
Mingəçevir şəhərində dəm qazından zəhərlənmə hadisəsi baş verib.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, hadisə şəhərin H.Əliyev prospektində yerləşən mənzillərdən birində baş verib.
Şəhər sakini, 38 yaşlı Nübar Yusifova və qızları -16 yaşlı D.Yusifli, 12 yaşlı N.Yusifli və oğlu 10 yaşlı E.Yusifli dəm qazından zəhərlənmə diaqnozu ilə şəhər mərkəzi xəstəxanasına çatdırılıblar.
Onlara tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.