
Azərbaycanda idmanın inkişafı yalnız idmançıların deyil, həm də bu sahədə çalışan mütəxəssislərin fəaliyyəti ilə sıx bağlıdır. Taekvondo hakimi və gimnastika müəllimi Syuzanna Silvester də bu istiqamətdə diqqətçəkən simalardandır.
Syuzanna Silvester Oxu.Az-a videomüsahibəsində hakimlik fəaliyyətinin çətinliklərindən, döyüş zamanı verilən qərarların məsuliyyətindən və bu peşənin görünməyən tərəflərindən danışıb.
Müsahibədə, eyni zamanda, onun uşaqlarla işi, fiziki inkişaf istiqamətində keçdiyi məşqlər və valideynlərin diqqət etməli olduğu məqamlar da müzakirə olunub. Syuzanna Silvester, xüsusilə boyuzatma məşqləri ilə bağlı məsələyə toxunaraq bu sahədə düzgün yanaşmanın vacibliyini vurğulayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.