11-04-2026, 14:48 90

Məhəmməd Rza Aref İranla ABŞ-nin anlaşması üçün Tehranın şərtlərini açıqlayıb

Əgər Vaşinqton "Öncə İsrail" prinsipini rəhbər tutarsa, İran ABŞ ilə razılığa gələ bilməyəcək.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə İranın vitse-prezidenti Məhəmməd Rza Aref "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Əgər biz İslamabadda "Öncə Amerika" ("America first", Donald Tramp komandasının siyasi şüarı - red.) nümayəndələri ilə danışıqlar aparsaq, ehtimal ki, hər iki tərəf və dünya üçün sərfəli olan razılıq əldə edə biləcəyik. Lakin biz "Öncə İsrail" tezisi ilə qarşılaşsaq, sövdələşmə olmayacaq; biz qaçılmaz olaraq müdafiəmizi əvvəlkindən daha qətiyyətlə davam etdirəcəyik və dünya böyük itkilərlə üzləşəcək", - M.Aref qeyd edib.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın Ali rəhbəri Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, Küveyt, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

Aprelin 8-də isə İran ilə ABŞ və onların müttəfiqləri ikihəftəlik atəşkəs barədə razılığa gəliblər.

ABŞ və İran arasında İslamabadda danışıqlar yerli vaxtla 17:00-dan (Bakı vaxtı ilə 16:00) sonra başlamalıdır.

Qeyd edək ki, ABŞ və İran arasında danışıqların əsas mövzuları kimi hərbi əməliyyatların dayandırılması, sanksiya siyasəti və regionun strateji kommunikasiyalarına nəzarət müəyyən edilib.

Tehran dialoqun yalnız Livanda atəşkəs və sanksiyaların qismən ləğvi şərti ilə başlamasında israr edir, Vaşinqton isə məhdudiyyətlərin yumşaldılmasını yalnız Tehranın nüvə və raket proqramları ilə bağlı güzəştləri müqabilində müzakirə etməyə hazırdır.

Tərəflər Hörmüz boğazının statusu məsələsində də fərqli mövqedədirlər: İran faktiki nəzarət və tranzit üçün ödəniş almaq hüququ tələb edir, ABŞ isə onun beynəlxalq gəmiçilik üçün tam açıq olmasında israrlıdır.

Əlavə olaraq Tehran dondurulmuş aktivlərin açılması və münaqişə nəticəsində ona dəyən ziyana görə kompensasiya ödənilməsi məsələsini qaldırır.

İran həmçinin ABŞ qoşunlarının Yaxın Şərqdən çıxarılmasını və hücum edilməyəcəyinə dair zəmanət tələb edir, Prezident Donald Tramp administrasiyası isə tam razılaşma əldə olunana qədər hərbi mövcudluğun saxlanılmasını mümkün hesab edir və danışıqlar uğursuzluqla nəticələnəcəyi təqdirdə eskalasiyanı istisna etmir.

Paylaş

Xəbər lenti

Qızıl mədənində çalışan işçilərin MAAŞ PROBLEMİ: Ödənişlər niyə yubadılır? Bu gün, 00:48 Metalların qiymətləri rekord bahalaşacaq - SƏBƏB Dünən, 23:48 Kombilərlə bağlı MƏHDUDİYYƏTİN SƏBƏBİ: Yeni qayda mənzil qiymətlərini artıracaq? Dünən, 23:48 Ürək döyüntülərinin artması, əllərin əsməsi və ... - Həkimdən XƏBƏRDARLIQ Dünən, 23:48 İsrail hərbçiləri Livanda xilasetmə briqadasına hücum edib Dünən, 23:48 Tramp Mertsi İranla bağlı mövqeyinə görə tənqid edib Dünən, 23:48 Azərbaycanda birinci sinfə qəbulla bağlı yenilik edilib Dünən, 23:48 Avtoxuliqanlıq edib videosunu sosial şəbəkədə paylaşan sürücü həbs edilib Dünən, 22:48 KİV: İranda hakimiyyət faktiki olaraq SEPAH-ın əlinə keçib Dünən, 22:48 Kirayə mənzillərlə bağlı VACİB AÇIQLAMA - Qiymətlər... Dünən, 22:48 "Haber Global": "Bakı BMT-nin nüfuzlu tədbirinə ev sahibliyi edəcək" Dünən, 22:48 BƏƏ OPEC-dən çıxdıqdan sonra da tərəfdaşları ilə əməkdaşlığı gücləndirəcək Dünən, 22:48 İsrail HƏMAS komandirini öldürdü Dünən, 21:48 İran ordusunun generalı: ABŞ quru əməliyyatına cürət etməyib Dünən, 21:48 İran sülh sazişinin yenidən baxılmış variantını təqdim edə bilər Dünən, 21:48 Elçin Əmirbəyov və Edmondo Çirielli Azərbaycan-İtaliya tərəfdaşlığının möhkəmləndirilməsini müzakirə ediblər Dünən, 21:48 "Real Madrid" onunla müqaviləni uzatmaq istəyir Dünən, 21:48 Toyuq paketlərindəki gizli TƏHLÜKƏ Dünən, 21:48 Avropadakı diaspor təşkilatları Mamdaninin Azərbaycana əsassız ittihamı ilə bağlı bəyanat yayıb Dünən, 20:48 Leyla Əliyeva Qəbələdən ailəvi foto paylaşdı Dünən, 20:48 Öd kisəsi ilə bağlı yayılan 4 yanlış fikir – həkimlər xəbərdarlıq edir Dünən, 20:48 SEPAH Kürdüstan vilayətində antiterror əməliyyatı keçirib Dünən, 20:48 Azərbaycan gömrüyü mal və nəqliyyat vasitəsinin yoxlanılması aktını iki iş gününə təqdim edə bilər Dünən, 19:49 Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında Dünən, 19:49 Tramp: "İran bizdən Hörmüz boğazını tezliklə açmağımızı istəyir" Dünən, 19:48 EBRD və Azərbaycanın Energetika Nazirliyi strateji "yol xəritəsi" üzrə əməkdaşlıq edir Dünən, 19:48 Qaxda canavarlar 5 baş qoyunu parçalayıb Dünən, 19:48 Ceyhun Bayramov BƏƏ-nin dövlət nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb Dünən, 19:48 Bakıda sərxoş dostlar arasında dava ölümlə nəticələndi - TƏFƏRRÜAT Dünən, 18:48 DİQQƏT! Mayın 1-də saat 10:00-dan 16:00-dək... Dünən, 18:48 Bakıda 1 yaşlı körpəyə ölümündən əvvəl qoturluq diaqnozu təyin olunubmuş Dünən, 18:48 Şəhiddən qalan SON FOTO: "Onunla hər yerə getdim, bircə şəhidlikdən başqa" Dünən, 18:48 Hərbi qulluqçular şəxsi jetonla təmin ediləcək Dünən, 18:48 WUF13-ə hazırlıq məqsədilə nəqliyyatın monitorinqi çərçivəsində bir sıra küçələrdə tənzimləmələr tətbiq olunacaq Dünən, 18:48 "Azercell" tətbiqinə dostunu dəvət et, bonus qazan! Dünən, 18:48 Bank kartları necə oğurlanır? - Ən təhlükəli üsullar və riskli ölkələr Dünən, 18:48 Azərbaycanda malların gömrük dəyəri manatla bəyan ediləcək Dünən, 18:48 Dövlət Gömrük Komitəsinin səlahiyyətləri genişləndirilir Dünən, 18:48 Birləşmiş Ərəb Əmirlikləri mayın 1-dən OPEC+ sazişindən ayrılır Dünən, 17:48 Mətanət İsgəndərli illər əvvəl buna görə 20 kiloqram arıqlayıb Dünən, 17:48 Aktrisa 12 ilik həyat yoldaşından boşandı Dünən, 17:48 "Report" İA və Baku TV Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq memorandumu imzalayıblar Dünən, 17:48 Süni intellektin taleyi məhkəmədə həll olunur: Mask və Altman üz-üzə Dünən, 17:48 Azərbaycan enerji təhlükəsizliyində alternativdən əsas marşruta çevrilir? - MÜHÜM MÜZAKİRƏ Dünən, 17:48 Türkiyədə aparıcının bu qısa geyimi tənqid edildi Dünən, 17:48 Mədəniyyət sahəsində qrantların verilməsi üçün yeni qaydalar hazırlanacaq Dünən, 17:48 Nadir Qafarzadədən anası ilə bağlı təsirli paylaşım Dünən, 17:48 Məşhur müğənni evlərini və maşınlarını satıb, kənddə 10 milyona zavod açdı Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR