8-05-2026, 11:48 361

Forbes Philip Morris International-ı Net Zero liderləri siyahısına daxil edib

PMI dördüncü pillədə qərarlaşaraq, xalis sıfır karbon izi hədəflərinə doğru mühüm irəliləyişlərinə görə ardıcıl dördüncü il siyahıya düşüb

Philip Morris International (PMI) bir daha Forbes jurnalının 2026-cı il "Net Zero Leaders" (Xalis Sıfır Liderləri) siyahısına daxil edilib. Bu, şirkətin qlobal əməliyyatları üzrə iqlim tədbirlərinin təşviqində lider mövqeyini və davamlı irəliləyişini təsdiqləyir.

Forbes-un "Net Zero Leaders" siyahısı yalnız öhdəliklərə deyil, ölçülə bilən nəticələrə əsaslanaraq 2050-ci ilə qədər xalis sıfır emissiyaya nail olmaq üçün ən yaxşı mövqedə olan və ABŞ birjalarında səhmləri satılan şirkətləri qiymətləndirir. Əksər şirkətlər xalis sıfır emissiya üçün 2050-ci ili hədəf alsa da, PMI 2025-ci ildə dərc etdiyi "İqlimə Keçid Planında" göstərildiyi kimi, bu hədəfə 2040-cı ilə qədər çatmaq öhdəliyinə sadiq qalır. Bu ambisiya PMI-nin kollektiv tərəqqiyə inamını, iddialı məqsədlərin innovasiyanı təşviq etdiyinə, siyasətin dəyişikliyini mümkün edəcək şəkildə inkişaf edəcəyinə və əməkdaşlığın sistem miqyasında transformasiyanı sürətləndirəcəyinə olan etibarını əks etdirir. Ən əsası isə bu, ümid mesajıdır: erkən addımlar atmaq və bu mövqedə qətiyyətli qalmaqla PMI bazarların, texnologiyaların və düşüncə tərzlərinin dəyişməsi üçün zəruri kritik impulsun formalaşmasına töhfə verə və dəyər zənciri boyunca oxşar addımları təşviq edə bilər.

"PMI-nin Forbes jurnalının "Net Zero Leaders" siyahısına daxil edilməsi onun qlobal transformasiyasının gücünü və dəyər zənciri üzrə ekoloji təsirin azaldılmasına olan sadiqliyini əks etdirir. Azərbaycanda bu yolda verdiyimiz töhfə innovativ məhsulların məsuliyyətli kommersiyalaşdırılması yolu ilə tüstüsüz alternativlərə keçidin sürətləndirilməsinə yönəlib. Yetkin siqaret çəkənlər üçün daha yaxşı alternativlərin genişləndirilməsi ilə PMI-nin daha davamlı şəkildə uzunmüddətli dəyər yaratmaq ambisiyasını dəstəkləyirik," – deyə Philip Morris Azerbaijan-ın direktoru İqor Nikonenkо bildirib.

Philip Morris International sürətlə satılan istehlak malları (FMCG) kateqoriyasında 1-ci yeri, ümumilikdə isə 4-cü yeri tutaraq Top 10-a düşən yeganə FMCG şirkəti olub. Bu nəticə şirkətin güclü risk idarəetməsini, əməliyyat üstünlüyünü, idarəetmə keyfiyyətini və təşkilati hazırlığını əks etdirir. Forbes qiymətləndirmə zamanı "Sustainalytics" və "Morningstar" məlumatlarından istifadə edərək idarəetmə, risklərin idarə olunması, strategiya, 1, 2 və 3-cü Həcmlər üzrə dekarbonizasiya göstəriciləri, eləcə də maliyyə dayanıqlılığını təhlil edib.

Son bir il ərzində PMI iqlim strategiyasının əsaslarını daha da möhkəmləndirib və onu uzunmüddətli dəyər yaradılmasına daha dərindən inteqrasiya edib. Əsas mühüm mərhələlərə aşağıdakılar daxildir:

• Uzunmüddətli dəyər yaradılmasının növbəti mərhələsini müəyyən edən "Dəyər Planı 2030+"-un istifadəyə verilməsi;

• Dəyər zənciri üzrə 2040-cı ilə qədər xalis sıfır istixana qazı emissiyalarına nail olmaq üçün tədbirləri, idarəetməni, vaxt cədvəllərini və hədəfləri əhatə edən yenilənmiş "İqlimə Keçid Planının" dərc edilməsi;

• "Elm Əsaslı Hədəflər Təşəbbüsü" tərəfindən təsdiqlənmiş elmi əsaslı dekarbonizasiya hədəflərinə doğru davamlı irəliləyiş.

Philip Morris International: Qlobal Tüstüsüz Gələcəyin Çempionu

Philip Morris International aparıcı beynəlxalq istehlak malları şirkətidir və fəal şəkildə tüstüsüz gələcək qurmaqla yanaşı, uzunmüddətli perspektivdə portfelini tütün və nikotin sektorundan kənar məhsullarla genişləndirir. Şirkətin hazırkı məhsul portfeli əsasən siqaretlərdən və tüstüsüz məhsullardan - o cümlədən qızdırılan tütün məhsulları, nikotin paketləri və elektron buxar məhsullarından ibarətdir.

PMI-nin tüstüsüz məhsulları 105-dən çox bazarda satılır və 31 dekabr 2025-ci il tarixinə şirkətin qiymətləndirməsinə əsasən, dünya üzrə 43 milyondan çox yetkin yaşda olan istehlakçı tərəfindən istifadə edilib. Bu istehlakçıların əksəriyyəti siqaret çəkməkdən imtina edib və ya istifadəsini əhəmiyyətli dərəcədə azaldıb. Tüstüsüz biznes 2026-cı ilin birinci rübündə PMI-nin ümumi xalis gəlirlərinin 43%-ni təşkil edib.

2008-ci ildən etibarən PMI siqaret çəkməyə davam edəcək yetkin şəxslər üçün innovativ tüstüsüz məhsulların hazırlanması, elmi əsaslandırılması və kommersiyalaşdırılması məqsədilə 16 milyard ABŞ dollarından çox investisiya yatırıb. Məqsəd siqaret satışını tam dayandırmaqdır. Bu investisiyalar klinikayaqədər toksikologiya, klinik və davranış tədqiqatları, eləcə də bazardan sonrakı araşdırmalar sahələrində dünya səviyyəli elmi qiymətləndirmə imkanlarının yaradılmasını əhatə edir.

Elmi əsaslı hərtərəfli qiymətləndirmədən sonra ABŞ Qida və Dərman Administrasiyası (FDA) "Swedish Match" şirkətinin General snus və ZYN nikotin paketlərinin, həmçinin PMI-nin IQOS cihazları və istehlak məhsullarının marketinqinə icazə verib - bu, öz kateqoriyalarında ilk belə icazələrdir. IQOS və General snus məhsulları eyni zamanda FDA tərəfindən Dəyişdirilmiş Riskli Tütün Məhsulu statusu alan ilk məhsullar olub. Tibb və biologiya sahəsində güclü təməl və geniş təcrübəyə malik olan PMI uzunmüddətli perspektivdə sağlamlıq və rifah sahələrinə genişlənməyi hədəfləyir. Ətraflı məlumat üçün www.pmi.com və www.pmiscience.com saytlarına daxil ola bilərsiniz.

Philip Morris International-ın törəmə şirkətinə məxsus filial ofisi Azərbaycanda 2024-cü ilin avqust ayında fəaliyyətə başlayıb. Hazırda IQOS cihazları və istehlak məhsulları Azərbaycan bazarında mövcuddur.

Paylaş

Xəbər lenti

"Barselona" futbolçuları Bakıda Bu gün, 00:48 Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum olub Bu gün, 00:48 Ada Süleymanın həlak olduğu qəzadakı avtomobilin son halı Bu gün, 00:48 Sulutəpədə güclü yanğın Dünən, 23:48 ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyaları genişləndirib Dünən, 23:48 Fərid Qayıbov İstanbulda Avropa Oyunları ilə bağlı müzakirələrdə iştirak edib Dünən, 23:48 Melaniya Tramp: Vaşinqton Ukrayna nizamlanmasına dair yeni təkliflər üzərində işləyir Dünən, 23:48 Qarabağ Universiteti: Heç bir tələbə ali təhsil müəssisəsindən qovulmayıb Dünən, 22:48 Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib Dünən, 22:48 Tramp "Nvidia" rəhbərinin üç yeni çip hazırlamaq istədiyini açıqlayıb Dünən, 22:48 Ramiz Mehdiyevin kürəkəninin işi niyə yalnız Kəmalə Abıyevaya həvalə edilir? - Təsadüf, yoxsa üst-üstə düşən maraqlar? Dünən, 22:48 Evdə virusların yayılma riskini azaltmağın sadə yolu - Həkim açıqladı Dünən, 22:48 Azərbaycan COP31-in mükəmməl təşkilatçılığına görə Türkiyəni təbrik edib Dünən, 22:48 Səfir: Albaniya Orta Dəhlizin 8-ci Dəhliz və Dürres limanı ilə birləşdirilməsində maraqlıdır Dünən, 21:48 FIFA 2031 və 2035-ci il dünya çempionatlarına ev sahibliyi edəcək ölkələri açıqlayıb Dünən, 21:48 Çempionlar Liqasında "Sabah"la qarşılaşacaq "Barselona" Bakıya gəlib Dünən, 21:48 Bakıda mənzillər 2027-ci ildə də bahalaşacaq? - VACİB AÇIQLAMA Dünən, 21:48 Əməkdar müəllimi piyada keçidində maşın vurub öldürdü Dünən, 21:48 Bakıda mağazaları qarət edən iki nəfər saxlanıldı Dünən, 20:48 Dünyaca məşhur "Bvlgari" brendinin rəhbəri VƏFAT ETDİ Dünən, 20:48 29 binanın damı, fasadı və blokları yenilənəcək - Bu ərazilərdə... Dünən, 20:48 Merts Avropanın Rusiya ilə danışıqlara hazır olduğunu bildirib Dünən, 20:48 Keçmiş məcburi köçkünləri SEVİNDİRƏCƏK XƏBƏR - Bu rayonlarda... Dünən, 19:48 74 yaşlı qadının məhkəmə istintaqı yenidən başlayır Dünən, 19:48 Bakıda yeniyetmə və gənc stolüstü tennisçilərin ölkə kuboku yarışı start götürüb Dünən, 19:48 Azərbaycanda bu oyuncaqların satışı QADAĞAN EDİLİR Dünən, 19:48 Paşinyan avropalı səfirlərlə görüşdü – TRIPP və sülh prosesi müzakirə olundu Dünən, 19:48 Apteklərdə müayinə aparan bəzi oftalmoloqlar cəzalandırılacaqlar Dünən, 18:48 Azərbaycanlı aparıcı Ada Süleymanın öldüyü qəzanın TƏFƏRRÜATI Dünən, 18:48 Ermənistanın yeni Konstitusiya layihəsi açıqlandı: erməni cəmiyyəti tarixi sınaq qarşısında Dünən, 18:48 İcarəyə maşın götürdü, ehtiyat hissələrini sökərək satdı Dünən, 18:48 Tramp: Huanqın "Nvidia"ya qayıdışı düzgün qərardır Dünən, 18:48 Azərbaycanda Dünya Çempionatı keçirilir - 900-dən çox idmançı mübarizə aparacaq Dünən, 18:48 İcarəyə götürdüyü maşını sökərək ehtiyat hissələrini satmaqda şübhəli bilinən şəxs saxlanılıb Dünən, 17:48 İsa Həbibbəyli: Sərdar Berdiməhəmmədovun kitabı Türkmənistanın "pasportu"dur Dünən, 17:48 Ada Süleymanova ilə qəzada faciəli şəkildə ölən Anar Kərimovun görüntüləri Dünən, 17:48 Binə qəsəbəsində mağazalardan oğurluq edən iki nəfər saxlanılıb Dünən, 17:48 "By Fateh Gənclik"də nöqsanlar aşkarlandı - GÖRÜNTÜLƏR Dünən, 17:48 Jiva Tünzalə Ağayevanın repertuarına müraciət etdi - VİDEO Dünən, 17:48 Azərbaycanda kişi kanalizasiya quyusuna düşərək öldü Dünən, 17:48 Bakıda və rayonlarda sabah külək güclənəcək Dünən, 17:48 Çingiz Kişiyev: "İlk dəfə çempionatda UWW təşkilatının xüsusi patentləşdirilmiş kəməri təqdim ediləcək" Dünən, 16:48 Nərimanovda açıq lyukun qapağı oğurlanıbmış - Açıqlama Dünən, 16:48 Nar Oyun Mərkəzində oyna, smartfon qazan! Dünən, 16:48 Azərbaycanda oyuncaqların satışı ilə bağlı YENİ TƏLƏB - Bundan sonra... Dünən, 16:48 Pərviz Şahbazova yeni vəzifə verildi Dünən, 16:48 Polis Abşeronda reyd keçirdi, 16 sürücü saxlanıldı Dünən, 16:48 Bu yolda cərimələnə bilərsiniz: Yol nişanları dəyişdirilib Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR