
"Yeni Klinika"nın direktor müavini və Reproduktiv sağlamlıq və ailə planlaması mərkəzinin rəhbəri vəzifəsini icra edən Gülnar Nuriyeva vəzifəsindən azad olunub.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.
Qeyd edək ki, G.Nuriyeva bu vəzifəyə 2023-cü ildə təyin olunmuşdu.
Xatırladaq ki, "Yeni Klinika"nın direktoru Barat Yusubov da bu gün vəzifəsindən azad edilib. O, Oxu.Az-a verdiyi özəl açıqlamasında məlumatı təsdiqləyib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.