28-05-2026, 09:48 284

Xalq artisti Habil Əliyevin anadan olmasından 99 il ötür

Bu gün Xalq artisti Habil Əliyevin doğum günüdür. Onun anadan olmasından 99 il ötür.

Habil Əliyev 1927-ci ilin bu günü, yəni mayın 28-də Ağdaş rayonunun Üçqovaq kəndində doğulub.

Yeddi yaşında ikən rayon mərkəzindəki 3 saylı yeddiillik Ağdaş musiqi məktəbinə qəbul olub. Elə həmin vaxtdan da meylini kamana salıb. Yeddinci sinifi və həm də musiqi məktəbini bitirəndən sonra pedaqoji məktəbə daxil olub.

Habil Əliyev 1952-ci ildə Bakıya gəlib Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin kamança şöbəsinə daxil olub. Görkəmli tarzən Qurban Pirimovdan və məşhur müğənni Xan Şuşinskidən muğam sənətinin sirrlərini öyrənməyə başlayıb. Onun ifaçılığı bəstəkar Soltan Hacıbəyovun da diqqətindən yayınmayıb. Bəstəkar, Habilin potensial imkanlarını nəzərə alıb ona filarmoniyada işləməyi məsləhət görüb. O vaxtlar filarmoniyanın direktoru olan Şəmsi Bədəlbəyli, bədii rəhbər Soltan Hacıbəyov, Niyazi, Səid Rüstəmov Habilin ifasında bir muğama və xalq mahnısına qulaq asıblar və çox razı qalıblar.

Beləliklə, Habil Əliyev 1953-cü ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında əvvəlcə rəqs ansamblında müşayiətçi, sonra isə trioda kamança çalan kimi fəaliyyətə başlayır. Seyid Şuşinski, Həqiqət Rzayeva, Xan Şuşinski, Zülfü Adıgözəlov, Mütəllim Mütəllimov, Şövkət Ələkbərova, Sara Qədimova, Fatma Mehrəliyeva kimi sənətkarların konsertlərində müşayiətçi olan Habil Əliyev həvəslə onların ölməz irsindən bəhrələnir, daha səylə çalışır, saatlarla məşqdən yorulmurdu.

O, "Segah", "Bayatı-Qacar", "Bəstənigar", "Bayatı-Şiraz", "Rahab", "Bayatı-Kürd", "Cahargah", "Rast", "Zabul" muğamlarına yeni həyat verib. Beləliklə, Habil Əliyev əllinci illərin sonu, altmışıncı illərin əvvəllərində mahir kamança ustası kimi formalaşıb el arasında geniş şöhrət tapdı. Habil Əliyevin virtuoz çalğısını musiqi biliciləri, tez-tez Nikkolo Paqanininin ifaçılığı ilə müqayisə edirlər.

Habil Əliyev keçmiş SSRİ respublikalarında və eləcə də dünyanın bir çox ölkələrində Türkiyə, Amerika, Almaniya, İngiltərə, Fransa, Hindistan, Pakistan, İran, Misir, İsveçrə, Hollandiya, Tunis, Yaponiya, Suriya, Mozambik və s., qastrol səfərlərində olmuşdur.

Ustad sənətkar virtuoz ifaçılığı ilə yanaşı gözəl mahnıların da müəllifidir. Onun bəstələdiyi 15-dən artıq mahnı bu gün də tanınmış musiqiçilər tərəfindən sevilə-sevilə ifa olunur. Habil Əliyevin ABŞ, Fransa, Yaponiya, İtaliya və Yunanıstanda Azərbaycan muğamlarından və xalq mahnılarından ibarət kompakt diskləri də buraxılıb.

Habil Əliyev 2015-ci il sentyabrın 8-də vəfat edib. Bakıda, I Fəxri Xiyabanda dəfn olunub.

Paylaş

Xəbər lenti

Azərbaycandan göndərilən 1,5 milyon dollarlıq enerji avadanlığı Ukraynaya təhvil verilib Bu gün, 17:48 Qan qrupları ilə zəka arasında əlaqə olduğu iddia edilir Bu gün, 17:48 Xocalıda üç nəfər cərimələnib - SƏBƏB Bu gün, 17:48 Baba Vəziroğlu: "Oğluma dəmişəm ki, biznesmen ol, sənətdə pul yoxdur" Bu gün, 17:48 Vüsalə Əlizadə: "Əlinə taxta parçası alan toy aparıcısı olur" Bu gün, 17:48 Paşinyan hakimiyyətin hansı halda istefaya gedəcəyini açıqladı Bu gün, 17:48 Ceyranbatanda məktəbin 10 şagirdi zəhərlənib: Popkorndan şübhələnilir Bu gün, 17:48 ABŞ-nin ştatında saqqız satışına qadağa qoyula bilər Bu gün, 17:48 İlham Əliyev İspaniya Kralına başsağlığı verib Bu gün, 17:48 Xalq artisti ilə quda olan Əməkdar artist: "Qızıma deyirəm ki, döz..." Bu gün, 17:48 Qızların qaldığı yataqxanada nə baş verib? "Hansısa qız oğlanla bu zonaya keçə bilməz" Bu gün, 16:48 Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq Bu gün, 16:48 Dərsə və işə gedənlərin PROBLEMİ - M6 avtobusu niyə 40 dəqiqə gecikir? Bu gün, 16:48 Röya Ayxan: "Gəlinimlə yaşamaq istəmirəm!" Bu gün, 16:48 Azərbaycanda 9 ayda 146 cinayətkar qrup zərərsizləşdirilib Bu gün, 16:48 Antalyada güclü leysan yağışları selə səbəb oldu Bu gün, 16:48 Bakıda məktəbdə jurnalistləri döyən üç nəfər məsuliyyətə cəlb edilib Bu gün, 16:48 Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi Bu gün, 16:48 Ceyhun Bayramov TDT-nin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edib Bu gün, 15:49 Bu tarixdə ABŞ-də televiziya yayımı dayandırılacaq, Avropada isə əhaliyə xəbərdarlıq edildi Bu gün, 15:49 Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB Bu gün, 15:49 6 gün sonra 86 yaşı tamam olacaqdı - Vəfat etdi Bu gün, 15:48 PAŞA Real Estate Qrup və Marriott International Daşkənddə JW Marriott brendi altında rezidensiya layihəsi üzrə saziş imzalayıb Bu gün, 15:48 Bakı-Şamaxı yolunda asfalt niyə dağılır? - SƏBƏBİ AÇIQLANDI Bu gün, 15:48 Xırdalan şəhərində avtoxuliqanlıq edən sürücü həbs olunub Bu gün, 15:48 AZAL-ın təşkil etdiyi lotereyanın 100 qalibi müəyyən edilib Bu gün, 15:48 Mətbuat Şurası: Jurnalistlərə fiziki təzyiq göstərilməsi qəbuledilməzdir Bu gün, 14:48 Dünya çempionatı: Azərbaycanın üç güləşçisi məğlub olub Bu gün, 14:48 Sosial şəbəkə trendləri gəncləri hansı riskə aparır? Bu gün, 14:48 Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu Bu gün, 14:48 Bakıda nömrəsiz "Pikap"dan təhlükəli manevr - qəza şəraiti yaratdı Bu gün, 14:48 Azərbaycan və Türkiyə XİN başçılarının təkbətək görüşü keçirilib Bu gün, 14:48 Haber Global": "Türkiyə və Azərbaycan arasındakı münasibətlər sarsılmaz və daimi qardaşlıq bağına əsaslanır" Bu gün, 14:48 Alyona Əliyeva uşaqlar üçün təşkil olunmuş "Halloween" şənliyindən paylaşım edib Bu gün, 14:48 Bakıda dayəyə verilən körpənin ölməsinin yeni təfərrüatı Bu gün, 13:48 Gələn il Azərbaycanda iqtisadi artım nə qədər olacaq? Bu gün, 13:48 Məktəbdə jurnalistləri döyən şəxs boksçu imiş - Detallar Bu gün, 13:48 Energetika Nazirliyi və SOCAR "Energy & AI" hakatonu təşkil edir Bu gün, 13:48 Leyla Əliyeva "Sülh kitabı"nın təqdimatı və ICESCO ilə sazişin imzalanması mərasimlərindən paylaşım etdi Bu gün, 13:48 Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyevlə bağlı qərar verildi Bu gün, 13:48 Dermatoloqdan isti duşla bağlı XƏBƏRDARLIQ Bu gün, 13:48 Məşhur müğənni 25 tələbəyə 1 milyon lirə təqaüd verəcək: "Əlini daşın altına qoymalısan" Bu gün, 13:48 AMB: Bu il 1 barel neftin qiyməti 92,8 dollar olacaq Bu gün, 13:48 Xidməti maşından şəxsi işlər üçün istifadə qadağan olunur Bu gün, 13:48 Azərbaycanın valyuta ehtiyatları dünya normasını 13 dəfədən çox üstələyir Bu gün, 13:48 Azərbaycan 9 ayda 1,5 milyard manata yaxın borc qaytarıb Bu gün, 12:49 Əhalinin DİQQƏTİNƏ! Oktyabrın 31-də... Bu gün, 12:49 Azərbaycan 9 ayda Qarabağ və Şərqi Zəngəzura 2 milyard manata yaxın pul qoyub Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR