Bu gün, 14:48 63

Parlament İnzibati Xətalar Məcəlləsinə çoxsaylı dəyişiklikləri qəbul edib

Milli Məclis İnzibati Xətalar Məcəlləsinə "İCMAL" informasiya sistemi ilə bağlı dəyişikliyi, xüsusi icra məmurları haqqında qanunvericiliyin pozulmasına, uşaqlara qarşı zorakılıq və dilənçilik hallarına, o cümlədən süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına görə cərimələrin əlavə edilməsini son oxunuşda qəbul edib.

BAKU.WS report-a istinadən xəbər verir ki, qanun layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, "İCMAL" informasiya sistemi "Rəqəmsal dövlət maliyyəsi" informasiya sisteminin tərkibində "İnzibati cərimələrin mərkəzi avtomatlaşdırılmış lövhəsi" altsistemi, yəni "İCMAL" altsistemi kimi yenidən təşkil edilir və buna uyğun olaraq Məcəllənin müvafiq maddələrində dəyişikliklər edilir. Bu transformasiya inzibati cərimələr üzrə daxilolmalara dair məlumatların təhlili və həmin məlumatların düzgünlüyünə nəzarət funksiyalarının vahid dövlət maliyyə platformasına inteqrasiyasını təmin edir.

"İCMAL" altsistemi İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq edilmiş cərimələrin dövlət büdcəsinə və (və ya) inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqi barədə qərar (elektron qərar) qəbul etmiş səlahiyyətli orqanların (qurumların) hesablarına hesablanan və köçürülən hissəsinə dair məlumatların təhlil edilməsi və həmin məlumatların düzgünlüyünə nəzarətin həyata keçirilməsini təmin edir.

Həmçinin, layihədə inzibati xətalar haqqında işlər üzrə sənədlərin rəsmi qaydada verilməsi ilə bağlı müəyyən təkmilləşdirmələr nəzərdə tutulur.

Layihəyə əsasən, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bilavasitə aşkar edilən yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar üzrə inzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti yerində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə təqdim edilməsi yolu ilə rəsmi qaydada verilir.

Bundan başqa, layihədə təklif olunur ki, qanunla nəzərdə tutulmuş əməllə təmsil edilən şəxsə mənəvi, fiziki və ya maddi ziyan vurması istinad edilən şəxs həmin şəxsin qanuni nümayəndəsi qismində inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçısı ola bilməsin.

Layihədə İnzibati Xətalar Məcəlləsinə bir neçə yeni maddənin əlavə olunması nəzərdə tutulur.

Sənədə görə, valideynlər (onları əvəz edən şəxslər), uşaqlara nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, istirahət müəssisələrinin və penitensiar müəssisələrin işçiləri tərəfindən uşağa qarşı cismani cəzanın tətbiqinə, yəni tərbiyə etmək məqsədilə və ya intizam tədbiri kimi uşağa qarşı fiziki və (və ya) psixoloji zorakılığın törədilməsinə görə 200 manat məbləğində cərimə olunacaq.

Bundan başqa, dəyişikliyə əsasən, uşaqda zorakılıq əlamətlərinin aşkar edilməsi barədə məlumat verilmədikdə cərimə tətbiq olunacaq.

Layihəyə əsasən, uşaqda zorakılıq hərəkətlərinin əlamətlərinin aşkar edilməsi barədə məlumatın valideynlər (onları əvəz edən şəxslər), habelə uşaqlara nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, istirahət müəssisələrinin və penitensiar müəssisələrin işçiləri tərəfindən aidiyyəti hüquq mühafizə orqanlarına və ya ərazi üzrə aidiyyəti uşaq hüquqlarının müdafiəsi üzrə yerli komissiyaya verilməməsinə görə fiziki şəxslər 200 manatdan 300 manatadək məbləğdə, vəzifəli şəxslər 400 manatdan 600 manatadək məbləğdə cərimə ediləcəklər.

Bundan başqa, təklifə görə, təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, müəssisələrində və penitensiar müəssisələrdə uşaqlara, o cümlədən uşaqların bir-birinə qarşı davamlı təzyiq və aqressiv davranışının qarşısının alınmamasına görə fiziki şəxslər 300 manatdan 400 manatadək məbləğdə, vəzifəli şəxslər 500 manatdan 600 manatadək məbləğdə cərimə olunacaqlar.

Həmçinin əlavə edilməsi nəzərdə tutulan digər yeni 388-3-cü maddəyə əsasən, foto, video və ya audio materialların süni intellekt texnologiyalarından istifadə edilməklə hazırlandığını bilə-bilə həmin materialların belə texnologiyalar vasitəsilə hazırlandığını aydın şəkildə göstərən və asanlıqla görünən nişanlanma, yəni foto, video və ya audio materialların hazırlandığı süni intellekt texnologiyalarının avtomatik verdiyі, habelə həmin materiallara əlavə edilən vizual, səsli və ya mətn əsaslı işarələnmə olmadan mediada, kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya şəbəkələrində yayan şəxslər 80 manatdan 150 manatadək məbləğdə cərimə ediləcək.

İnzibati Xətalar Məcəlləsinin 410-cu maddəsində mühüm dəyişikliklər nəzərdə tutulur. Həmin maddədə dəyişikliklərin əsas məqsədi dövlət vəsaitlərindən istifadə ilə bağlı məsuliyyət mexanizminin təkmilləşdirilməsi, sanksiyaların fərdiləşdirilməsi və hüquqi tənzimləmənin dəqiqləşdirilməsidir. Belə ki, "dövlətə məxsus olan hüquqi şəxslər" maliyyə təsərrüfat fəaliyyətində maliyyə qaydalarının pozulmasına görə məsuliyyət daşıyan subyektlər sırasına əlavə edilir və hazırda cərimənin məbləği dəymiş ziyanın həcmindən asılı olaraq 400 manatdan 8000 manatadək olduğu halda, layihəyə əsasən bütün hallarda cərimə "inzibati xətanın bilavasitə obyekti olmuş vəsaitin yüz faizi məbləğində" müəyyən ediləcək. Buna uyğun olaraq, İnzibati Xətalar Məcəlləsinin 410.2 və 410.3-cü maddələri ləğv edilir.

Layihəyə əsasən, 410-cu maddənin Qeyd hissəsinə əlavə olunacaq 2-ci bənddə "dövlətə məxsus olan hüquqi şəxslər" dedikdə nəyin nəzərdə tutulması göstərilir. Qeyd olunan bəndə əsasən, "dövlətə məxsus olan hüquqi şəxslər" dedikdə paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan kommersiya hüquqi şəxsləri, dövlətin yaratdığı qeyri-kommersiya hüquqi şəxsləri və publik hüquqi şəxslər, habelə qeyd olunan hüquqi şəxslərin yaratdığı paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə həmin hüquqi şəxslərə məxsus olan törəmə təsərrüfat cəmiyyətləri, qeyri-kommersiya hüquqi şəxsləri və publik hüquqi şəxslər nəzərdə tutulur.

Bundan başqa, 410-cu maddənin Qeyd hissəsinə əlavə olunacaq 3-cü bəndə əsasən, müvafiq əməli ilk dəfə törətmiş şəxs vurduğu ziyanı tam ödədikdə məsuliyyətdən azad olunacaq.

Qanun layihəsində nəzərdə tutulan digər dəyişiklik dilənçiliklə məşğul olma əməlinin artıq avaralıq hesab edilməməsi və Məcəlləyə ayrıca "Dilənçiliklə məşğul olma" adlı 523-1-ci maddənin əlavə edilməsindən ibarətdir.

Maddədə qeyd edilir ki, dilənçiliklə məşğul olmağa görə xəbərdarlıq ediləcək, yaxud 100 manatdan 200 manatadək məbləğdə cərimə tətbiq olunacaq və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda 10 günədək müddətə inzibati həbsin tətbiqi nəzərdə tutulacaq.

Eyni zamanda yetkinlik yaşına çatmayan şəxsin dilənçiliyə cəlb edilməsinə görə 200 manatdan 500 manatadək məbləğdə cərimə ediləcək və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda 15 günədək müddətə inzibati həbs tətbiq olunacaq.

Həmçinin layihəyə əsasən, "Xüsusi icra məmurları haqqında" qanuna uyğun olaraq and içməyən və barəsindəki məlumatlar Xüsusi İcra Məmurlarının Reyestrinə daxil edilməyən şəxs tərəfindən xüsusi icra məmuru fəaliyyətinin göstərilməsinə görə 1500 manat məbləğində cərimə ediləcək.

Xüsusi icra məmurunun vahid geyim formasını və (və ya) xüsusi icra məmurunun nişanını qanunsuz olaraq daşımağa görə inzibati xətanın obyekti olmuş nişan geyim forması və xüsusi müsadirə edilməklə 500 manatdan 700 manatadək məbləğdə cərimə ediləcək.

Bundan başqa, xüsusi icra məmurları tərəfindən Xüsusi İcra Məmurlarının Reyestrində olan məlumatlarda baş vermiş dəyişikliklər haqqında üç iş günü müddətində reyestri aparan məlumat verilməməsinə orqana görə 500 manat məbləğində cərimə olunacaq.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Paylaş

