
İran İslamabaddan başqa heç bir yerdə ABŞ ilə növbəti danışıqlar raundunu keçirməyi düşünmür.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
Qeyd olunub ki, bir sıra Avropa ölkələrinin Amerika-İran dialoquna ev sahibliyi etmək istəyinə baxmayaraq, danışıqların yerini dəyişdirmək barədə heç bir qərar qəbul edilməyib.
Xatırladaq ki, jurnalistin İranla danışıqların ikinci raundunun Pakistanın paytaxtı İslamabadda keçirilib-keçirilməyəcəyi ilə bağlı sualına Ağ Evin mətbuat katibi Karolayn Levitt danışıqların elə ötən dəfə olduğu yerdə keçiriləcəyini vurğulayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.