29-12-2022, 10:31 547

Din xadimlərinin bəyanatı:

İranın son zamanlar yürütdüyü antiazərbaycan siyasətinə etiraz olaraq Azərbaycanın daha bir neçə rayonunun din xadimləri bəyanat qəbul ediblər.

"Report"un Şimal-qərb bürosu xəbər verir ki, bəyanatı Şəki, Oğuz və Qəbələ rayonlarında fəaliyyət göstərən din xadimləri və dini icma sədrləri imzalayıblar.

Bəyanatda vurğulanıb ki, Azərbaycan xalqı və dövləti tarixən bütün qonşuları ilə sülh, qarşılıqlı hörmət və əməkdaşlığa söykənən münasibət qurmağa çalışıb. Əfsuslar olsun ki, amma Azərbaycanın xoş niyyətləri heç bir zaman lazımi şəkildə qiymətləndirilməyib.

Qeyd edilib ki, İranın və bu dövlətin din xadimlərinin Azərbaycana qarşı qərəzli münasibətləri, eləcə də bir müddət əvvəl İran ordusunun Azərbaycanla sərhəddə keçirdikləri hərbi təlimlər başda din xadimləri olmaqla bütün Azərbaycan xalqını narahat edib: "Bizləri təəssüfləndirən məqamlardan biri də bu xoşagəlməz münasibətin məhz İran tərəfdən göstərilməsidir. Çünki başda İslam dini olmaqla, Azərbaycanla İranı bir-birinə bağlayan əsrlər boyu formalaşmış bir çox milli və mənəvi dəyərlərimiz vardır. İran isə həm Qarabag münaşiqəsi zamanı, həm də münaqişə həllini tapdıqdan sonrakı dövrdə təcavüzkar Ermənistana yaxın münasibət göstərmişdir. Biz din xadimləri olaraq İranın ikili standartını pisləyir, iki xalq arasındakı əlaqələrə xəyanət kimi qiymətləndiririk. 67 məsciddən 65-ni dağıdan Ermənistan ilə əməkdaşlıq etmək özünü İslam respublikası adlandıran İran üçün İslam dəyərlərinə uyğun olmayan addımdır".

Din xadimləri İranı öz məkirli siyasətindən əl çəkməyə çağırıblar: "Bizim məscidlərimizdə heç bir dövlətə qarşı təbliğat aparılmır. Lakin milli mənəvi dəyərlərimizə, eyni zamanda, dövlətçiliyimizə qarşı hər hansı təhdid və ya qarayaxma kampaniyasına səssiz qala bilmərik. Azərbaycanın müsəlman dindarları məzhəbindən asılı olmayaraq hər zaman dövlətçiliyimizə sadiqdirlər və ölkəmizin suverenliyini qorumaq əzmindədirlər. İran öz məkirli siyasətindən əl çəkməlidir. Din xadimləri olaraq bizlər də İran İslam Respublikasının Azərbaycana qarşı yeritdiyi siyasətin müsəlmanlar arasında qarşıdurmalara səbəb olduğunun fərqindəyik".

Tolerantlığın və multikulturallığın Azərbaycandakı önəmini vurğulayan dindarlar bir daha bəyan ediblər ki, İranın bu siyasəti iflasa uğrayacaq: "Buna səbəb isə bizim cənab Ali Baş komandanımız İlham Əliyevin dəmir yumuruğu ətrafında birləşməyimizdir. Bu birlik siyasi, iqtisadi və dini birlikdir ki, bunu heç bir kənar qüvvə poza bilməz. Xalqımız milli-mənəvi dəyərlərimizi tarix boyu qoruyub saxlamış və bu ənənəni pozmağa heç bir dövlətin gücü çatmaz".

Qeyd edək ki, daha əvvəl Bakıda, Sumqayıtda və daha bir neçə rayonda, eləcə də ölkəmizin Şimal rayonlarında, Qərb rayonlarında, Aran rayonlarında və Qarabağ bölgəsində fəaliyyət göstərən din xadimləri bəyanat qəbul ediblər.