Xəbər lenti

SON DƏQİQƏ! - Metroda hərəkət bərpa edildi Bu gün, 15:48 "Qarabağ" Elvini satışa çıxardı Bu gün, 15:48 Yardımlıda ödənişsiz tibbi müayinələr keçirilib Bu gün, 15:48 Suraxanıdakı məktəbdə şagirdin hədəsi səbəbindən dərslər dayandırılıb? - RƏSMİ Bu gün, 15:48 Azərbaycana qaçaqmalçılıqla narkotik gətirən şəxs tutulub Bu gün, 15:48 Narkoloji Dispanserdə 26 yaşlı oğlan öldü Bu gün, 15:48 Kukla Teatrına direktor müavini təyin olunub Bu gün, 15:48 Gəncədə ər arvadını baltaladı Bu gün, 14:48 Parlament İnzibati Xətalar Məcəlləsinə çoxsaylı dəyişiklikləri qəbul edib Bu gün, 14:48 Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib Bu gün, 14:48 Tərbiyə məqsədilə uşağı döyən valideyn və müəllim 200 manatadək cərimələnəcək Bu gün, 14:48 Dövlət vəsaitlərindən təyinatı üzrə istifadə edilməməsi haqda cəzalara dəyişiklik son oxunuşda qəbul edilib Bu gün, 14:48 Bakıda metronun işləməməsi ilə bağlı yeni qərar verildi, bəzi avtobuslar sərnişinləri pulsuz daşıyır Bu gün, 14:48 Metronun bağlanması səbəbindən avtobuslarda SIXLIQ VAR Bu gün, 14:48 Saat 09:00-da 20 mindən çox abonentin QAZI KƏSİLƏCƏK Bu gün, 14:48 Növbəti köç karvanı Qırmızı Bazar qəsəbəsinə yola salınıb Bu gün, 14:48 "SOCAR PETROLEUM" Xəzər dənizində "gəmidən gəmiyə" üsulu ilə yanacaq təchizatı əməliyyatlarına start verib Bu gün, 13:48 Azərbaycanda 100 yaşdan yuxarı 288 pensiyaçı var – ən yaşlı şəxs 136 yaşındadır Bu gün, 13:48 Girişi bağlanan metro stansiyasından GÖRÜNTÜLƏR Bu gün, 13:48 Bürcləri bu həftə nələr GÖZLƏYİR? Bu gün, 13:48 Bakı metrosuna giriş nə vaxt bərpa olunacaq? - RƏSMİ AÇIQLAMA Bu gün, 13:48 "Apple"da rəhbərliyə Tim Kukun yerinə Con Ternus gətirilir Bu gün, 13:48 ABŞ-də Netenyahu zarafatı tələbənin 15 il müddətinədək HƏBSİNƏ səbəb oldu Bu gün, 13:48 Əhməd Əhmədov tibb müəssisəsindən azadlığa buraxılıb? - RƏSMİ Bu gün, 13:48 AFFA İntizam Komitəsi "Neftçi"ni 26200 manat cərimələyib Bu gün, 13:48 Azərbaycanda cərimələrlə bağlı MÜHÜM YENİLİK Bu gün, 13:48 Beyləqanda antisanitar vəziyyətdə olan kafe bağlandı Bu gün, 13:48 Kənar dairəvi yolda avtomobil "Kamaz"la toqquşub, ölən və xəsarət alanlar var Bu gün, 12:48 AFFA "Qarabağ" və "Sabah"ı azarkeşlərə görə 5000 manat cərimələyib Bu gün, 12:48 Xocavəndin Qırmızı Bazar qəsəbəsinə növbəti köç karvanı yola salınıb Bu gün, 12:48 Azərbaycanda daha bir cərimənin miqdarı artırılacaq? Bu gün, 12:48 Ermənistana dizel yanacağı daşıyan qatar Biləcəridən yola düşüb Bu gün, 12:48 "Liverpul" Salahın yerinə 100 milyon avroluq transfer planlaşdırır Bu gün, 12:48 Bakıda hərəkətdə olan avtobusun təkəri qırılıb Bu gün, 12:48 Bakı metrosunun bütün stansiyalarına giriş müvəqqəti məhdudlaşdırılıb Bu gün, 12:48 Sabah 20° isti olacaq - HAVA PROQNOZU Bu gün, 12:48 Bir ailənin dörd üzvü ZƏHƏRLƏNİB Bu gün, 11:48 İngiltərədə məktəblərdə telefon istifadəsi qadağan ediləcək Bu gün, 11:48 Bakıda xala tiktoker olan bacısı qızını məhkəməyə verdi Bu gün, 11:48 Rusiyada qar yayda belə əriməyəcək - SƏBƏB Bu gün, 11:48 Futbol üzrə dünya çempionatının favoritlərinin adı açıqlanıb Bu gün, 11:48 Röya Ayxanın stilistini öldürən şəxs qərardan narazıdır Bu gün, 11:48 Bu gün Hacı Əliyevin 35 yaşı tamam olur Bu gün, 11:48 IDEA Gədəbəydə kütləvi ağacəkmə aksiyası təşkil edib Bu gün, 11:48 ¼ finalda rekord göstərici – Yarımfinala bu nəticə ilə çıxdı Bu gün, 11:48 Magistralda "protiv" gedirdi - Saxlanıldı Bu gün, 11:48 Bakı-Qəbələ dəmir yolu marşrutu üzrə əlavə reyslər təyin edilib Bu gün, 10:48 Ağcabədidə AĞIR QƏZA: ÖLƏN və yaralılar var Bu gün, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR