Bu gün, 21:48 56

Naxçıvan Ali Məhkəməsində şöbə müdirlərinə artıq ödəniş edildiyi məlum olub

Hesablama Palatası Naxçıvan Ali Məhkəməsində ödəniş və satınalma pozuntuları aşkarlayıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Palatanın "Dövlət auditi" bülletenində bildirilir.

Sənədə əsasən, audit 1 yanvar 2023-cü il tarixindən 1 oktyabr 2025-ci ilə qədər dövrü əhatə edib və ümumilikdə 10,7 milyon manat vəsaiti əhatə edib.

Audit nəticəsində müəyyən olunub ki, Ali Məhkəmədə 3 şöbə yaradılarkən minimum tələb olunan 8 ştat vahidi əvəzinə 3-4 ştat vahidi ilə formalaşdırılıb və nəticədə şöbə müdirlərinə 139 min 540,5 manat artıq vəsait hesablanıb.

Bundan başqa, 3 hakimə 37 589 manat müalicə pulu ödənilib, həmçinin hakimlərə məzuniyyət haqqı hesablanarkən əlavə ödənişlər nəzərə alınmaqla 25 418 manat artıq vəsait hesablanıb.

Audit zamanı müəyyən edilib ki, dövlət qulluqçularına mükafatlandırma üçün nəzərdə tutulmuş vəsait bitdiyindən hakimlər üçün ayrılmış vəsaitdən 80 565 manat istifadə olunub, eləcə də müqavilə ilə işləyən 4 nəfər əməkdaşa 13 950 manat mükafat ödənilib.

Hesabatda qeyd olunub ki, ezamiyyə xərcləri üzrə 1 810 manat, yanacaq xərcləri üzrə isə əlavə olaraq 723 manat vəsait artıq silinib, həmçinin 2024-cü ilin oktyabrından 2025-ci ilin dekabrınadək 2 162 manat dəyərində 1 351,1 litr artıq benzin sərf edilib.

Satınalmalar sahəsində də ciddi pozuntular aşkarlanıb. Belə ki, 5 halda satınalma prosedurları keçirilmədən 31 115 manat məbləğində birbaşa müqavilələr bağlanıb, 5 halda isə 106 686 manat dəyərində satınalma elektron portal vasitəsilə həyata keçirilməyib. Eyni zamanda, 10 halda 220 144 manat məbləğində satınalma ehtimal olunan qiymət alınmadan, 7 halda isə 108 647 manat məbləğində satınalma uyğunluq göstəriciləri olmadan həyata keçirilib.

Bundan əlavə, 2024-cü ildə 83 000 manat dəyərində "Toyota Avalon" markalı minik avtomobilinin bazar qiymətindən 13 640 manat baha alındığı və 14 940 manat ƏDV-nin ödənilmədiyi müəyyən edilib.

Audit zamanı həmçinin 9 844 manat dəyərində 15 adda inventarın çatışmadığı aşkarlanıb.

Hesablama Palatası qeyd edib ki, aşkar olunmuş nöqsanlar dövlət vəsaitlərinin və dövlət əmlakının istifadəsi, satınalmaların təşkili və maliyyə hesabatlarının tərtibi sahəsində mövcud qanunvericiliyin tələblərinə tam əməl olunmadığını göstərir.

Paylaş

Xəbər lenti

Ərdoğan və Sindi Kiro islamofobiya ilə mübarizəni müzakirə ediblər Bu gün, 22:48 Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir Bu gün, 22:48 Avropa çempionatı: Azərbaycan güləşçiləri günü 2 bürünc medalla başa vurublar Bu gün, 22:48 "Oskar" mükafatlı rejissor vəfat etdi Bu gün, 22:48 Uşaqlarda fiziki inkişaf üçün nə önəmlidir? - Syuzanna Silvester izah edir Bu gün, 21:48 Naxçıvan Ali Məhkəməsində şöbə müdirlərinə artıq ödəniş edildiyi məlum olub Bu gün, 21:48 Aİ ölkələri İrana qarşı sanksiyaları genişləndirmək barədə razılığa gəlib Bu gün, 21:48 Baş nazir Əli Əsədov Qazaxıstana işgüzar səfərə gedib Bu gün, 21:48 "Son zəng"in keçiriləcəyi tarix AÇIQLANDI Bu gün, 20:48 Nurlana Orucova şöbə müdiri təyin edildi Bu gün, 20:48 Tayani: Meloninin Azərbaycana səfəri münasibətlərin gücləndirilməsində əsas mərhələdir Bu gün, 20:48 Latviya Prezidenti Azərbaycana rəsmi səfərə gəlib Bu gün, 20:48 Bakı metrosunda dəhşətli ANLAR - Sərnişin hər kəsin gözü qarşısında can verdi Bu gün, 20:48 Tramp İran liderlərini qadınları həbsdən buraxmağa çağırdı Bu gün, 19:48 Zelenski: Ukrayna "Drujba" neft kəmərinin təmir işlərini başa çatdırıb Bu gün, 19:48 Avropa çempionatı: Azərbaycan güləşçisi Həsrət Cəfərov finala yüksəlib Bu gün, 19:48 Bakı metrosunda nə baş verir? - Hazırda 28 may stansiyasında... Bu gün, 19:48 Bank kartına pul köçürülənlərin DİQQƏTİNƏ - Vergi orqanı sizi araşdıra bilər Bu gün, 19:48 Tramp İran rəhbərliyini ölüm cəzasına məhkum edilmiş 8 qadını əfv etməyə çağırıb Bu gün, 18:48 Ələt Azad İqtisadi Zonası üzrə İşçi Qrupunun iclası olub Bu gün, 18:48 Qubanın kəndində qaz PROBLEMİ: "Bəzi ailələr odun da tapa bilmirlər" Bu gün, 18:48 Masazırda YOL PROBLEMİ: "Maşınlar sıradan çıxır Bu gün, 18:48 Metroda generatorlar niyə işə düşməyib? Bu gün, 17:48 Tərkibində təhlükəli maddə aşkarlanan kəsmiklə bağlı RƏSMİ AÇIQLAMA Bu gün, 17:48 Ölkə üzrə aprelin pensiya ödənişləri yekunlaşıb Bu gün, 17:48 Bakı metrosunda baş verən hadisə ilə əlaqədar iki nəfər xəstəxanaya aparılıb Bu gün, 17:48 Ərindən ayrılan üç uşaq anasını SEVGİLİSİ DÖYDÜ Bu gün, 17:48 "Fitch Ratings" İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib Bu gün, 17:48 Evində söküntü zamanı üzərinə beton düşdü, öldü Bu gün, 16:48 Bakı metrosunun stansiya rəisi ÖLÜB Bu gün, 16:48 İtaliyanın Baş naziri Ciorcia Meloni mayın 5-də Azərbaycana gələcək Bu gün, 16:48 Bakıda qanunsuz parklanma yeri yaradıb sürücülərdən pul alırlar? - DİN-dən açıqlama Bu gün, 16:48 UFC Bakı Şəhər Halqası ilə çoxillik tərəfdaşlıq çərçivəsində Azərbaycana qayıdır Bu gün, 16:48 Avtomobillərin icbari sığortasında YENİ DÖVR - Bəzi sürücülərə BÖYÜK GÜZƏŞTLƏR ediləcək Bu gün, 16:48 Prezident güzəştli ipoteka krediti ilə bağlı fərman imzaladı Bu gün, 16:48 Leyla Əliyevanın təşəbbüsü ilə icra olunan "Gənc arıçı" layihəsi Yevlaxda keçiriləcək Bu gün, 16:48 Metropoliten: Hadisə baş verən anda xətdə 30 qatar olub, 4-ü tuneldə qalıb Bu gün, 16:48 Bakı metrosunun bağlanmasının səbəbi bilindi Bu gün, 16:48 SON DƏQİQƏ! - Metroda hərəkət bərpa edildi Bu gün, 15:48 "Qarabağ" Elvini satışa çıxardı Bu gün, 15:48 Yardımlıda ödənişsiz tibbi müayinələr keçirilib Bu gün, 15:48 Suraxanıdakı məktəbdə şagirdin hədəsi səbəbindən dərslər dayandırılıb? - RƏSMİ Bu gün, 15:48 Azərbaycana qaçaqmalçılıqla narkotik gətirən şəxs tutulub Bu gün, 15:48 Narkoloji Dispanserdə 26 yaşlı oğlan öldü Bu gün, 15:48 Kukla Teatrına direktor müavini təyin olunub Bu gün, 15:48 Gəncədə ər arvadını baltaladı Bu gün, 14:48 Parlament İnzibati Xətalar Məcəlləsinə çoxsaylı dəyişiklikləri qəbul edib Bu gün, 14:48 Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR