27-05-2026, 12:48 194

WUF13 zamanı Bakıdakı hotellərdə bir gecə qalmaq 620 manata qədər BAHALAŞIB

Mayın 17-22-də Bakıda keçirilmiş BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etmək potensialını bir daha nümayiş etdirdi.

Forum çərçivəsində müxtəlif ölkələrdən minlərlə insan Bakıya səfər etdi ki, bu da paytaxtın turizm, hotelçilik, ictimai iaşə və nəqliyyat sektorlarında canlanma yaratdı. Turizm sahəsi üzrə ekspertlər hesab edirlər ki, tədbir qısamüddətli iqtisadi effekt yaratmaqla yanaşı, Azərbaycanın beynəlxalq tədbirlər və işgüzar turizm istiqamətində mövqeyini bir qədər də gücləndirdi.

AVESTA.AZ Oxu.Az-a istinadən xəbər verir ki, Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi "Report"a bildirib ki, WUF13 Bakının turizm və qonaqpərvərlik sektorları üçün yüksəkintensivlikli beynəlxalq tələb yaradıb: "Forumun 176 ölkədən onminlərlə iştirakçı cəlb etməsi ilk növbədə hotelçilik sektorunda hiss olunub. Operativ bazar müşahidələrinə əsasən, tədbir günlərində Bakıda 5 ulduzlu hotellərin doluluğu 96-100%-ə çatıb. Şəhərin mərkəzində yerləşən daha aşağı seqment hotellərdə isə doluluq təxminən 85-90% ətrafında olub".

Onun sözlərinə görə, WUF13 dövründə 5 ulduzlu hotellərdə bir gecə qalmağın qiyməti 480-620 manat arasında dəyişib: "Vergilər çıxıldıqda bu, təxminən 405-525 manat deməkdir. Bu göstəricilər forum günlərində premium hotel seqmentində həm doluluğun, həm də otaq gəlirliliyinin maksimum həddə yaxınlaşdığını göstərir".

Ekspert vurğulayıb ki, forumun təsiri yalnız hotellərlə məhdudlaşmayıb: "Restoranlar, kafe və keyterinq operatorları forum iştirakçıları, nümayəndə heyətləri və müşayiətedici tədbirlər hesabına əlavə müştəri axını qazandı. Nəqliyyat sektorunda da ciddi aktivlik müşahidə olundu. Forum günlərində xüsusi marşrutlar və şəhərdaxili daşımalar vasitəsilə təxminən 179 min sərnişin daşındı. Heydər Əliyev Beynəlxalq Hava Limanı isə WUF13 dövründə 194 mindən çox sərnişinə xidmət göstərib".

Azərbaycan Turizm Peşəkarları Təşkilatının rəhbəri Ceyhun Aşurov isə deyir ki, WUF13 ümumilikdə uğurlu təşkil olunub və ölkənin turizm destinasiyası kimi tanınmasına müsbət təsir göstərib.

Onun sözlərinə görə, qonaq sayı ilkin gözləntilərlə müqayisədə daha az olsa da, tədbir hotel sektorunda müəyyən aktivlik yaradıb: "Xüsusilə paytaxt ərazisində yerləşən hotellərdə müəyyən doluluq müşahidə olunurdu. Amma demək olmazdı ki, hotellər pik doluluq həddinə çatmışdı. Çünki iştirakçı sayı gözləniləndən aşağı idi".

C.Aşurov əlavə edib ki, forum günlərində daha çox şəhər mərkəzində yerləşən iri və yüksək tutumlu hotellərdə qonaqların yerləşdirilməsi müşahidə olunub.

Ekspertlərin fikrincə, WUF13 kimi beynəlxalq tədbirlər Azərbaycanın qlobal tədbirlər xəritəsində mövqeyinin möhkəmlənməsinə, həmçinin ölkənin turizm və xidmət sektorunun beynəlxalq bazarda daha geniş tanıdılmasına xidmət edir.

Paylaş

Xəbər lenti

Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 6 medal qazanıblar Bu gün, 00:48 Köhnə mənzillərdə əvvəlki sakinlərdən qalan izlər nəyi danışır? Bu gün, 00:48 Tikinti aparmaq istəyən şəxslərə pis xəbər Dünən, 23:48 İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu Dünən, 23:48 Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib Dünən, 23:48 Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub Dünən, 23:48 FTX yüksəkrütbəli hərbçiyə qarşı sui-qəsdin qarşısını alıb - DETALLAR Dünən, 23:48 Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Dünən, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Dünən, 22:48 Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib Dünən, 22:48 Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq" Dünən, 22:48 Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR Dünən, 22:48 Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır Dünən, 22:48 Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Dünən, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Dünən, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Dünən, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Dünən, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Dünən, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Dünən, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Dünən, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Dünən, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Dünən, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Dünən, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Dünən, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Dünən, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Dünən, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Dünən, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Dünən, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Dünən, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Dünən, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Dünən, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Dünən, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Dünən, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Dünən, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Dünən, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Dünən, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Dünən, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Dünən, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Dünən, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Dünən, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Dünən, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Dünən, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Dünən, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Dünən, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Dünən, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Dünən, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Dünən, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR