16-03-2026, 20:48 167

Samir Nuriyev Xocavənddə iclas keçirdi

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Xocavənd şəhərində Qərargahın növbəti iclası keçirilib.

BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, iclasda çıxış edən Samir Nuriyev işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış prosesinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin və ölkənin uzunmüddətli inkişaf strategiyasının əsas istiqamətlərindən biri olduğunu bildirib. Deyib ki, bu proses yalnız ərazilərin fiziki baxımdan bərpasını deyil, həmin torpaqlarda həyatın yenidən qurulmasını, dayanıqlı sosial-iqtisadi inkişafın təmin olunmasını və keçmiş məcburi köçkünlərin doğma yurdlarına ləyaqətli qayıdışını nəzərdə tutan kompleks yanaşmanı əhatə edir.

Qərargah rəhbərinin sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə son illər həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərində əsas prioritet baza infrastrukturunun yaradılması olub. Elektrik enerjisi, qaz və su təchizatı infrastrukturunun yenidən qurulması, yolların, körpülərin və tunellərin inşası regionda həyatın bərpası üçün ilkin zəruri şəraiti formalaşdırıb. Hazırkı mərhələdə isə dövlət tərəfindən ayrılan resursların mühüm hissəsi yaşayış fondunun genişləndirilməsinə, fərdi və çoxmənzilli evlərin tikintisinə və bərpasına yönəldilir. Bununla yanaşı, məktəblər, uşaq bağçaları, tibb məntəqələri və dövlət xidmətləri mərkəzləri kimi sosial obyektlərin fəaliyyətlərinin təşkili paralel şəkildə həyata keçirilir. Qeyd olunub ki, bu yanaşma öz doğma torpaqlarına qayıdan keçmiş məcburi köçkünlərin ilk gündən normal həyat şəraitinə sürətli adaptasiyasına imkan verir.

İşğaldan azad edilmiş ərazilərdə bu günədək ümumilikdə 41 yaşayış məntəqəsinin tikilərək və bərpa edilərək istifadəyə verildiyini, həmin ərazilərə keçmiş məcburi köçkünlərin qayıdışının təmin olunduğunu vurğulayan qərargah rəhbəri görülən işlər nəticəsində hazırda dövlət və özəl sektorlarda işləyənlər, həmçinin təhsil alanlar da daxil olmaqla, işğaldan azad edilmiş ərazilərdə ümumilikdə 80 mindən çox insanın yaşadığını və fəaliyyət göstərdiyini iclas iştirakçılarının diqqətinə çatdırıb. Qeyd edilib ki, qarşıdakı dövrdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri nəticəsində köç prosesi daha da sürətlənəcək və "Böyük Qayıdış" proqramının miqyası genişlənəcək.

Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə layihələrin icrası "Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində həyata keçirilir. Proqramda nəzərdə tutulmuş tədbirlər ardıcıl şəkildə icra olunur, bu isə qarşıya qoyulan məqsədlərə mərhələli şəkildə nail olunmasına və bərpa-quruculuq prosesinin uğurla davam etdirilməsinə imkan yaradır.

S.Nuriyev vurğulayıb ki, məskunlaşmanın dayanıqlılığı birbaşa məşğulluq imkanlarının yaradılması ilə bağlıdır. Bu baxımdan yeni iş yerlərinin açılması, kənd təsərrüfatı, xidmət sektoru, istehsal, tikinti və logistika sahələrində fəaliyyət imkanlarının genişləndirilməsi, həmçinin sahibkarlığın təşviqi, investorların cəlb olunması və dəstək mexanizmlərinin tətbiqi mühüm əhəmiyyət daşıyır.

Qərargah rəhbəri tarixi, mədəni və dini abidələrin bərpasının Böyük Qayıdış prosesinin mühüm istiqamətlərindən biri olduğunu qeyd edərək, bunun milli-mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib.

Daha sonra iclasın gündəliyinə uyğun olaraq, Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin fəaliyyəti, habelə "Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində görülən işlər barədə məlumatlar təqdim olunub. Məskunlaşma, iqtisadi fəallığın artırılması, sahibkarlığın inkişafı və mədəni irsin bərpası istiqamətində aparılan işlərə dair məruzələr dinlənilib.

İclasın yekununda Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş strateji vəzifələrin səmərəli icrası üçün zəruri tədbirlərin vaxtında həyata keçirilməsinin vacibliyi vurğulanıb. Qeyd olunub ki, hər bir məsələ üzrə konkret addımlar atılmalı və verilmiş tapşırıqlar operativ şəkildə icra olunmalıdır.

Səfər çərçivəsində Əlaqələndirmə Qərargahının üzvləri Xocavənd rayonu ərazisində həyata keçirilən bərpa, infrastruktur və iqtisadi layihələrlə, o cümlədən Xocavənd şəhəri və Hadrut qəsəbəsinin Baş planları ilə tanış olublar. Xocavənd şəhərində təmir olunmuş fərdi evlərə, Hadrut qəsəbəsində ilk yaşayış məhəlləsinə və Quzeyxırman kəndində aparılan təmir-bərpa işlərinə əyani baxış keçirilib. Həmçinin Hadrutda turizm inkişaf konsepsiyası təqdim olunub, təmir edilməsi nəzərdə tutulan mehmanxana layihəsi ilə bağlı məlumat təqdim edilib.

Xocavənd rayonunda bağçılıq təsərrüfatına və Qırmızı Bazar qəsəbəsində yerləşən günəbaxan yağları zavoduna baxış keçirilib, müəssisənin fəaliyyəti və yerli iqtisadiyyata verdiyi töhfə haqqında məlumat dinlənilib.

Səfər zamanı Hadrut məscidi ziyarət edilib, Azıx mağarasının infrastrukturunun inkişaf konsepsiyası təqdim olunub və ərazidə aparılan arxeoloji tədqiqatlar barədə məlumat verilib.

Paylaş

Xəbər lenti

Azərbaycanın İrandakı Səfirliyi fəaliyyətini bərpa edib Bu gün, 17:48 "Betmen"nin aktyoru vəfat edib Bu gün, 17:48 Tomskda FÖVQƏLADƏ VƏZİYYƏT: yüzlərlə həyətyanı sahə su altında qaldı Bu gün, 17:48 Bu yolda hərəkət MƏHDUDLAŞDIRILACAQ Bu gün, 17:48 Daha bir aktrisa "Uzak şehir"dən gedir Bu gün, 16:48 Azərbaycanın futzal millisinin Qazaxıstanla oyunlar üçün heyəti açıqlanıb Bu gün, 16:48 İsveç Rusiyadan gələn gəmini saxladı Bu gün, 16:48 Trampdan Çinə xəbərdarlıq: "İrana yardım baha başa gələcək" Bu gün, 16:48 Tərtərdə törədilmiş qətlin səbəbi məlum olub - TƏFƏRRÜAT Bu gün, 15:48 Kvaratsxeliyanın Maxaçevə etdiyi hədiyyəni İtaliyada oğurlayıblar Bu gün, 15:48 Nəqliyyat sektorunda yeni ERA BAŞLAYIR: QƏRARLAR qəbul edilib Bu gün, 15:48 Qohumunun evindən 320 min manat oğurlamaqda şübhəli bilinən şəxs həbs edilib Bu gün, 14:48 Azərbaycan tamblinq üzrə Avropa çempionatında komanda hesabında gümüş medal qazanıb Bu gün, 14:48 İsrail son saatlarda Livana zərbələr endirib: onlarla insan ölüb Bu gün, 14:48 Bu gün 53 minə yaxın şagird buraxılış imtahanı verib Bu gün, 14:48 Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq, dolu düşəcək Bu gün, 13:48 Suraxanıda dəmir darvazalar oğurlayan şəxslər ələ keçib Bu gün, 13:48 Yol polisindən hava ilə bağlı hərəkət iştirakçılarına XƏBƏRDARLIQ Bu gün, 13:48 İranın hücuma məruz qalan neft emalı zavodu fəaliyyətini bərpa edir Bu gün, 13:48 Laçının "Bəylik Bağları"nda ağacəkmə aksiyası keçirilib Bu gün, 12:48 Salyanda yol qəzası olub, ölən və xəsarət alanlar var Bu gün, 12:48 Müqəddəs Mürdaşıyan Zənənlər Kafedral kilsəsində Pasxa bayramından FOTOREPORTAJ Bu gün, 12:48 Cədvəldə var, amma dərs keçirilmir - Məktəblərdə fiziki tərbiyə fənni problemi Bu gün, 12:48 Bakıda marketlərdən oğurluqda şübhəli bilinən 5 nəfər saxlanılıb Bu gün, 12:48 Bakı bulvarında güllər yararsız hala salındı - VİDEO Bu gün, 11:48 Tərtərdə qətl törətməkdə şübhəli bilinən şəxs saxlanılıb Bu gün, 11:48 Bir sıra ərazilərə yağış, Şahdağa qar yağıb - FAKTİKİ HAVA Bu gün, 11:48 Qubada torpaq sürüşməsi baş verən kəndə ərzaq yardımı göndərilib Bu gün, 11:48 Macarıstanda parlament seçkiləri: səsvermə prosesinə start verildi Bu gün, 10:48 Hava ilə bağlı XƏBƏRDARLIQ - Yağış, şimşək, güclü külək... Bu gün, 10:48 İran XİN: İslamabad danışıqlarında razılaşmanın əldə olunmaması gözlənilən idi Bu gün, 10:48 Rüfət Nasosnu: "Əvvəl müəllimlər ikinci işdə çalışırdı, indi vəziyyətləri yaxşıdır" Bu gün, 10:48 Gəncədə pravoslavlar Pasxa bayramını qeyd edir Bu gün, 10:48 İslabadda ABŞ-İran danışıqları nəticəsiz qaldı Bu gün, 09:48 Bir aydan çox axtarışda olan şəxsin meyiti TAPILDI - Ramilin ölümünün TƏFƏRRÜATI Bu gün, 09:48 Qərbi Azərbaycan Xronikası: "Rusiyaya ümid erməni siyasətinin təhlükəli oyunu idi" Bu gün, 09:48 Premyer Liqa: "Qəbələ" "İmişli"ni, "Turan Tovuz" "Sumqayıt"ı qəbul edəcək Bu gün, 09:48 KİV: İslamabad danışıqları dalana dirənib Bu gün, 00:48 "Dedi ki, mən 20 manatlıq həkim deyiləm" - Gəncdən əməliyyat üçün pul tələb edilib? Bu gün, 00:48 Bu gün pravoslav xristianları Pasxa bayramını qeyd edir Bu gün, 00:48 Aprelin 12-si Dünya Aviasiya və Kosmonavtika Günüdür Bu gün, 00:48 Bu gün 53 minə yaxın şagird buraxılış imtahanı verəcək Bu gün, 00:48 Azərbaycan Yüksək Liqası: "DH Volley" finala vəsiqə qazanıb Dünən, 23:48 Edi Rama Albaniyanın Aİ-yə üzvlük prosesində durğunluq yarandığı iddialarını təkzib edib Dünən, 23:48 Türkiyədə tanınmış şəxslərin narkotik testlərinin nəticələri AÇIQLANDI Dünən, 23:48 Netanyahu: İrana qarşı əməliyyat hələ başa çatmayıb Dünən, 23:48 Əməkdar artist Nicat Kazımov: "Oğlumla tərəf müqabili olanda özümü diskomfort hiss edirəm" Dünən, 23:48 Fəhlə iş zamanı həyatını itirdi Dünən, 22:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR