
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Elşad Nəsirov İndoneziyanın Bakıdakı səfiri Berlian Helmi ilə görüş keçirib.
Bu barədə məlumat İndoneziyanın Azərbaycandakı səfirliyi məlumat yayıb.
Görüş zamanı iki ölkə arasında neft-qaz və gübrə sahələrində əməkdaşlıq gündəliyində duran məsələlər, həmçinin "Pertamina" (İndoneziyanın dövlət neft şirkəti) ilə SOCAR arasında mümkün əməkdaşlıq perspektivləri müzakirə olunub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.