyyat proseslərinin təkmilləşdirilməsi hesabına cari buraxılış qabiliyyətini artırmaq məqsədəuyğundur.

IATA-nın vitse-prezidenti hesab edir ki, üçüncüsü, xüsusi "dar boğazları" müəyyən etmək və xidmətin sabit keyfiyyətini təmin etmək üçün xidmət səviyyəsi qiymətləndirilməlidir. "Bu, həm sərnişin təcrübəsi, həm də hava limanının nüfuzunun qorunması üçün mühüm əhəmiyyətə malikdir. Nəhayət, infrastrukturun genişləndirilməsi real trafik proqnozlarına uyğun olaraq modul prinsipi əsasında planlaşdırılmalıdır ki, bu da maliyyə risklərini minimuma endirməyə və rəqabət qabiliyyətini sarsıda biləcək hava limanı rüsumlarının həddindən artıq artırılmasının qarşısını almağa imkan verəcək", - o vurğulayıb.

R.Şvartsman qeyd edib ki, bu addımların həyata keçirilməsi sərnişinlərə yüksək keyfiyyətli xidmət göstərilməsini təmin edəcək və hava limanını uzunmüddətli dayanıqlı artıma hazırlayacaq: "IATA müvafiq qiymətləndirmələrin aparılmasında və iqtisadi cəhətdən əsaslandırılmış, gələcəyə yönəlmiş buraxılış qabiliyyətinin inkişaf planının hazırlanmasında AZAL və digər maraqlı tərəflərlə əməkdaşlığa hazırdır".

Paylaş

Xəbər lenti

Əfvə düşən 74 yaşlı qadın yenidən hakim qarşısında - Yeddi il həbs istənildi Bu gün, 13:48 Heydər Əliyev adına Hərbi İnstitutda gənc kursantların andiçmə mərasimi keçirilib Bu gün, 13:48 FHN: Ötən həftə 3 nəfərin meyiti tapılıb Bu gün, 13:48 Rusiya Ermənistana qaz nəqlini müvəqqəti dayandırır Bu gün, 13:48 Vəkil olmaq istəyənlərin nəzərinə: Test mərhələsinə sənəd qəbulu başladı Bu gün, 13:48 Azərbaycan Avtomobil Dillerləri Assosiasiyası Avto FM ilə əməkdaşlıq memorandumu imzalayıb Bu gün, 13:48 Xəstəxanaya başqa şikayətlə getdi, ürəyindən iynə çıxdı Bu gün, 13:48 Hörmüz boğazı ilə bağlı kritik toplantı son anda təxirə salındı Bu gün, 13:48 İrandan Azərbaycana 65 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alınıb Bu gün, 12:48 Bu halda kranla görülən bütün işlər dayandırılacaq Bu gün, 12:48 "McDonald"s Azərbaycan" ölkə üzrə şəhid ailələrinin birinci sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin etdi Bu gün, 12:48 Bulvar ərazisində suyun səthi neft ləkələri və tullantılardan təmizlənir Bu gün, 12:48 "Bilik günü" Azərbaycanda 34 dərəcə isti olacaq Bu gün, 12:48 İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"nın sertifikatı təqdim olunub Bu gün, 12:48 Bakıda güclü küləklərlə bağlı qabaqlayıcı tədbirlər görülüb Bu gün, 12:48 Maliyyə nazirinə yeni müşavir təyin edilib Bu gün, 12:48 Sabahdan Bakı metrosunda intervallar azaldılır Bu gün, 12:48 Komaya düşən Sevda Məmmədzadənin qızı: "Artıq orqanları iflas edir" Bu gün, 12:48 QMİ sədri: Şəriətdə süni intellekt məsələsinə xüsusi önəm vermək vacibdir Bu gün, 11:50 İlham Əliyev "SABAH.city" innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib Bu gün, 11:50 9 Avropa ölkəsi hava limanlarındakı xaosdan sonra yeni sistemi təxirə saldı Bu gün, 11:50 Əməkdar artist Yaqub Zurufçunun vəfatından 5 il ötür Bu gün, 11:50 İranın Baş prokuroru humanitar yardımlara görə İlham Əliyevə təşəkkür edib Bu gün, 11:49 Rusiya Dövlət Dumasından NATO ilə bağlı ittihamlara cavab: "Bu, isterika və təxribatdır" Bu gün, 11:49 DTX rəisi Əli Nağıyev Çinə gedib Bu gün, 11:49 TDT Müsəlman dini liderlərinin Bakı Bəyannaməsi qəbul edilib Bu gün, 11:49 TDT Müsəlman dini liderləri Prezident İlham Əliyevə müraciət ediblər Bu gün, 11:48 Azərbaycanda bəzi şəxslərin iş və istirahət vaxtları yenidən tənzimlənir Bu gün, 11:48 Dilarədən YENİ FOTOSESSİYA - "Azərbaycanın Türkan Şorayı"nı çəkirik Bu gün, 11:48 "Bakı Metropoliteni"ndə hərəkət interval üzrə bərpa olunub Bu gün, 10:48 TDT-nin Müsəlman dini liderlərinin 8-ci görüşü Türkiyədə keçiriləcək Bu gün, 10:48 TDT Müsəlman dini liderlərinin Bakı Bəyannaməsi qəbul ediləcək Bu gün, 10:48 Fuad Əliyevə vəzifə verildi Bu gün, 10:48 Səudiyyə Ərəbistanının 4 şəhərində fövqəladə vəziyyət siqnalı verildi Bu gün, 10:48 Xalq artisti Zaur Rzayev xəstəxanadan evə buraxılıb Bu gün, 10:48 Kıvanç Tatlıtuğun işçisi damdan yıxıldı - Aktyor barədə istintaq başladıldı Bu gün, 10:48 Veteran polkovnik vəfat etdi - FOTO Bu gün, 10:48 "Bakı Metropoliteni"ndə hərəkət interval bərpa olunub Bu gün, 09:48 Paytaxtın bəzi yollarında nəqliyyatın sıxlığı yaranıb Bu gün, 09:48 Bakıda TDT Müsəlman dini liderlərinin 7-ci Görüşü keçirilir Bu gün, 09:48 Yol polisi yeni tədris ilinin başlanılması ilə bağlı hərəkət iştirakçılarına müraciət edib Bu gün, 09:48 Allahşükür Paşazadə: Türk xalqları xoş və çətin anlarda əsl qardaşlıq nümunəsi göstərirlər Bu gün, 09:48 Çandra 6 qalaktikada 84 sirli rentgen mənbəyi aşkarlayıb Bu gün, 00:48 Revolut müştərilərinin məlumatları dələduzların əlinə keçib Dünən, 23:48 Bu qidaları yedikdən sonra yuxunuz gələ bilər Dünən, 23:48 Sentyabrda yeni münasibət yaşayacaq BÜRCLƏR Dünən, 23:48 Su 3,1 milyard il əvvəl vulkan püskürmələrinə səbəb olub Dünən, 22:48 İraq İranla sərhəddə 3 keçidi yenidən açır Dünən, 22:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR