Bu gün, 11:48 75

Hakim: Məhkəmə cəzanı emosiyaya görə deyil, qanuna əsasən müəyyən edir

Məhkəmə istədiyi cəzanı verə bilməz, yalnız qanunun müəyyən etdiyi çərçivədə qərar qəbul edir.

BAKU.WS xəbər verir ki, bunu Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Aygün Qurbanova deyib.

Onun sözlərinə görə, bəzi hallarda cəmiyyət verilən cəzanı ya həddindən artıq yüngül, ya da çox ağır hesab edir:

"Bu yanaşma da emosional reaksiyalardan qaynaqlanır. Məhkəmələr qərar qəbul edərkən hisslərə deyil, hüququn tələblərinə əsaslanır. Cəmiyyət hadisələrə daha çox ağrı, qəzəb, empatiya və qorxu hissləri ilə yanaşır. Məhkəmənin əsas vəzifəsi isə cəmiyyətin gözləntiləri ilə hüququn tələbləri arasında düzgün balansı qorumaqdır. Bu balansın əsas dayaqlarından biri qanunilik prinsipidir. Məhkəmə istənilən cəzanı tətbiq edə bilməz və yalnız qanunvericiliyin müəyyən etdiyi çərçivədə qərar qəbul edir. Həmin çərçivə isə cəmiyyətin maraqları nəzərə alınmaqla müəyyənləşdirilir".

A.Qurbanova bildirib ki, cəza təyin edilərkən əsas prinsiplərdən biri də ədalət və mütənasiblikdir:

"Məhkəmə yalnız nəticəyə deyil, cinayətin törədilmə şəraitinə, təqsirin formasına, şəxsin əvvəlki həyat tərzinə və hadisədən sonrakı davranışına da hüquqi qiymət verir. Məhz bu amillər cəzanın həqiqi ölçüsünü müəyyən edir".

Hakim vurğulayıb ki, Ali Məhkəmənin hüquqi mövqeyinə əsasən, cəza təyin edilərkən formal yanaşmaya yol verilməməli, hər bir iş fərdi qaydada araşdırılmalıdır:

"Bəzi hallarda məhkəmə şəxsin ilk dəfə cinayət törətməsini, peşmançılıq hissini və vurulmuş ziyanın ödənilməsini nəzərə alaraq daha yüngül cəza tətbiq edə bilər. Digər hallarda isə cinayətin planlaşdırılması, residiv halları və əməlin yüksək ictimai təhlükəliliyi daha sərt hüquqi nəticələrə səbəb olur. Məhkəmə qərarlarının əsaslandırılması ictimai etimad baxımından xüsusi əhəmiyyət daşıyır. Əgər hökm aydın, məntiqli və hüquqi baxımdan əsaslandırılmışdırsa, cəmiyyət onu daha asan qəbul edir. İnsanlar yalnız nəticəni deyil, həmin nəticənin arxasında duran hüquqi səbəbləri də görməlidir".

A.Qurbanova hüquqi dövlətdə ədalətin emosiyalarla deyil, qanun və sübutlarla müəyyən olunduğunu da diqqətə çatdırıb:

"Məhkəmə cəzanı cəmiyyətin emosiyalarına görə deyil, qanunun və ədalətin tələblərinə uyğun təyin edir. Əsl balans da məhz burada qurulur".

Paylaş

Xəbər lenti

Füzuli sakini yanğında tüstüdən zəhərlənərək ölüb Bu gün, 12:48 Ancelina Coli məhkəmədə Bred Pitt üzərində üstünlük qazandı Bu gün, 12:48 Metro ilə bağlı DƏYİŞİKLİK - 9 və 11 may tarixlərində... Bu gün, 12:48 Azərbaycan və Almaniya nəqliyyat sahəsində əməkdaşlığı genişləndirir Bu gün, 12:48 Aktiv ƏDV və vergi ödəyicilərinin sayı artıb - RƏQƏMLƏR AÇIQLANDI Bu gün, 12:48 VI "Qızıl Şah" Milli Kulinariya Çempionatı keçirilir Bu gün, 12:48 Artıq 100 minə yaxın uşaq birinci sinfə qəbul olunub Bu gün, 12:48 Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar təşkil edilən "Ən yaxşı təqdimat" müsabiqəsi başa çatıb Bu gün, 12:48 Sabah hava 22 dərəcə İSTİ OLACAQ - HAVA PROQNOZU Bu gün, 12:48 Bakı Slavyan Universitetinin professoru vəfat edib Bu gün, 12:48 Dövlət Neft Fondundan büdcəyə transfert 100 faiz icra edilib Bu gün, 12:48 Fermerlərin 150 kV-dək günəş enerjisindən istifadəsinə icazə tələb olunmur - Nazir müavini Bu gün, 12:48 Polkovnikin ölümündən sonra üzə çıxan CİNAYƏTİ: Dövlətə BİR MİLYON ZİYAN VURUB Bu gün, 12:48 Bakı-Sumqayıt qatarının qeyri-iş günlərindəki QRAFİKİ Bu gün, 11:48 Moskvada 9 Mayda mobil internet məhdudlaşdırılacaq Bu gün, 11:48 Balakən kanat yolunun inşasına başlanılıb Bu gün, 11:48 Tanınmış terapevt-uroloq vəfat edib Bu gün, 11:48 Bakıdakı xəstəxanada biraylıq KÖRPƏ ÖLDÜ Bu gün, 11:48 Vəkil olmaq istəyənlərin DİQQƏTİNƏ! Bu gün, 11:48 Hantavirusla bağlı yeni YOLUXMALAR Bu gün, 11:48 Azərbaycanın büdcə göstəriciləri açıqlanıb: 4 ayda 16 milyard manatdan çox gəlir Bu gün, 11:48 Hərbçilərimizin Türkiyədə iştirak etdiyi çoxmillətli birgə təlimdən GÖRÜNTÜLƏRİ Bu gün, 11:48 Hakim: Məhkəmə cəzanı emosiyaya görə deyil, qanuna əsasən müəyyən edir Bu gün, 11:48 Sarayda avtomobil partlayıb, xəsarət alan var Bu gün, 11:48 Novex Group "InterFood Azerbaijan" 31-ci beynəlxalq qida sənayesi sərgisində iştirak edir Bu gün, 10:48 Bu küçədə hərəkət MƏHDUDLAŞACAQ Bu gün, 10:48 Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana alüminium və taxıl göndərilib Bu gün, 10:48 BMT-də WUF13-ə hazırlıq mövzusuna həsr olunmuş yüksək səviyyəli tədbir keçirilib Bu gün, 10:48 Qusarda məşhur şadlıq sarayı BAĞLANDI Bu gün, 10:48 Nazirin işdən çıxartdığı Təranə Əhmədovaya TƏBİB-də VƏZİFƏ VERİLDİ Bu gün, 10:48 Türkiyəyə qar yağıb Bu gün, 10:48 Gəncədə yeniyetmə yaşıdı tərəfindən BIÇAQLANDI Bu gün, 09:48 Qaxda dörd kənd qazsız qalıb Bu gün, 09:48 "Bitcoin"in qiyməti DÜŞDÜ Bu gün, 09:48 "Neftçi" FIFA-nın transfer qadağasının 3-5 gün ərzində ləğv ediləcəyini açıqlayıb Bu gün, 09:48 Azərbaycan nefti 10 dollara yaxın UCUZLAŞDI Bu gün, 09:48 Azərbaycanda 200-dən çox ahıl şəxs sosial xidmət müəssisəsində yaşayır Bu gün, 09:48 Qəbiristanlıq yaxınlığında tapılan azyaşlının anası erkən evliliyin qurbanı olub Bu gün, 00:48 Bakı-Ankara birliyi Parisin siyasi şousuna fürsət vermədi Dünən, 23:48 Ayxan Hacızadə: Jan Noel Baronun Azərbaycan əleyhinə səsləndirdiyi iddiaları qətiyyətlə rədd edirik Dünən, 23:48 Mingəçevirdə keçirilən WUF13 Festivalı ictimai proqramla yekunlaşıb Dünən, 23:48 Qız qaçırmaq istəyərkən dava düşdü - 4 yaralı var Dünən, 23:48 Sarkozi şərti azadlığa buraxıldı Dünən, 23:48 Fatimə Fətəliyeva: "Hər şey öz vaxtında bir nemət imiş" Dünən, 23:48 Xərçəngə qalib gələn şagird olimpiadada qızıl medal qazandı Dünən, 23:48 Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışıb Dünən, 22:48 Tramp İranla razılaşma ehtimallarından danışıb Dünən, 22:48 Avropadan etiraf: Oyunun qaydalarını Bakı müəyyən edir Dünən, 22:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR