Bu gün, 15:48 57

Mayda hava 35°-dək yüksələcək - AYLIQ PROQNOZ

May ayında havanın temperaturu tədricən yüksəlir.

Bu barədə AVESTA.AZ-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, son illərin müşahidələrinə əsasən, may ayında hava şəraiti ötən illərlə müqayisədə daha dəyişkən keçir. İsti və soyuq atmosfer cəbhələrinin növbəli şəkildə ərazimizə təsiri nəticəsində temperatur və təzyiq fərqləri yaranır.

Bu ilin may ayında orta aylıq temperaturun iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın olmasına baxmayaraq, ayrı-ayrı günlərdə intensiv yağışların yağması ehtimalı var.

Ayın ilk günlərində bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağıntı gözlənilir. Birinci ongünlüyün ikinci yarısından etibarən isə əksər rayonlarda yağıntıların intensivləşəcəyi ehtimal olunur.

Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 18–20°C isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr temperatur 12–17°C, gündüzlər 20–25°C, bəzi günlərdə isə 27–32°C isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (18–21 mm).

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın orta aylıq temperaturunun 18–22°C isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 11–16°C, gündüzlər 20–25°C, bəzi günlərdə 30–35°C isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı 33–62 mm) gözlənilir.

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Ağdam, Goranboy, Daşkəsən və Gədəbəy rayonlarında havanın orta aylıq temperaturu 14–18°C isti olacaq ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturunun 7–12°C, gündüzlər 15–20°C, bəzi günlərdə 25–30°C isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacaq (68–122 mm).

Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonlarında havanın orta aylıq temperaturunun 14–18°C isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 7–12°C, gündüzlər 15–20°C, bəzi günlərdə 25–30°C isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir(52–103 mm).

Qazax, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Tərtər və Füzuli rayonlarında havanın orta aylıq temperaturunun 18–21°C təşkil edəcəyi gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 12–17°C, gündüzlər 23–28°C, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 30–35°C isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (43–67 mm).

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında havanın orta aylıq temperaturunun 16–19°C olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 11–16°C, gündüzlər 20–25°C, bəzi günlərdə 28–33°C isti, dağlarda isə gecə 3–8°C, gündüz 15–20°C isti olacaq. Aylıq yağıntının miqdarının iqlim norması daxilində, bəzi yerlərdə normadan bir qədər çox olacağı ehtimal olunur (26–166 mm).

Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan və Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 19–22°C isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 13–18°C, gündüzlər 22–27°C, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 33–38°C isti olacaq. Aylıq yağıntının miqdarının kiçik mənfi fəqrlə normaya yaxın olacağı gözlənilir (norma 26-62 mm).

Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara və Cəlilabad rayonlarında havanın orta aylıq temperaturunun 17–20°C isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 12–17°C, gündüzlər 21–26°C, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 29–34°C isti olacaq. Aylıq yağıntının miqdarının kiçik mənfi fəqrlə normaya yaxın olacağı gözlənilir (norma 26-62 mm).

