
Yaz və yay aylarında çiçəklənmə dövründə allergiyadan əziyyət çəkən insanlar davamlı asqırma, gözlərdə qaşınma və burun tutulması kimi problemlərlə qarşılaşırlar.
BAKU.WS Rusiya KİV-ə istinadən xəbər verir ki, terapevt Andrey Kosteçko bu əlamətlərin bitki tozlarına qarşı yaranan mövsümi allergiya - pollinoz olduğunu və bəzi hallarda ciddi fəsadlara səbəb ola biləcəyini bildirib.
Həkimin sözlərinə görə, ağır hallarda pollinoz fonunda allergik bronxial astma inkişaf edə bilər.
Birbaşa pollinozdan ölüm hallarına çox nadir rast gəlinsə də, onun yaratdığı ağırlaşmalar təhlükəli hesab olunur.
Mütəxəssis qeyd edib ki, bu ağırlaşmalara anafilaktik şok, kəskin tənəffüs çatışmazlığı ilə müşayiət olunan ağır allergik astma tutmaları, eləcə də nəfəs yollarının keçiriciliyini pozan Kvinke ödemi, o cümlədən qırtlaq ödemi daxildir.
Andrey Kosteçko bildirib ki, bəzi insan qrupları üçün pollinoz daha böyük risk yaradır:
"İlk növbədə bronxial astma diaqnozu qoyulmuş şəxslər risk altındadır. Çiçək tozu onlarda ağır tutmaya səbəb ola bilər. Həmçinin əvvəllər Kvinke ödemi və ya anafilaksiya keçirmiş şəxslər, pollinoz fonunda ağırlaşma yaşamış insanlar və güclü simptomlara baxmayaraq düzgün müalicə almayanlar üçün təhlükə daha yüksəkdir", - deyə həkim vurğulayıb.
Mütəxəssis simptomların azalması və çiçək tozu ilə təmasın minimuma endirilməsi üçün bir sıra tövsiyələr də verib.
Onun sözlərinə görə, aktiv çiçəklənmə dövründə xüsusilə səhər saat 09:00-11:00 aralığında açıq havada az olmaq məsləhətdir. Parklar, ağaclı ərazilər və xiyabanlarda gəzintidən qaçmaq tövsiyə olunur.
"Həyətə və ya küçəyə çıxdıqdan sonra evə qayıdanda gözləri, burnu və üzü yumaq, paltar dəyişmək və duş qəbul etmək lazımdır. Çünki çiçək tozları geyimdə qala bilər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.