
Anqolanın Ali Məhkəməsi maliyyə cinayətlərində şübhəli bilinən Anqolanın keçmiş prezidenti Xose Eduardo duş Santuşun böyük qızı İzabel duş Santuşun 1 milyard dollarlıq aktivlərinə həbs qoyulması barədə qərar çıxarıb.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə “Jornal de Angola” məlumat yayıb.
Məlumata görə, məhkəmə qərarını əsaslandıraraq qeyd edib ki, bu addım BMT-nin Korrupsiyaya qarşı Mübarizə Konvensiyası əsasında atılıb. İzabel duş Santuşun xarici şirkətlər də daxil olmaqla onlarla şirkətdəki payları həbs edilib.
Tədbirlərin qabaqlayıcı xarakter daşıdığı vurğulanıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.