Paylaş

Xəbər lenti

Komitə sədri gömrükdə sahibsiz qalan mallardan DANIŞDI Bu gün, 16:48 Min manat borca görə ölkədən çıxışa "stop" qoyulur? Bu gün, 16:48 "Prezident Kuboku 2026" beynəlxalq reqatası: Birinci yarış gününün qaliblərii mükafatlandırılıb Bu gün, 16:48 BƏƏ OPEC-dən çıxmasının səbəbini açıqladı Bu gün, 16:48 Azərbaycan avarçəkəni Əlimurad Hacızadə "Prezident Kuboku 2026" reqatasında gümüş medal qazanıb Bu gün, 16:48 İran valyutası yenidən ucuzlaşıb - Dollar 1,8 milyon riala çatıb Bu gün, 16:48 Prezidentin sərəncamı əhalinin sel və daşqın fəlakətlərindən müdafiəsinə gətirib çıxaracaq - RƏY Bu gün, 16:48 Bu il 100 yaşı tamam olan azərbaycanlı alimin həyat və yaradıcılığı Bu gün, 16:48 Gömrük borcunun hesablanmasında YENİLİK Bu gün, 15:48 Aktau 2030-cu il üçün İƏT-in Turizm Paytaxtı seçilib Bu gün, 15:48 Mayda hava 35°-dək yüksələcək - AYLIQ PROQNOZ Bu gün, 15:48 "Kəlmə-Kəlməyə" meyxana şousunda ilk finalçı məlum oldu Bu gün, 15:48 Onlayn ticarət çətinləşir - Qiymətlər bahalaşacaq? Bu gün, 15:48 69 minlik dələduzluqda ittiham olunan qadın direktor Türkiyədən ekstradisiya edildi Bu gün, 15:48 AFFA "Neftçi"ni 12 min, "Qarabağ"ı 8 min cərimələdi Bu gün, 15:48 14 yaşlı qızla 19 yaşlı oğlan qonaq getdikləri evin hamamında zəhərləndi - Biri öldü Bu gün, 15:48 AZAL-ın təşəbbüsü ilə Milli Aviasiya Akademiyasının gənc mütəxəssisləri təlimdə iştirak üçün  Avropaya yola düşüblər Bu gün, 15:48 Ağsuda "Isuzu" qəzaya uğradı: Yaralı sürücünün XİLASEDİLMƏ GÖRÜNTÜLƏRİ Bu gün, 15:48 Məktəbə işə düzəltmək vədi ilə 200 minlik dələduzluq - Müəllimə hökm oxundu Bu gün, 14:49 Ceyhun Bayramov koreyalı həmkarı ilə ikitərəfli münasibətləri müzakirə edib Bu gün, 14:49 Narkotikin təsiri altında qanunsuz maşın sürdü - HƏBS OLUNDU Bu gün, 14:49 Paytaxtın mərkəzi hissəsində boru partladı - Su küçəboyu axır Bu gün, 14:49 AZAL-ın təyyarəsi İrəvana eniş edib Bu gün, 14:49 Azərbaycanda malların müvəqqəti saxlanca yerləşdirilməsi şərtləri yüngülləşdirilir Bu gün, 14:49 Maliyyə Nazirliyinə Aparat rəhbəri təyin edilib Bu gün, 14:48 Növbəti köç karvanları Xocalı şəhərinə çatıb, açarlar təqdim edilib Bu gün, 14:48 Ağdərənin Aşağı Oratağ kəndinə köçən 6 ailəyə mənzillərinin açarları təqdim olunub Bu gün, 14:48 Azərbaycan və Maldiv adaları arasında VİZA LƏĞV EDİLDİ Bu gün, 14:48 Kürdə su artdı - Sabirabadda iki kəndi birləşdirən körpü su altında qaldı Bu gün, 14:48 Bakıda kişi sevdiyi qızın anasının qızıllarını oğurlayıb, özünə nişan mərasimi keçirdi - Polis saxladı Bu gün, 13:48 Xaçmazda dəhşətli qəza - Sürücülər öldü Bu gün, 13:48 Fərid Qayıbov: "İşğaldan azad edilmiş ərazilərdə beynəlxalq yarışların keçirilməsinə xüsusi önəm verilir" Bu gün, 13:48 Tramp İranı təhdid edib: "Yaxşı oğlan" olmaq dövrü geridə qaldı Bu gün, 13:48 İdman zalında risk hesab edilən 3 məşq növü Bu gün, 13:48 2026-cı ildə ruslar ən çox bu ölkələrə səyahət edəcəklər Bu gün, 13:48 Vatikanla ABŞ arasında "ədalətli müharibə" mübahisəsi Bu gün, 13:48 Aİ Ukraynaya 90 milyard avroluq kreditin şərtlərini sərtləşdirə bilər Bu gün, 13:48 Bakıda tıxaclara son qoyacaq YENİ YOLLAR Bu gün, 13:48 Əməkdar jurnalistə vəzifə verildi Bu gün, 12:48 Bahar Muradova: "Qadınların ağır sahələrdə çalışması onların hüququdur" Bu gün, 12:48 Ürəyi dayanan 30 yaşlı aktyorun son vəziyyəti açıqlandı Bu gün, 12:48 Niderland Azərbaycanla parlamentlərarası məsləhətləşmələrə ümid edir Bu gün, 12:48 Bakıda gənc oğlan 14 yaşlı qızla hamamda dəm qazından zəhərləndi - Ölən var Bu gün, 12:48 Azərbaycan sahibkarları Prezident İlham Əliyevə müraciət edib Bu gün, 12:48 Xocalının Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə daha 33 ailə yola salınıb Bu gün, 12:48 Daşqınlara qarşı yeni mərhələ: Nələr dəyişəcək? Bu gün, 12:48 Aprelin son günündə 22 dərəcə isti gözlənilir Bu gün, 12:48 Mərkəzdə mənzil sahibi olmaq istəyənlər üçün böyük fürsət – Nizami City Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR