
ATV-nin "Kəlmə-Kəlməyə" meyxana şousunda ilk finalçı məlum olub.
AVESTA.AZ xəbər verir ki, yarışmanın yarımfinal mərhələsində meyxana ustadları Kərim Kərimov və Cəlil Əliyev qarşı-qarşıya gəliblər.
Hər iki tərəfin də möhtəşəm çıxış etdiyi ½ mərhələdə Cəlil Cəlilov rəqibini üstələməyi bacarıb.
Adını finala yazdıran Cəlilov 2 may tarixində keçiriləcək növbəti yarımfinal mərhələsinin qalibi ilə çempionluq yarışına çıxacaq.
Qeyd edək ki, növbəti finalçı 2 may saat 22:00-da Fariz Zeynalov və Tərlan Xəlilov arsında keçirilən görüşdə məlum olacaq. Görüşü ATV telekanalından və "ATV Music" yutub kanalından canlı izləyə bilərsiniz.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.