
Mingəçevir Şəhər İcra Hakimiyyətində yeni təyinat olub.
AVESTA.AZ Oxu.az-a istinadən xəbər verir ki, bu barədə icra başçısı İlham İsmayılov əmr imzalayıb.
İcra başçısının əmri ilə Azər Hacıyev qurumun Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və şəhər təsərrüfatı şöbəsinin müdir müavini və Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili sektorunun müdiri vəzifələrinə təyin olunub.
A.Hacıyev bu təyinata qədər icra hakimiyyətində mütəxəssis və baş mütəxəssis vəzifələrində çalışıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.