
Fransız moda evi "Chanel"in yeni yaradılan ayaqqabı kolleksiyası bəyənilməyib.
AVESTA.AZ "lenta.ru"ya istinadən xəbər verir ki, Matye Blasinin rəhbərliyi altında hazırlana dabansız və dabanları bağlı sandaletlər müzakirə mövzusu olub.
Modellər podiumda bu kolleksiyanın qızılı, gümüşü və qəhvəyi rənglərində gəziblər. Ayaqqabıların arxa tərəfində sadəcə ayaq biləklərinə bağlanmış bağcıqlardan ibarətdir.
Şəbəkə istifadəçiləri lüks brendin yeni buraxılışından təəccübləniblər.
Şərh bölməsində bu barədə milyonlarla istifadəçi müzakirəyə başladıb.
Onlar "Ayaqyalın gəzmək üçün 800 dollar ödəməyəcəyəm", "Bağışlayın, amma bunlar ayaqqabı deyil", "Bu sandaletlər məni narahat edir" və "Onları harada geyinməyimi məsləhət görürsünüz?" şərhlərini yazaraq yeni kollaksiyanı lağa qoyublar.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.