7-02-2026, 20:48 113

Deputat: Məktəblərdə etik ünsiyyət qaydalarının daha sərt şəkildə qorunması vacibdir

Liseydə baş verən insident bir daha göstərdi ki, məktəb yalnız bilik verilən yer deyil, eyni zamanda, təhlükəsiz mühitin, davranış mədəniyyətinin və sosial bacarıqların formalaşdığı əsas məkandır.

BAKU.WS xəbər verir ki, bunu "Report"a açıqlamasında deputat Vasif Qafarov bildirib.

Onun sözlərinə görə, bu mühitin qorunması üçün məktəblərdə nizam-intizamın düzgün qurulması, qaydaların əvvəlcədən aydın şəkildə müəyyən edilməsi və hamıya eyni formada tətbiq olunması xüsusi əhəmiyyət daşıyır:

"Nizam-intizam anlayışı cəza kimi yox, şagirdin məsuliyyət hissini formalaşdıran, təhlükəsizliyi təmin edən və məktəbdaxili münasibətləri sağlamlaşdıran sistem kimi qəbul edilməlidir".

Geyim formasından da danışan deputat bildirib ki, bu məsələ təkcə görünüş və zahiri qayda deyil, məktəb mühitində bərabərliyin qorunması, diqqətin dərs prosesinə yönəlməsi, həmçinin bəzi hallarda təhlükəsizlik baxımından vacib funksional vasitədir.

"Bu mövzuda yanaşma qadağa dili ilə deyil, şagirdlərə və valideynlərə səbəbin izah edilməsi ilə aparılmalı, geyim qaydaları məktəbin ümumi dəyərlərini və ictimai məkana uyğun davranış modelini əks etdirməlidir" , - V. Qafarov qeyd edib.

Etik davranış qaydalarını məktəb mühitində zorakılığın və konfliktlərin qarşısını alan ən güclü profilaktik mexanizmlərdən biri adlandıran deputatın fikrincə, hörmət dili, şəxsi sərhədlərin qorunması, mübahisə mədəniyyəti, qrup təzyiqinə qarşı dayanıqlılıq kimi mövzular tərbiyə işinin əsas istiqamətlərindən olmalıdır:

"Xüsusən yeniyetməlik dövründə impulsiv davranışların artdığını nəzərə alaraq məktəb psixoloqu, kurator müəllim və mediator yanaşması kimi dəstək mexanizmləri gücləndirilməlidir".

Deputat bildirib ki, bu kimi hallarda məsuliyyətin yalnız məktəbin üzərinə qoyulması real nəticə vermir, çünki valideyn nəzarəti və ailədaxili tərbiyə faktoru da prosesin ayrılmaz hissəsidir.

"Rəqəmsal mühitdə nəzarətsiz qalmaq, gecə saatlarında sosial şəbəkə istifadəsi, anonim yazışmalar, aqressiv kontentə çıxış kimi amillər uşağın psixologiyasına və davranışına birbaşa təsir göstərir və məktəbdəki intizam problemlərinin bir hissəsi məhz bu təsirlərdən qaynaqlana bilər", - o deyib.

V. Qafarov xatırladıb ki, məhz bu səbəbdən dünyada son illər azyaşlıların sosial şəbəkədən istifadəsinə məhdudiyyət qoyulması istiqamətində ciddi tendensiya formalaşıb və bir çox ölkələr bu məsələyə qanunvericilik səviyyəsində yanaşmağa başlayıb.

"Avstraliya müəyyən platformalarda 16 yaşdan aşağı istifadəçilərin hesab yaratmasının qarşısını almaq üçün şəbəkələrə konkret öhdəliklər qoyur, Avropa İttifaqı isə "Rəqəmsal Xidmətlər Aktı" çərçivəsində azyaşlıların qorunması, yaş təsdiqi mexanizmləri və platformaların məsuliyyətinin artırılması istiqamətində addımlar atır" , - deputat vurğulayıb.

Milli Məclisin üzvü Böyük Britaniyanın platformalara uşaqları zərərli kontentdən qorumaq üçün sistemli təhlükəsizlik tədbirləri tətbiq etməyi, İspaniyanın 16 yaşdan aşağı uşaqların sosial şəbəkəyə girişinin məhdudlaşdırılması və real yaş yoxlaması mexanizmlərinin tətbiqini də örnək gətirilib:

"Bu baxımdan, məktəblərdə davranış kodeksinin yenilənməsi, etik ünsiyyət qaydalarının daha sərt şəkildə qorunması, kiberzorakılıq və onlayn təhqir hallarının da məktəbdaxili intizam pozuntusu kimi qiymətləndirilməsi, rəqəmsal savadlılıq proqramlarının genişləndirilməsi, valideynlər üçün maarifləndirici seminarların keçirilməsi və məktəb psixoloji xidmətinin gücləndirilməsi vacib addımlar hesab oluna bilər".

Paylaş

Xəbər lenti

Əlilliyin qiymətləndirilməsi üçün müalicə müddəti tələb olunmayan xəstəliklər hansılardır? Bu gün, 22:48 Ev şəraitində düzgün saxlanmadığı halda TƏHLÜKƏLİ OLAN BİTKİLƏR Bu gün, 22:48 "Tankers Trackers": İranın 4 neft tankeri ABŞ-nin blokadasından keçib Bu gün, 22:48 Tanınmış rusiyalı teleaparıcı vəfat etdi Bu gün, 22:48 Son günlərdə ölkə futbolunda baş verənlər müzakirə olundu Bu gün, 21:48 30 il əvvəlki qətlin üstü necə açıldı? - Taksi sürücüsünün amansızlıqla öldürülməsinin DƏHŞƏTLİ TƏFƏRRÜATI Bu gün, 21:48 Sahil Babayev yenidən Azərbaycan Boks Federasiyasının prezidenti seçilib Bu gün, 21:48 Hikmət Hacıyev slovakiyalı səfirlə iki ölkə arasındakı əməkdaşlığı müzakirə edib Bu gün, 21:48 Sumqayıtda aparılan tikinti sakinlərin evinə ziyan vurub? - RƏSMİ CAVAB Bu gün, 20:48 ADY sədri DYƏT ölkələrinin dəmir yolu rəhbərlərinin növbəti iclasında iştirak edib Bu gün, 20:48 Sabah Bakı Bulvarında Caz və Şərab Festivalı başlayır Bu gün, 20:48 "Reuters": İran ələ keçirilən gəmiləri Bəndər-Abbas limanına aparıb Bu gün, 20:48 Yol polisi qəzada xəsarət alan piyadanı xəstəxanaya çatdırıb Bu gün, 19:48 Virtual məkandan real təhlükəyə: Təhsil müəssisələrində artan silahlı insidentlər Bu gün, 19:48 Azərbaycanda "Son zəng" tədbirləri üçün TƏLƏBLƏR qoyuldu Bu gün, 19:48 Lu Mey: 2025-ci ildə Azərbaycana 60 mindən çox Çin vətəndaşı səfər edib Bu gün, 19:48 WUF13 müddətində dərslərin distant təşkili təhsilin fasiləsizliyini təmin edəcək Bu gün, 19:48 Martın 15-i keçirilmiş buraxılış imtahanında 9 nəfər maksimal nəticə göstərib Bu gün, 18:48 Bakıda 140A nömrəli marşrut nağdsız ödəniş sisteminə keçir Bu gün, 18:48 Naxçıvan Ticarət və Xidmət Departamentinin direktoru işdən çıxarılıb Bu gün, 18:48 Dağıstanda sel fəlakətinin baiskarlarına qarşı ƏMƏLİYYAT Bu gün, 18:48 Vaşinqtondan kritik xəbərdarlıq: "İranı indi tərk edin" Bu gün, 18:48 "SOCAR Trading" yeni neft-kimya zavodları üçün əsas amilləri açıqlayıb Bu gün, 17:48 Kürdə suyun səviyyəsi artıb, Qarqar çayında bənd yarılıb Bu gün, 17:48 Dövlət Komitəsinin sədri İran səfiri ilə görüşüb Bu gün, 17:48 BRAVO: 10 İlin Parıltısı Bu gün, 17:48 WUF13 ilə əlaqədar Bakının bu təhsil müəssisələrində dərslər DİSTANT OLACAQ Bu gün, 17:48 Natiq İbrahimov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib Bu gün, 17:48 Bakıdakı məktəblərdə yaz tətilinin vaxtı dəyişdirilib Bu gün, 17:48 Tramp bombalamağı ƏMR ETDİ - Hörmüzü minalayan İran gəmiləri... Bu gün, 17:48 Bakıda ictimai nəqliyyatda niyə vahid sistem qurulmur? Bu gün, 17:48 Martın 15-i keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub Bu gün, 17:48 İsti havada hansı içkilər təhlükəlidir? - Mütəxəssislər xəbərdarlıq edir Bu gün, 16:48 Ərini öldürən qadının məhkəməsi: "11 ay mənimlə üzbəüz oturub çörək yeyib, oğlumu öldürdüyünü gizlədib" Bu gün, 16:48 Bakcell gənc qızların İKT sahəsində təhsilinə dəstək verir Bu gün, 16:48 Bu tarixlərdə Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ Bu gün, 16:48 İsmayıllıda lotereyadan 100 000 manat uduldu Bu gün, 15:48 ARDNF I rübdə 22 ton qızıl satıb Bu gün, 15:48 İran: Hörmüz Boğazının açılması mümkün deyil Bu gün, 15:48 Salyanda marketdə yararsız məhsullar və saxta içkilər tapıldı Bu gün, 15:48 ABŞ İranla bağlı əməliyyatda 31 gəmini geri qaytardı Bu gün, 15:48 Bakı metrosunda qatarların hərəkəti tam bərpa olunub Bu gün, 15:48 Tuapsedə PUA hücumundan sonra "qara yağış" canlılara ZƏRƏR VURUB Bu gün, 15:48 Arda Gülər zədələndi Bu gün, 15:48 Dövlət Xidmətində rüşvətlə bağlı əməliyyat - İki vəzifəli şəxs saxlanıldı Bu gün, 15:48 Cibdən "iPhone" oğurlayan şəxs SAXLANILDI Bu gün, 15:48 Nazir Arzu Qarazadəyə vəzifə verdi Bu gün, 14:48 Sosial ödəniş alanların NƏZƏRİNƏ! Sabah YEKUNLAŞACAQ Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR