
"Azərbaycan Hava Yolları" QSC (AZAL) əlverişsiz hava şəraiti səbəbindən müvəqqəti həyata keçirilməyən Bakı–Naxçıvan–Bakı marşrutu üzrə uçuşların icrasını yenidən bərpa edib.
Bu barədə BAKU.WS-ə AZAL-dan məlumat verilib.
Bildirilib ki, hazırda qeyd olunan istiqamətdə reyslər planlaşdırılmış qrafikə uyğun yerinə yetirilir.
Eyni zamanda, AZAL bölgədə müşahidə olunan qeyri-sabit hava şəraitini daim nəzarətdə saxlayır və uçuşların təhlükəsiz icrasını təmin etmək məqsədilə zəruri əməliyyat qərarlarını qəbul edir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.