
ABŞ-nin "Time" jurnalı 2026-cı il üçün dünyanın ən nüfuzlu 100 şirkətinin siyahısını dərc edib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, müvafiq siyahı nəşrin rəsmi saytında yayımlanıb.
Reytinqin "Titanlar" kateqoriyasında "Google", "Nvidia", "Meta", "Netflix", "SpaceX", "Toyota" və digər şirkətlər yer alıblar.
"Liderlər" siyahısına robot texnologiyaları şirkəti "Boston Dynamics", süni intellekt startapı "Anthropic" və "Chevron" neft şirkəti daxil edilib.
"Üsyançılar" kateqoriyasında "Telegram" messenceri, "TikTok" video platforması, həmçinin proqram təminatı istehsalçısı "Adobe" və digərləri yer alıb.
"İnnovatorlar" sırasında "Huawei" və çip istehsalçısı "Qualcomm" göstərilib.
Bu ilin "Yeni oyunçuları" isə süni intellekt nəhəngi "OpenAI", "Discord" messenceri, həmçinin Yaponiyanın "Fujifilm" şirkəti və digərləri olub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.