Dünən, 22:48 84

9 illik orta təhsil səviyyəsi üzrə mayın 17-də keçirilən imtahanların nəticələri elan olunub

Mayın 17-də keçirilən imtahanların nəticələri elan edilib.

Bu barədə AVESTA.AZ-ə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, həmin imtahanlar aşağıdakılardır:

1. Əvvəlki illərin məzunları üçün orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı;

2. Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı;

3. Müsabiqədə buraxılış imtahanında verdiyi tədris dilindən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı;

4. Aprel ayında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin IX sinif şagirdləri üçün buraxılış imtahanı;

5. Eksternat qaydasında IX sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı;

6. Buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin IX sinif məzunları üçün buraxılış imtahanı.

1-3-cü kateqoriyaya aid olan abituriyentlər imtahan nəticələrini verilən keçiddən https://eservices.dim.gov.az/2026/nettex/ öyrənə bilərlər.

4-6-cı kateqoriyaya aid olan şagirdlər isə imtahana nəticələrini öyrənmək üçün bu keçiddən https://eservices.dim.gov.az/2026/netorta/?frm=egov istifadə etməlidirlər.

Abituriyentlər (şagirdlər) imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə imtahana buraxılış vərəqəsində verilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Bu imtahanlarında 5724 nəfər iştirak edib. Tələb olunan qaydaları pozduğu üçün 2 nəfər imtahandan xaric edilib.

İmtahanda ən yüksək nəticəni 290,1 bal toplayan Bakı şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin cari il məzunu Əlizadə Gülay Elsəvər qızı göstərib. Xatırladaq ki, imtahanda toplanılması mümkün olan maksimal bal 300-dür.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 1 iyun saat 10:00-dan 3 iyun saat 17:00-dək tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır. Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır:

Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılır;

Abituriyentlərin (şagirdlərin) müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir;

Abituriyentlərin (şagirdlərin) apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı "sms" göndərilir.

Bundan sonra abituriyentlər (şagirdlər) apelyasiya.dim.gov.az saytında ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola və ekspert rəyini oradan çap edə bilərlər.

Cavab vərəqində təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) bağlı müraciətlərə baxılmayacaq.

Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəl abituriyentlər (şagirdlər) DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Abituriyentlərin (şagirdlərin) nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.

Paylaş

Xəbər lenti

Prezidentin sosial media hesablarında Qurban bayramı ilə bağlı paylaşım edilib Dünən, 23:48 Buraxılış imtahanında maksimum nəticə: 300 bal toplayan şagirdlər açıqlandı Dünən, 23:48 Sahil Babayev: "4 ayda Azərbaycan neftinin orta qiyməti 91,5 dollar olub" Dünən, 23:48 XİN: Azərbaycan Qırğızıstanla sıx tərəfdaşlığın dərinləşdirilməsinə sadiq qalır Dünən, 23:48 Emin Ağalarov: "Sea Breeze" beynəlxalq investisiya və turizm ekosistemi kimi inkişaf edir" Dünən, 23:48 Azərbaycanda maliyyə xidməti kanalları bütün iqtisadi rayonlarda mövcud olacaq Dünən, 23:48 9 illik orta təhsil səviyyəsi üzrə mayın 17-də keçirilən imtahanların nəticələri elan olunub Dünən, 22:48 Paşinyan: "TRIPP layihəsinin mətni razılaşdırılıb, yekun imzalanmaya hazırdır" Dünən, 22:48 Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində ustad dərsi Dünən, 22:48 DÇ-2026-da oynamayacaq ulduz futbolçular – Siyahıda 17 məşhur ad var Dünən, 22:48 Ceyhun Bayramov İshaq Darla beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Dünən, 22:48 Azərbaycanda istehsal olunan mallar Ermənistana ixrac olunub Dünən, 21:48 Dövlət Proqramı kənd təsərrüfatında yeni inkişaf mərhələsinə şərait yaradacaq Dünən, 21:48 Səhər yeməyindən imtina bu xəstəliyə yol açır - XƏBƏRDARLIQ Dünən, 21:48 Təcili yardım xidməti beşgünlük gücləndirilmiş iş rejiminə keçir Dünən, 21:48 Qu Donqyu Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb Dünən, 21:48 "Turan Tovuz"un futbolçusu dünya çempionatında iştirak edəcək Dünən, 21:48 Müdafiə naziri Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib Dünən, 20:48 WSJ: ABŞ hərbçiləri gəmilərin Hörmüzdən müşayiətini bərpa edib Dünən, 20:48 İlham Əliyev: Azərbaycan və İran hər zaman bir-birinin yanındadır Dünən, 20:48 Bayram günlərində otel və istirahət mərkzələrində qiymətlər necə dəyişir? Dünən, 20:48 Ermənistan vətəndaşlarının apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb Dünən, 20:48 İyunda hava necə olacaq? - PROQNOZ Dünən, 19:49 İspaniya Kralı Müstəqillik Günü münasibətilə İlham Əliyevi təbrik edib Dünən, 19:48 Mirzoyan: TRIPP üzrə yekun saziş yaxın həftələrdə imzalanacaq Dünən, 19:48 Məsud Pezeşkian Azərbaycanın göstərdiyi humanitar yardımlara görə İlham Əliyevə təşəkkür edib Dünən, 19:48 Güclü yağışlar bu yay meyvə və tərəvəzin qiymətinə necə təsir edəcək? - VACİB AÇIQLAMA Dünən, 19:48 Ermənistanda seçkiqabağı cinayət işləri üzrə 86 nəfər saxlanılıb Dünən, 19:48 Leyla və Arzu Əliyevalar Lənkəranda şəhid ailəsini ziyarət ediblər Dünən, 19:48 Gi Parmelin Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb Dünən, 19:48 İlk dəfə sertifikasiya olunacaq müəllimlərin DİQQƏTİNƏ! Dünən, 18:48 Donald Tramp İlham Əliyevi təbrik edib Dünən, 18:48 "Avrora Qrup" Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb Dünən, 18:48 Qurban kəsilən heyvanın əti necə paylanmalıdır? - İlhaiyyatçı cavab verdi Dünən, 18:48 Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda uşaq evini ziyarət ediblər Dünən, 18:48 Emmanuel Makron İlham Əliyevi təbrik edib Dünən, 18:48 Azərbaycan-BƏƏ Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi qüvvəyə minib Dünən, 17:48 Prezident bir sıra məhkəmələrə sədr təyin edib Dünən, 17:48 Rauf Əliyev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib Dünən, 17:48 ETX: "Azərpoçt" adından saxta SMS-lər göndərilir Dünən, 17:48 Prezident üç nəfər dövlət mükafatı verdi Dünən, 17:48 MİDA banklardakı 105 milyon manatdan çox depozitini geri götürüb Dünən, 17:48 Metrodan istifadə edənləin DİQQƏTİNƏ! Yubanmalar müşahidə olunur Dünən, 17:48 Vitamin B2 ilə bağlı ŞOK ARAŞDIRMA Dünən, 17:48 Aprelin 26-da keçirilən buraxılış imtahanında dörd nəfər 300 bal toplayıb Dünən, 17:48 Qubada itkin düşən 36 yaşlı qadın axtarılır Dünən, 17:48 Azərbaycanda maliyyə inklüzivliyi ilə bağlı yeni Dövlət Proqramı təsdiqlənib Dünən, 17:48 Azərbaycanda 14 il əvvəlki qətlin üstü açıldı - Qadın həbs edildi Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR