
ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin (CDC) hantavirus hallarını "3-cü səviyyə fövqəladə vəziyyət" kodu ilə izləməyə başladığı bildirilib.
AVESTA.AZ xəbər verir ki, CDC hantavirusla bağlı halların artmasından sonra Təcili Əməliyyatlar Mərkəzini aktivləşdirib.
Bildirilir ki, "3-cü səviyyə fövqəladə vəziyyət" ən aşağı risk kateqoriyası hesab olunur. Bu isə virusun hazırda əhali üçün yüksək təhlükə yaratmadığını, lakin vəziyyətin səhiyyə qurumları tərəfindən aktiv şəkildə izlənildiyini göstərir.
Qeyd olunur ki, Argentinadan Kabo-Verdeyə gedən "MV Hondius" adlı gəmidə bəzi sərnişinlərdə hantavirus aşkarlanıb. Virusa yoluxan 3 nəfərin öldüyü bildirilir.
Mütəxəssislərin sözlərinə görə, hantavirus əsasən gəmiricilər vasitəsilə yayılır. Virus siçan və digər gəmiricilərin sidik, tüpürcək və qurumuş nəcisi ilə çirklənmiş havanın tənəffüs edilməsi zamanı insana keçə bilər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.