Paylaş

Xəbər lenti

Cəbrayıla qayıdan sakinlərdən neçə nəfər işlə təmin edilib? - RƏSMİ Bu gün, 13:48 Qubada yol tamamilə çökdü Bu gün, 13:48 Azərbaycanda hava kəskin dəyişdi: Dağlara qar, rayonlara leysan yağdı Bu gün, 13:48 Ciqan valideynlikdən məhrum oluna bilər Bu gün, 13:48 Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev 1/8 finala vəsiqə qazanıb Bu gün, 13:48 Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb Bu gün, 12:48 Cəbrayıla qayıdan sakinlərindən neçə nəfər işlə təmin edilib? - RƏSMİ Bu gün, 12:48 Azərbaycana 10,8 milyard dollarlıq investisiya: Hansı sahələrdə dəyişiklik olacaq? Bu gün, 12:48 Bakıda ev tikintisi faciə ilə nəticələndi Bu gün, 12:48 Sabah Bakıda və bəzi rayonlarda yağış yağacaq Bu gün, 12:48 "Bakıda bir ağac yetişdirmək uşaq böyütməkdən çətindir" - Paytaxtın yaşıllıq planı Bu gün, 11:48 İlham Əliyevin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb Bu gün, 11:48 Xınalıq ağ örpəyə büründü - Qarın hündürlüyü 20 santimetrə çatdı Bu gün, 11:48 Rusiya qüvvələri Donetskdə daha bir istiqamətdə irəliləyib Bu gün, 11:48 COP29 Sədrliyi Fici və Tuvaluda səfərdədir Bu gün, 11:48 Bakı-Qazax yolunda avtomobil velosipedçini vuraraq öldürüb Bu gün, 10:48 Dünya bazarında neft ucuzlaşdı Bu gün, 10:48 Bakıda cüdo üzrə dünya çempionatı başlayır - 4 cüdoçumuz tatamiyə çıxacaq Bu gün, 10:48 Tramp: İran nüvə silahı yaratmaq planlarından imtina edib Bu gün, 10:48 Abşeronda binada PARTLAYIŞ: Bir nəfər yaralanıb Bu gün, 10:48 Tovuzda qadının dəhşətli ölümü ilə bağlı qonşular danışdılar: "Təpədən dırnağa yanmışdı" Bu gün, 09:48 Azərbaycan millisi Litvanı Bakıda qəbul edəcək Bu gün, 09:48 Nazir bu müəllimləri təltif edildi - ADLAR Bu gün, 09:48 Elza Seyidcahan: İnsan necə "qudurarmış" Bu gün, 09:48 ABŞ iki İran diplomatını ölkədən çıxarıb Bu gün, 09:48 Zəfərə aparan yol: Talış-Suqovuşan əməliyyatı Bu gün, 00:48 Cəbrayıl şəhərinin azad olunmasından 6 il ötür Bu gün, 00:48 Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür Bu gün, 00:48 Bəxtiyar Əsgərov vəzifəsindən azad edildi, qurumda yoxlamalar aparıldı Dünən, 23:48 Ermənistanın xarici işlər naziri sabah İrana səfər edəcək Dünən, 23:48 Zelenski: Kiyevə hücumlara cavab olaraq Rusiyanın neft emalı zavodlarına zərbələri ikiqat artıracağıq Dünən, 23:48 Azərbaycanlı modellər "Fashion Culture Day in Paris"də çıxış ediblər Dünən, 23:48 Ukraynada azərbaycanlı hərbçi həlak oldu Dünən, 23:48 Əziz Əlibəyli: "YAP Azərbaycanın siyasi tarixində mühüm rol oynayan əsas təşkilatdır" Dünən, 22:48 Daşkənddə III Türkdilli Dövlətlər Kardioloqları Qurultayının rəsmi açılışı keçirilib Dünən, 22:48 Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb Dünən, 22:48 Gəncədə bədbəxt hadisə: Bacı-qardaş xəstəxanaya yerləşdirildilər Dünən, 22:48 "Turan Tovuz" yoldaşlıq oyununda "Fənərbağça"ya məğlub olub Dünən, 22:48 Yəmənin Hərbi Hava Qüvvələri Sənada husilərin iki raket qurğusunu məhv edib Dünən, 22:48 Sürücülərə xəbərdarlıq: Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq Dünən, 21:48 Bakıda ticarət mərkəzinin girişində aşan avtobusda xəsarət alanların vəziyyəti açıqlandı Dünən, 21:48 "Cənnətin iqamətgahı" sənədli-musiqili-etnoqrafik filmi təqdim olunub Dünən, 21:48 "Turan Tovuz" və "Fənərbaxça" azarkeşlərindən anlamlı pankartlar Dünən, 21:48 Gəncədə 28 yaşlı kişi və bacısı yanıq xəsarətləri alıb Dünən, 20:48 Politoloq: Heydər Əliyev Azərbaycan xalqının taleyini öz taleyi ilə bağlayırdı Dünən, 20:48 Göyərtəsində altı nəfərin olduğu ABŞ təyyarəsi radarlardan itib Dünən, 20:48 Azərbaycanın U-20 millisi Moldovaya uduzub Dünən, 20:48 Xarici şirniyyata 138 milyon dollar: Yerli istehsalçı niyə geri qalır? Dünən, 19:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR