
Prezident İlham Əliyevin təşəbbüsü ilə son 7 ildə qeyri-dövlət və qeyri-neft-qaz sektorunda çalışanlar üçün tətbiq edilmiş gəlir vergisi tətili effektiv olub.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Bakıda keçirilən "Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, sözügedən sektorlarda muzdlu işçilərin sayı 1 milyon nəfəri keçib, əhalinin məşğulluğu nəzərəçarpacaq dərəcədə rəsmiləşdirilib, işləyən insanların pensiya sisteminə cəlb edilməsi məsələsi demək olar ki, həll edilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.