
Naxçıvanda bəzi ərazilərdə içməli suyun verilməsində fasilə yaranacaq.
AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, Naxçıvan şəhərinin 6-cı məhəllələri və Hacıniyyət kəndini içməli su ilə təmin edən magistral xətdə baş verən qəzanın aradan qaldırılması ilə əlaqədar sözügedən ərazilərin müəyyən ünvanlarında içməli suyun verilməsində bu gün saat 23:00-dan etibarən müvəqqəti fasilə yaranacaq.
Qəzanın aradan qaldırılması istiqamətində müvafiq işlər aparılır. Təmir-bərpa işləri yekunlaşdırıldıqdan sonra içməli suyun verilməsi əvvəlki rejim üzrə bərpa olunacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.