23-05-2026, 09:48 175

Dünya mediası WUF13-ün qlobal şəhərsalma siyasətində yeni yol xəritəsinin müəyyənləşməsində rolundan yazıb

Azərbaycan BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) kimi mötəbər tədbiri ən yüksək səviyyədə təşkil etməklə, növbəti dəfə mühüm beynəlxalq sınağın öhdəsindən uğurla gəldi. Bu mötəbər tədbirin uğurla reallaşdırılması ölkəmizin təkcə yüksək təşkilatçılıq bacarığını deyil, həm də qlobal şəhərsalma çağırışlarına, sosial məskunlaşma və urbanizasiya problemlərinə yaradıcı yanaşmasını bütün dünyaya nümayiş etdirdi. Forumun davam etdiyi altı gün ərzində Azərbaycanın elmi-texnoloji yeniliklərə əsaslanan təcrübəsi, xüsusilə işğaldan azad edilmiş ərazilərdə tətbiq olunan "Ağıllı şəhər", "Ağıllı kənd" və "Yaşıl zona" layihələri beynəlxalq birliyin xüsusi rəğbətini qazandı.

AVESTA.AZ xəbər verir ki, forum işini başa çatdırsa da, onun qlobal miqyaslı əks-sədası hələ də davam etməkdədir. Dünyanın aparıcı media resursları Prezident İlham Əliyevin açılış mərasimindəki konseptual çıxışını, ölkəmizin foruma nümunəvi ev sahibliyini və şəhərsalma sahəsindəki nailiyyətlərini geniş işıqlandıraraq silsilə materiallar yayımlayıb. Beynəlxalq mətbuat WUF13-ü qlobal şəhərsalma gündəmini müəyyən edən ən mühüm intellektual və siyasi platforma, müasir urbanizasiya böhranlarına qarşı "Bakı Çağırışı"nın səsləndiyi strateji məkan kimi xarakterizə edib. Forumda müzakirə olunan iqlim dözümlülüyü, mənzil əlçatanlığı və rəqəmsal transformasiya kimi mövzular bəşəriyyətin gələcək taleyini həll edən aktual məsələlər kimi dünyanın aparıcı xəbər agentliklərinin manşetinə çevrilib. Səsləndirilən innovativ həllər bir daha təsdiqlədi ki, Azərbaycan qlobal problemlərin həllində təkcə ev sahibi deyil, həm də mühüm ideya və strategiya ixracatçısıdır.

WUF13 ilk gündən etibarən Türkiyə mediası tərəfindən böyük maraqla qarşılanıb. Qardaş ölkənin "Anadolu Ajansı", "Haber Global", "TRT Haber", "CNN Türk", "Yeni Şafak", "Milliyet", "Türkiye Gazetesi", "Akşam", "Star" və "İhlas Haber Ajansı" kimi mötəbər media qurumları WUF13-ü region və dünya üçün mühüm platforma kimi təqdim edib. Materiallarda Bakının urbanizasiya, "ağıllı şəhər", yaşıl enerji, dayanıqlı nəqliyyat və iqlim dəyişiklikləri ilə mübarizə sahəsində beynəlxalq müzakirələrin mərkəzinə çevrildiyi vurğulanıb. Türkiyə mediası Azərbaycanın irimiqyaslı beynəlxalq tədbirlərin təşkili sahəsində peşəkarlığını və yüksək logistika imkanlarını da xüsusi qeyd edib.

İranın IRNA, ISNA, "Mehr News", "Tasnim", "Fars News", ILNA, YJC"Bultan News" kimi aparıcı media orqanları da Bakıdakı forumu inkişaf etməkdə olan ölkələrin şəhərsalma problemlərinin beynəlxalq səviyyədə müzakirəsi üçün mühüm imkan kimi dəyərləndirib. İran nəşrlərində Bakı forumunun regional əməkdaşlıq, davamlı şəhər inkişafı və ekoloji yanaşmalar baxımından əhəmiyyətinə diqqət çəkilib. Məqalələrdə Azərbaycanın "Yaşıl şəhər" konsepsiyası və müasir urbanizasiya təcrübələrinin forumun əsas istiqamətlərindən biri olduğu vurğulanıb.

Pakistan mediası da Foruma ilk gündən geniş yer ayırıb. Dost ölkənin APP Agentliyi, "Radio Pakistan", DND, "The News", "Nation""Tribune" nəşrləri forumu urbanizasiya çağırışları və beynəlxalq tərəfdaşlıq baxımından mühüm platforma kimi təqdim edib. Materiallarda Pakistan nümayəndə heyətinin Bakıda şəhər inkişafı strategiyalarını və urbanizasiya layihələrini təqdim etdiyi bildirilib.

Rusiyanın TASS, "RİA Novosti", "İnterfaks" agentlikləri, "Rossiyskaya Gazeta""Vestnik Kavkaza" nəşrləri də Bakının beynəlxalq urbanizasiya gündəliyində artan rolunu ön plana çıxarıb. Eyni zamanda vurğulanıb ki, 2024-cü ilin noyabrında COP29-dan sonra indi WUF13-ü keçirməklə Azərbaycan qlobal beynəlxalq tədbirdə ev sahibliyi etmək qabiliyyətini bir daha nümayiş etdirdi. Xəbərlərdə WUF13-ün nəticələrinin yaxın gələcəkdə beynəlxalq şəhər idarəçiliyi standartlarını yenidən formalaşdıracağı bildirilib.

Hindistanın "The Hindu", "Times of India", "Hindustan Times" nəşrləri və ANI Agentliyi WUF13-ü qlobal şəhər inkişafı siyasətinin əsas beynəlxalq platformalarından biri kimi qiymətləndirib. Hindistan mediasında Azərbaycanın tədbiri yüksək səviyyədə təşkil etdiyi, Bakının isə urbanizasiya sahəsində beynəlxalq əməkdaşlığın vacib mərkəzinə çevrildiyi vurğulanıb.

Qazaxıstanın "Kazinform" Agentliyi, "Kazpravda", "24.kz""Egemen Qazaqstan" nəşrləri WUF13-ü Mərkəzi Asiya regionu üçün vacib əməkdaşlıq və təcrübə platforması kimi xarakterizə edib.

Özbəkistanın UZA Agentliyi, "Kun.uz", "Gazeta.uz""Yuz.uz" nəşrləri də Bakıda keçirilən forumun şəhərlərin dayanıqlı inkişafı və innovativ urbanizasiya modellərinin müzakirəsində mühüm rol oynadığını yazıblar.

Gürcüstanın "Interpressnews", "1TV""BM.ge" nəşrləri forumu region ölkələri üçün vacib beynəlxalq platforma kimi qiymətləndiriblər.

Ukraynanın "Ukrinform", "RBC-Ukrayna""İnterfaks-Ukrayna" agentlikləri forum çərçivəsində şəhərlərin bərpası, dayanıqlı infrastruktur və rəqəmsal urbanizasiya məsələlərinə diqqət çəkib.

Misirin "Əl-Əhram", "Youm7""Al Masry Al Youm" nəşrlərində isə forumun Yaxın Şərq və Afrika regionu üçün əhəmiyyəti vurğulanıb.

Birləşmiş Ərəb Əmirliklərinin WAM Agentliyi, "Al İttihad""Emarat Al Youm" qəzetləri, həmçinin Səudiyyə Ərəbistanının SPA Agentliyi, "Ər-Riyad""Okaz" nəşrləri Bakının qlobal şəhərsalma gündəliyinin əsas müzakirə məkanlarından birinə çevrildiyini qeyd edib.

Çinin "Sinxua", İndoneziyanın "Antara", Malayziyanın "Bernama", Vyetnamın VNA, ABŞ-nin "Associated Press", Fransanın AFP, Almaniyanın DPA, İtaliyanın ANSA, İspaniyanın EFE agentlikləri, Böyük Britaniyanın BBC platforması, eləcə də Tacikistanın "Xovar", Qırğızıstanın "Kabar", Macarıstanın MTI və Bolqarıstanın BTA agentlikləri də WUF13 barədə geniş materiallar yayımlayıblar.

Beləliklə, beynəlxalq mediada yayımlanan materiallar WUF13-ün müasir urbanizasiya tarixində həlledici dönüş nöqtəsi olduğu vurğulanıb. Dünya mətbuatı Forumun ilk günündən sonunadək Azərbaycanın yaşıl inkişaf, "ağıllı" şəhərlər və inklüziv mənzil siyasəti üzrə təqdim etdiyi innovativ həlləri qlobal gündəmin əsas prioriteti kimi diqqət mərkəzində saxlayıb. Bu informasiyalar, dünya mediasının bu marağı göstərir ki, Bakı platforması iqtisadi inkişaf səviyyəsindən asılı olmayaraq, bütün ölkələrin maraqlarını birləşdirən nadir dialoq mərkəzinə çevrildi, Azərbaycan isə gələcəyin dayanıqlı şəhər modellərini formalaşdıran strateji güc mərkəzi statusunu bir daha təsdiq etdi.

Paylaş

Xəbər lenti

Pezeşkian: Əli Xamenei ABŞ ilə danışıqlara qarşı olmayıb Bu gün, 00:48 Leylan Nəsirovaya yeni vəzifə verildi Bu gün, 00:48 "Ağıllı şəhər" və "Yaşıl zona" vizyonu WUF13-də bütün dünyaya nümayiş edildi Bu gün, 00:48 Ermənistanda bir partiya seçkidə iştirakdan geri çəkildi Dünən, 23:48 Bakı-Tbilisi qatarının sərnişini: Gürcüstandakı soydaşlarımızı görmək üçün çox əziyyət çəkirdik Dünən, 23:48 Azərbaycanda iki rəis vəzifəsindən azad olundu Dünən, 23:48 İlham Əliyev: "Yeni fabriklər qurulmalıdır və mən investorları buna dəvət edirəm" Dünən, 23:48 Dövlət başçısı: "Azad edilmiş torpaqları istisna etsək, bu gün ölkə üzrə qazlaşmanın səviyyəsi 96 faizdir" Dünən, 22:48 İran rəsmiləri Qətərə yollandılar: ABŞ ilə mümkün sülh müqaviləsi müzakirə olunacaq Dünən, 22:48 Qəzalı binaların təşviş içərisində yaşayan sakinləri - "Cənazəm niyə belə evdən çıxsın?!" Dünən, 22:48 WUF13-ün beynəlxalq mediada yaratdığı geniş əks-səda davam edir Dünən, 22:48 Mayda uşaqlar üçün gizli təhlükə - Valideynlərə XƏBƏRDARLIQ Dünən, 22:48 İqor Babuşkin Mehriban Əliyevanı Müstəqillik Günü münasibətilə təbrik edib Dünən, 22:48 İran zənginləşdirilmiş uranı Çinə verə bilər Dünən, 22:48 Cəlilabadda bir neçə yaşayış məntəqəsi qazsız qalıb Dünən, 22:48 Rumıniya Prezidenti İlham Əliyevi ölkəsinə səfərə dəvət edib Dünən, 21:48 Bir zamanlar dəyəri yox idi, indi isə yüz milyonlarla dollar edir: Ən sirli pul kisələrindən biri yenidən aktiv oldu Dünən, 21:48 Gəncə Memorial Kompleksində işıqlandırma niyə işləmir? - Rəsmi AÇIQLAMA Dünən, 21:48 Keniya Prezidenti: Azərbaycan xalqına sülh və firavanlıq arzulayıram Dünən, 21:48 "Milan"dan sensasion qərar - Dörd ayrılıq birdən Dünən, 21:48 Prezident: "Biz nəinki özümüzü, hətta bir çox ölkələri azot gübrələri ilə təmin edirik" Dünən, 21:48 Dövlət başçısı: "Subsidiya veririk və 10 il bu davam edir, belə olmaz" Dünən, 21:48 İlham Əliyev: "May ayında Bakıda belə yağışın yağmasını mən xatırlamıram" Dünən, 21:48 Naxçıvanın bir sıra şəhər və rayonlarında işıq olmayacaq Dünən, 20:48 Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacaq Dünən, 20:48 Tokayev: Azərbaycan dünya arenasında nüfuzunun artırılmasında böyük uğurlar qazanıb Dünən, 20:48 Qurbanlıq heyvan almaq çətinləşir? – QİYMƏTLƏR Dünən, 20:48 Maya Sandu Azərbaycan Prezidentinə təbrik məktubu ünvanlayıb Dünən, 19:48 Lukaşenko: Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm Dünən, 19:48 Türkiyənin məşhur brend markası "ATASAY" Azərbaycanda! Dünən, 19:48 Azərbaycan Prezidenti Pakistandakı terror aktını pisləyib Dünən, 19:48 Tiranada Albaniya Həmkarlar İttifaqları Konfederasiyasının 35 illiyi qeyd olunub Dünən, 19:48 Saqqız çeynəməyin beyinə təsiri hamını təəccübləndirdi Dünən, 19:48 İlham Əliyev Si Cinpinə başsağlığı verib Dünən, 19:48 Kamran Əsədovun məhkəməsi keçirilib Dünən, 18:48 Xaricdə Azərbaycana qarşı casusluq edən şəxsə AĞIR CƏZA Dünən, 18:48 Azərbaycanda aqrar informasiya-məsləhət sistemi formalaşdırılacaq Dünən, 18:48 Azərbaycanda bu şəxslərə pulsuz mənzillər veriləcək Dünən, 18:48 Azərbaycan Prezidenti Pakistanın Baş nazirinə başsağlığı verib Dünən, 18:48 Gürcüstan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib Dünən, 18:48 Süper güclərin rəqabəti kəskinləşdi: süni intellekt investisiyalarında rekord artım Dünən, 17:48 Balakişi Qasımov yenidən İTV-nin baş direktoru seçilib Dünən, 17:48 Kanadalılar ABŞ siyasətindən narahatdır Dünən, 17:48 Putin Azərbaycan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib Dünən, 17:48 Sabah Suraxanının bəzi küçələrində qaz olmayacaq Dünən, 17:48 Qatarla Tbilisiyə gedənlər sığortanı hansı vağzallardan ala bilərlər? Dünən, 17:48 Si Cinpin İlham Əliyevi təbrik etdi Dünən, 17:48 Toral Bayramov "Bursaspor"a keçdi - RƏSMİ Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR