
WUF13 zamanı bölgələrdən Bakıya gələn nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət nəzərdə tutulmur.
AVESTA.AZ xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin (NİİM) rəisi polis polkovniki Namidan Piriyev deyib.
Onun sözlərinə görə, yalnız WUF13 tədbirinin açılışı günü - 18 may tarixində Lökbatan qəsəbəsi istiqamətindən şəhərə girişlərə müvəqqəti məhdudiyyət tətbiq edilə bilər. Bu zaman həmin nəqliyyat vasitələri başqa istiqamətlərə yönləndiriləcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.