15-04-2026, 17:48 432

Əlahiddə Ümumqoşun Orduda müddətdən artıq xidmət etmək istəyənlərin NƏZƏRİNƏ - QƏBUL BAŞLADI

Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan vətəndaşların qəbuluna başlanılır.

AVESTA.AZ xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, müddətdən artıq həqiqi hərbi xidmətə sənəd qəbulu mayın 15-dək Əlahiddə Ümumqoşun Ordunun Təlim və Tədris Mərkəzində (Ünvan: Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhəri, 1 nömrəli hərbi şəhərcik) həyata keçiriləcək.

"Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu"na ən azı ümumi orta təhsilli, müddətli həqiqi hərbi xidmətini başa vurmuş 35 yaşınadək hərbi vəzifəlilər (zabit, gizir, miçman hərbi rütbəsi olanlar istisna olmaqla), eləcə də ixtisasını dəyişmək və ya artırmaq arzusunda olan Silahlı Qüvvələrdə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etmiş ("Hərbi xidmətkeçmə haqqında Əsasnamə"nin 156-cı maddəsinin "a" bəndinə (xidmət müddəti başa çatdığına görə), "q" bəndinə (ştat ixtisarına görə) əsasən ordu sıralarından ehtiyata buraxılmış) 40 yaşınadək hərbi vəzifəlilər və 30 yaşınadək qadın cinsli vətəndaşlar qəbul edilir.

Kursa qəbul üçün tələb olunan sənədlər:

- kursa qəbul olunmaq barədə ərizə;

- anket forması;

- tərcümeyi-hal (1 nüsxədə);

- təhsil haqqında sənədin surəti (1 nüsxədə);

- doğum haqqında şəhadətnamənin surəti (1 nüsxədə);

- yaşayış yeri və ailə tərkibi haqqında arayış (1 nüsxədə);

- əlavə peşə və ya ixtisasınız varsa təsdiqedici sənədlərin surəti (diplom, sertifikat, şəhadətnamə və s.);

- şəxsiyyət vəsiqəsinin surəti və ya yeni nəsil şəxsiyyət vəsiqəsindən çıxarış (1 nüsxədə);

- sürücülük vəsiqəsinin surəti (olduğu təqdirdə, 1 nüsxədə);

- nikah haqqında şəhadətnamənin surəti (evli olduqda, 1 nüsxədə);

- həyat yoldaşının və uşaqların şəxsiyyət vəsiqələrinin surəti (1 nüsxədə);

- rəngli fotoşəkil (baş geyimsiz, anfas, 6 ədəd 3x4 sm, 2 ədəd 4.5x6 sm və 3 ədəd 9x12 sm);

- hərbi biletin bütün vərəqlərinin notarial qaydada təsdiq olunmuş surəti (1 nüsxədə, kişi cinsli vətəndaşlar üçün);

- psixonevroloji, narkoloji, vərəm və dəri-zöhrəvi dispanserlərindən (kabinetlərdən) qeydiyyatda olub-olmaması haqqında arayışlar.

Müraciətlər fevralın 15-dək saat 09:00-dan 17:00-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) qəbul olunur.

Qeyd:

1. Müddətdən artıq həqiqi hərbi xidmətdən "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılmış hərbi qulluqçuların və məhkumluğunun ödənilməsindən asılı olmayaraq məhkum olunmuş hərbi vəzifəlilərin kursa qəbul üçün müraciət göndərməmələri xahiş olunur.

2. "Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu"nu müvəffəqiyyətlə bitirmiş şəxslərin təyinatı Əlahiddə Ümumqoşun Ordunun ehtiyaclarına uyğun vakant vəzifələrin komplektləşdirilməsi üzrə həyata keçiriləcək.

Paylaş

Xəbər lenti

"Barselona" futbolçuları Bakıda Bu gün, 00:48 Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum olub Bu gün, 00:48 Ada Süleymanın həlak olduğu qəzadakı avtomobilin son halı Bu gün, 00:48 Sulutəpədə güclü yanğın Dünən, 23:48 ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyaları genişləndirib Dünən, 23:48 Fərid Qayıbov İstanbulda Avropa Oyunları ilə bağlı müzakirələrdə iştirak edib Dünən, 23:48 Melaniya Tramp: Vaşinqton Ukrayna nizamlanmasına dair yeni təkliflər üzərində işləyir Dünən, 23:48 Qarabağ Universiteti: Heç bir tələbə ali təhsil müəssisəsindən qovulmayıb Dünən, 22:48 Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib Dünən, 22:48 Tramp "Nvidia" rəhbərinin üç yeni çip hazırlamaq istədiyini açıqlayıb Dünən, 22:48 Ramiz Mehdiyevin kürəkəninin işi niyə yalnız Kəmalə Abıyevaya həvalə edilir? - Təsadüf, yoxsa üst-üstə düşən maraqlar? Dünən, 22:48 Evdə virusların yayılma riskini azaltmağın sadə yolu - Həkim açıqladı Dünən, 22:48 Azərbaycan COP31-in mükəmməl təşkilatçılığına görə Türkiyəni təbrik edib Dünən, 22:48 Səfir: Albaniya Orta Dəhlizin 8-ci Dəhliz və Dürres limanı ilə birləşdirilməsində maraqlıdır Dünən, 21:48 FIFA 2031 və 2035-ci il dünya çempionatlarına ev sahibliyi edəcək ölkələri açıqlayıb Dünən, 21:48 Çempionlar Liqasında "Sabah"la qarşılaşacaq "Barselona" Bakıya gəlib Dünən, 21:48 Bakıda mənzillər 2027-ci ildə də bahalaşacaq? - VACİB AÇIQLAMA Dünən, 21:48 Əməkdar müəllimi piyada keçidində maşın vurub öldürdü Dünən, 21:48 Bakıda mağazaları qarət edən iki nəfər saxlanıldı Dünən, 20:48 Dünyaca məşhur "Bvlgari" brendinin rəhbəri VƏFAT ETDİ Dünən, 20:48 29 binanın damı, fasadı və blokları yenilənəcək - Bu ərazilərdə... Dünən, 20:48 Merts Avropanın Rusiya ilə danışıqlara hazır olduğunu bildirib Dünən, 20:48 Keçmiş məcburi köçkünləri SEVİNDİRƏCƏK XƏBƏR - Bu rayonlarda... Dünən, 19:48 74 yaşlı qadının məhkəmə istintaqı yenidən başlayır Dünən, 19:48 Bakıda yeniyetmə və gənc stolüstü tennisçilərin ölkə kuboku yarışı start götürüb Dünən, 19:48 Azərbaycanda bu oyuncaqların satışı QADAĞAN EDİLİR Dünən, 19:48 Paşinyan avropalı səfirlərlə görüşdü – TRIPP və sülh prosesi müzakirə olundu Dünən, 19:48 Apteklərdə müayinə aparan bəzi oftalmoloqlar cəzalandırılacaqlar Dünən, 18:48 Azərbaycanlı aparıcı Ada Süleymanın öldüyü qəzanın TƏFƏRRÜATI Dünən, 18:48 Ermənistanın yeni Konstitusiya layihəsi açıqlandı: erməni cəmiyyəti tarixi sınaq qarşısında Dünən, 18:48 İcarəyə maşın götürdü, ehtiyat hissələrini sökərək satdı Dünən, 18:48 Tramp: Huanqın "Nvidia"ya qayıdışı düzgün qərardır Dünən, 18:48 Azərbaycanda Dünya Çempionatı keçirilir - 900-dən çox idmançı mübarizə aparacaq Dünən, 18:48 İcarəyə götürdüyü maşını sökərək ehtiyat hissələrini satmaqda şübhəli bilinən şəxs saxlanılıb Dünən, 17:48 İsa Həbibbəyli: Sərdar Berdiməhəmmədovun kitabı Türkmənistanın "pasportu"dur Dünən, 17:48 Ada Süleymanova ilə qəzada faciəli şəkildə ölən Anar Kərimovun görüntüləri Dünən, 17:48 Binə qəsəbəsində mağazalardan oğurluq edən iki nəfər saxlanılıb Dünən, 17:48 "By Fateh Gənclik"də nöqsanlar aşkarlandı - GÖRÜNTÜLƏR Dünən, 17:48 Jiva Tünzalə Ağayevanın repertuarına müraciət etdi - VİDEO Dünən, 17:48 Azərbaycanda kişi kanalizasiya quyusuna düşərək öldü Dünən, 17:48 Bakıda və rayonlarda sabah külək güclənəcək Dünən, 17:48 Çingiz Kişiyev: "İlk dəfə çempionatda UWW təşkilatının xüsusi patentləşdirilmiş kəməri təqdim ediləcək" Dünən, 16:48 Nərimanovda açıq lyukun qapağı oğurlanıbmış - Açıqlama Dünən, 16:48 Nar Oyun Mərkəzində oyna, smartfon qazan! Dünən, 16:48 Azərbaycanda oyuncaqların satışı ilə bağlı YENİ TƏLƏB - Bundan sonra... Dünən, 16:48 Pərviz Şahbazova yeni vəzifə verildi Dünən, 16:48 Polis Abşeronda reyd keçirdi, 16 sürücü saxlanıldı Dünən, 16:48 Bu yolda cərimələnə bilərsiniz: Yol nişanları dəyişdirilib Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR