Bu gün, 20:48 70

Bakıdan dünyaya nümunəvi mesaj: Dünya Şəhərsalma Forumu hansı nəticələrlə yadda qaldı?

(WUF13) həm iştirakçı sayı, həm də siyasi və institusional çəkisi baxımından tədbirin tarixində yeni mərhələ kimi yadda qaldı. 176 ölkədən 57 mindən çox iştirakçını bir araya gətirən forum bu günə qədər keçirilən ən genişmiqyaslı sessiya oldu.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu göstərici yalnız tədbirin miqyasını deyil, həm də Azərbaycanın beynəlxalq platforma kimi artan nüfuzunu ortaya qoydu. WUF13 eyni zamanda COP29-dan sonra ölkədə keçirilən ikinci ən böyük beynəlxalq tədbir kimi yadda qaldı.

Forum çərçivəsində Bakı bir daha qlobal dialoq, çoxtərəfli əməkdaşlıq və beynəlxalq həmrəyliyin təşviq olunduğu mühüm mərkəz funksiyasını yerinə yetirdi. Azərbaycanın WUF13-ə ev sahibliyi etməsi ölkənin şəhərsalma və dayanıqlı inkişaf məsələlərində beynəlxalq proseslərə verdiyi töhfənin göstəricisidir.

WUF13-ün ən diqqətçəkən yeniliklərindən biri isə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə forum tarixində ilk dəfə təşkil olunan Liderlərin Sammiti oldu. Mayın 18-də keçirilən sessiyada 27 dövlət və hökumət başçısı, beynəlxalq təşkilat rəhbərləri və yüksəksəviyyəli nümayəndələr iştirak etdilər. Çıxışlarda Azərbaycanın qonaqpərvərliyi, forumun yüksək səviyyədə təşkili və beynəlxalq dialoq üçün yaradılan şərait xüsusi vurğulandı. Sessiya həm də Azərbaycanın yeni beynəlxalq siyasi dialoq formatları təşəbbüsü və müxtəlif tərəfləri ortaq platformada bir araya gətirmək imkanlarını nümayiş etdirdi.

Forum çərçivəsində keçirilən digər mühüm tədbirlərdən biri də Azərbaycanın sədrliyi ilə təşkil olunan nazirlər görüşü idi. Mayın 17-də baş tutan görüşdə 70-ə yaxın ölkəni təmsil edən nazirlər və nazir müavinləri iştirak etdilər. Görüşün yekununda qəbul olunan "Sədrin xülasəsi" sənədində bir sıra vacib məqamlar əksini tapdı. Sənəddə Prezident İlham Əliyevin liderliyi vurğulandı, WUF13-ün forum tarixinin ən böyük sessiyası olduğu qeyd edildi və Azərbaycan hökuməti ilə xalqına təşəkkür ifadə olundu. Bununla yanaşı, forum çərçivəsində tətbiq olunan innovativ yanaşmalar, xüsusilə Liderlərin Bəyanatları Sessiyasının təşkili və gələcək WUF sessiyaları üçün Bakı standartlarına əsaslanan əməliyyat təlimatlarının hazırlanması təşəbbüsü müsbət qiymətləndirildi. Sənəddə Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi bərpa və yenidənqurma işləri də xüsusi qeyd olundu. İşğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq prosesinin oxşar vəziyyətlərlə üzləşən ölkələr üçün nümunə ola biləcəyi vurğulandı.

WUF13 Azərbaycan üçün yalnız ev sahibi statusu ilə deyil, həm də öz inkişaf modelini təqdim etmək baxımından əhəmiyyətli platforma oldu. Forum zamanı ölkənin bir neçə istiqamətdə topladığı təcrübə beynəlxalq auditoriyaya təqdim edildi.

Xüsusilə, qədim memarlıq irsinin qorunması ilə müasir şəhərsalmanın uzlaşdırılması, işğaldan azad edilmiş ərazilərdə "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarının tətbiqi, həmçinin "Böyük Qayıdış" proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə qaytarılması diqqət mərkəzində oldu.

Azərbaycan tərəfi postmünaqişə dövründə 9 şəhər və 100-dən artıq kəndin yenidən qurulması istiqamətində görülən işləri şəhərsalma və dayanıqlı inkişaf kontekstində təqdim etdi. Eyni zamanda, bərpa prosesində ekoloji məsələlərə və yaşıl infrastruktura verilən önəm xüsusi vurğulandı.

Forumun əsas nəticələrindən biri də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə "Yeni şəhər gündəliyində həyat nəfəsi: Davamlı şəhərlər üçün hava keyfiyyəti və yaşıl infrastrukturun inteqrasiyası" mövzusunda yüksəksəviyyəli forumun təşkil olunması oldu. Tədbirin yekununda qəbul edilən "Nəfəs alan şəhərlər naminə Bakı Çağırışı" adlı kommünikedə təmiz hava məsələsinin Ümumdünya Şəhərsalma Forumunun gələcək sessiyalarının gündəliyində daimi mövzu kimi təsbit olunmasına çağırış edildi. Sənəddə təmiz hava və yaşıl infrastruktur məsələlərinin gələcək Ümumdünya Şəhərsalma forumlarının daimi gündəlik mövzularından birinə çevrilməsi təklif olundu.

Bununla yanaşı, Azərbaycanın təşəbbüsü ilə Bakı Şəhər Mükafatının təsis edilməsi də ölkənin qlobal şəhərsalma gündəliyində daha fəal iştirak etmək niyyətinin göstəricisidir.

WUF13 çərçivəsində diqqət çəkən məqamlardan biri də forumun təşkili zamanı tətbiq olunan idarəetmə və koordinasiya modelinin beynəlxalq səviyyədə maraq doğurması oldu. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə BMT-nin Məskunlaşma Proqramı arasında imzalanan Niyyət Məktubu gələcək forumların təşkili üçün "Bakı standartları" əsasında əməliyyat təlimatlarının hazırlanmasını nəzərdə tutur.

Bu isə Azərbaycanın artıq yalnız tədbirlərə ev sahibliyi edən ölkə deyil, həm də beynəlxalq tədbirlərin təşkili üzrə yeni idarəetmə yanaşmaları təqdim edən platformaya çevrildiyini göstərir.

Paylaş

Xəbər lenti

Şəhərlər üçün texnologiyalar: "Yango Group" Bakıda keçirilən WUF13 forumunda şəhər mühitinin inkişafına yönəlmiş həllər təqdim edib Bu gün, 21:48 WUF13 Azərbaycanın inkişaf modelinin beynəlxalq ictimaiyyətə növbəti təqtimatıdır Bu gün, 21:48 Kondisionersiz evi sərin saxlamağın yolları açıqlandı Bu gün, 21:48 Azərbaycanın postmünaqişə bərpası sahəsindəki beynəlxalq təşəbbüsü WUF13-ün yekun sənədlərində dəstəklənib Bu gün, 21:48 WUF13 dayanıqlı şəhər inkişafı sahəsində son illərin ən mühüm beynəlxalq tədbirlərindən biri kimi yadda qalıb Bu gün, 21:48 Azərbaycan Tennis Federasiyasının məşqçilər üçün vahid və məcburi akkreditasiya proqramına qeydiyyat davam edir Bu gün, 20:48 Kim Çen In İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib Bu gün, 20:48 "Bakı Fəaliyyətə Çağırış": Azərbaycanın təcrübəsi müharibədən sonrakı bərpanın əhəmiyyətli nümunəsidir Bu gün, 20:48 WUF13 iqlimə davamlı mənzil sistemləri yaratmağa çağırıb Bu gün, 20:48 Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında gender məsələlərinə həsr olunan tədbir keçirilib Bu gün, 20:48 Qeyri-sabit hava mayın 25-dək davam edəcək - XƏBƏRDARLIQ Bu gün, 20:48 Qarabağda işləmək istəyənlərin NƏZƏRİNƏ! - Maaş 2300 AZN-dək Bu gün, 20:48 Bakıdan dünyaya nümunəvi mesaj: Dünya Şəhərsalma Forumu hansı nəticələrlə yadda qaldı? Bu gün, 20:48 WUF13 qlobal mənzil maliyyələşdirilməsi sistemlərini islah etməyə çağırıb Bu gün, 20:48 Qurbanlıq heyvanların satışı və kəsiminə nəzarət gücləndirilir Bu gün, 20:48 WUF13-ün yekunlarına əsasən "Bakı Fəaliyyət Çağırışı" qəbul edilib Bu gün, 19:48 Bəzi rayonlara yağış yağır, Göyçaya dolu düşüb - FAKTİKİ HAVA Bu gün, 19:48 WUF13 - Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası bu gün artıq başa çatdı Bu gün, 19:48 İkiqat olimpiya çempionunun oğlu Azərbaycanı seçdi Bu gün, 19:48 Bakı-Tbilisi-Bakı qatarında kimlərə hansı güzəştlər tətbiq olunacaq? Bu gün, 19:48 "Bakı Fəaliyyətə Çağırış"da innovativ WUF13-ə görə Azərbaycana təşəkkür edilib Bu gün, 19:48 "Bakı Fəaliyyətə Çağırış" növbəti onilliyi "fəaliyyət onilliyi"nə çevirməyi təklif edib Bu gün, 19:48 "Bakı Fəaliyyətə Çağırış" Cənub-Cənub və Şimal-Cənub əməkdaşlığı üçün yeni imkanlar açır Bu gün, 19:48 Anna Falu Azərbaycana təşəkkür etdi: WUF13 Bakıda yüksək səviyyədə təşkil olunub Bu gün, 17:50 ABŞ və İsrailin İran planı: Əhmədinejad iddiası gündəm yaratdı Bu gün, 17:49 Anar Vəliyev: Mənzil hüququ insan hüququ kimi tanınmalı və prioritetləşdirilməlidir Bu gün, 17:49 Bakı Ümumdünya Şəhərsalma Forumunda estafeti Mexikoya ötürüb Bu gün, 17:49 Ünvanlı dövlət sosial yardımın məbləğinin ən yüksək olduğu RAYONLAR - SİYAHI Bu gün, 17:49 DİM 3 şəhərdə təkrar imtahan keçirəcək Bu gün, 17:48 WUF13-ün rəsmi bağlanış mərasimi keçirilib Bu gün, 17:48 Mehdiabadda qaz OLMAYACAQ Bu gün, 17:48 UN-Habitat-ın icraçı direktoru WUF13-ün bağlandığını elan edib Bu gün, 17:48 WUF13-də BMT və Azərbaycanın bayraqlarının endirilmə mərasimi keçirilib Bu gün, 17:48 Anar Quliyev: "WUF13 dayanıqlı şəhər gələcəyinə dair ortaq platformaya çevrilib" Bu gün, 16:48 Anar Quliyev: "WUF13 inklüziv iştirakı və məzmunlu nəticələri ilə yadda qalacaq" Bu gün, 16:48 Bakı-Tbilisi-Bakı qatarında pulsuz baqaj limiti AÇIQLANDI Bu gün, 16:48 Dövlət Komitəsinin sədri: "WUF13-ü 1000-dən çox media nümayəndəsi işıqlandırıb" Bu gün, 16:48 Rossbax: Azərbaycan işə son dərəcə sadiqlik nümayiş etdirib Bu gün, 16:48 Rossbax: WUF13-də rekord sayda - 67 min iştirakçı qeydə alınıb Bu gün, 16:48 Kubanıçbek Omuralıyev İlham Əliyevə təbrik məktubu göndərdi Bu gün, 16:48 WUF13-də ən çox müzakirə olunan urbanizasiya riskləri hansılar old Bu gün, 16:48 Baku TV WUF13-də Bu gün, 16:48 Anna Falu: "Dünyanın hər yerində qadınlar ayrı-seçkiliyə məruz qalır, mənzil hüququ əldə etməkdə maneələrlə üzləşir" Bu gün, 16:48 Alyona Əliyeva WUF13-dən paylaşım edib Bu gün, 16:48 "Mançester Siti" Qvardiolanın klubdan ayrılacağını açıqlayıb Bu gün, 15:48 Fergus Auldun Azərbaycandakı diplomatik fəaliyyəti başa çatıb Bu gün, 15:48 Nazir: "Zəngəzurdan keçəcək enerji xətti Türkiyənin regional hab rolunu artıracaq" Bu gün, 15:48 Ceyhun Bayramov UNCTAD-ın Baş katibi ilə görüşüb Bu gün, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR