Dünən, 23:48 112

Şuşa Qlobal Forumunun mesajı budur ki, həqiqət, dialoq, etimad davamlı sülhün əsas şərtləridir

Builki Şuşa Qlobal Forumunun əsas mesajı budur ki, həqiqət, dialoq və etimad davamlı sülhün əsas şərtləridir.

BAKU.WS xəbər verir ki, bunu "Report"a Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.

Deputat qeyd edib ki, getdikcə daha çox qütbləşən dünyada sülhün möhkəmləndirilməsi üçün dialoq, həqiqət və məsuliyyətli jurnalistika həlledici əhəmiyyət daşıyır: "Müasir informasiya mühitində dövlətlər yalnız ənənəvi diplomatik kanallarla kifayətlənə bilməzlər. Media forumları hökumətlərə, ekspertlərə və jurnalistlərə açıq fikir mübadiləsi aparmaq, yanlış təsəvvürləri aradan qaldırmaq və hadisələri birbaşa mənbədən təqdim etmək imkanı yaradır. Təbii ki, forumlar siyasi problemləri birbaşa həll etmir, lakin uzunmüddətli sabitlik üçün zəruri olan dialoq mühitini gücləndirir. Bu gün belə dialoq əvvəlkindən daha vacibdir.

Dezinformasiyanın sürətlə yayıldığı və geosiyasi gərginliyin artdığı bir şəraitdə jurnalistlərin siyasi liderlərə birbaşa suallar verməsi, liderlərin isə mövqelərini vasitəçilər olmadan izah etməsi şəffaflığı artırır, etimadı möhkəmləndirir və beynəlxalq ictimaiyyətin daha dolğun məlumat əldə etməsinə imkan yaradır.

Bu baxımdan Şuşa Qlobal Forum bu gün artıq jurnalistikanın gələcəyi, informasiya təhlükəsizliyi, rəqəmsal transformasiya və sülh quruculuğu kimi qlobal mövzuların müzakirə olunduğu nüfuzlu beynəlxalq platformaya çevrilib".

Pərvanə Vəliyeva qeyd edib ki, hər il iştirakçıların coğrafiyası genişlənir və müzakirə olunan mövzuların əhatə dairəsi artır: "Forum həmçinin Azərbaycanın açıq müzakirələr vasitəsilə dezinformasiyaya qarşı mübarizəyə və birbaşa ünsiyyətin təşviqinə verdiyi önəmin bariz göstəricisidir.

50-dən çox ölkədən media nümayəndələrinin, ekspertlərin və rəsmi şəxslərin iştirakı Forumun beynəlxalq nüfuzunun və etibarlılığının artdığını göstərir. Bu, Şuşanın artıq regional və qlobal məsələlərin müzakirə olunduğu mühüm beynəlxalq platformalardan birinə çevrildiyini təsdiqləyir. Müxtəlif ölkələrdən olan iştirakçılar fərqli baxış və təcrübələri bir araya gətirməklə müzakirələrin keyfiyyətini daha da artırırlar.

Prezident İlham Əliyevin Cənubi Qafqazda sülh prosesi, regional nəqliyyat və kommunikasiya layihələri, eləcə də suverenlik və ərazi bütövlüyünə hörmətin vacibliyi ilə bağlı fikirləri beynəlxalq diqqəti çox cəlb etdi.

Bunlar təkcə regionumuz üçün deyil, beynəlxalq hüquq, təhlükəsizlik və münaqişələrin həlli baxımından da aktual mövzulardır. Eyni zamanda, iqtisadi əməkdaşlığın davamlı sülhün əsaslarından biri kimi təqdim edilməsi də mühüm mesajdır".

Deputatın sözlərinə görə, Prezidentin diqqət çəkdiyi əsas məqamlardan biri Azərbaycanın "orta güc dövləti" kimi artan roluna dair yanaşması idi:

"O, bu anlayışı yalnız iqtisadi və ya hərbi imkanlarla məhdudlaşdırmadı. Əksinə, vurğuladı ki, müasir beynəlxalq münasibətlərdə orta güc dövləti milli maraqlarını müstəqil şəkildə qorumağı, regional proseslərə təsir göstərməyi, tərəfdaşları bir araya gətirməyi və beynəlxalq məsuliyyət daşımağı bacaran ölkədir.

Çıxışda Qarabağ mövzusu da yeni prizmadan təqdim olundu. Əgər əvvəlki illərdə beynəlxalq auditoriya qarşısında əsas diqqət işğalın nəticələrinə yönəlirdisə, bu dəfə Prezident daha çox bərpa və quruculuq prosesinə diqqət çəkdi.

O qeyd etdi ki, forum iştirakçıları əvvəlki səfərlərində xarabalıqları görürdülərsə, bu gün artıq yeni şəhərlərin salınmasının, yaşayış məntəqələrinin tikilməsinin və insanların doğma yurdlarına ləyaqətli qayıdışının şahidi olurlar. Bununla Azərbaycan postmünaqişə dövrünün əsas gündəliyinin təhlükəsizlik deyil, inkişaf, reinteqrasiya və dayanıqlı quruculuq olduğunu nümayiş etdirməyə çalışır.

Prezidentin çıxışında nəqliyyat və bağlantı məsələləri də xüsusi yer tutdu. O vurğuladı ki, son onillikdə yaradılmış infrastruktur və həyata keçirilən layihələr Azərbaycanın Avrasiya məkanında mühüm logistika mərkəzinə çevrilməsinə imkan verib.

Qlobal geosiyasi gərginliklər və ənənəvi ticarət marşrutlarında yaranan risklər fonunda Orta Dəhlizin əhəmiyyəti daha da artır. Bu kontekstdə Azərbaycanın yalnız coğrafi mövqeyindən deyil, uzunmüddətli strateji planlaşdırmadan faydalanaraq regional tranzit və ticarət əlaqələrinin əsas iştirakçılarından birinə çevrildiyi mesajı verildi".

"Məncə, builki Forumun əsas mesajı budur ki, həqiqət, dialoq və etimad davamlı sülhün əsas şərtləridir. Forum göstərdi ki, məsuliyyətli media yalnız hadisələri işıqlandırmır, eyni zamanda qarşılıqlı anlaşmanın möhkəmlənməsinə, dezinformasiyanın qarşısının alınmasına və etimadın bərpasına mühüm töhfə verir. Bununla yanaşı, Forum Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlığın təşviq olunduğu mühüm platformalardan birinə çevrildiyini bir daha nümayiş etdirdi", - P. Vəliyeva vurğulayıb.

Paylaş

Xəbər lenti

Venesuelada zəlzələlər nəticəsində ölənlərin sayı 4 500 nəfəri keçib Bu gün, 00:48 Bu gün general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevin şəhid olmasının növbəti ildönümüdür Bu gün, 00:48 Şuşa Qlobal Forumunun mesajı budur ki, həqiqət, dialoq, etimad davamlı sülhün əsas şərtləridir Dünən, 23:48 Sensasion İDDİA: İsrail kəşfiyyatı Əhmədinejadı məxfi əməkdaşlığa cəlb edibmiş Dünən, 23:48 ABŞ Kubaya qarşı sanksiyaları genişləndirdi Dünən, 23:48 Təhlükəsizlik və şəffaflıq: NEWS.ru IV Şuşa Qlobal Media Forumu barədə Dünən, 23:48 BƏƏ Hörmüz boğazından yan keçmək üçün yeni liman və terminal tikəcək Dünən, 23:48 Bağça barədə narazılıq: "Uşaqlarımızın aqibəti necə olacaq?" Dünən, 22:48 Avropanın 10 ölkəsinin lideri Antiballistik Koalisiyanın yaradıldığını elan edib Dünən, 22:48 Milli Məclislə Pan-Afrika Parlamenti arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub Dünən, 22:48 "Neftçi" son yoxlama oyununda "Osiyek"ə uduzub Dünən, 22:48 DÇ-2026-dan kənarlaşdırılan niderlandlı hakim 38 yaşında öldü Dünən, 21:48 Kərim Vəliyev belaruslu həmkarı ilə regional təhlükəsizliyi müzakirə edib Dünən, 21:48 Bakının tikinti sektorunun təhlili: trendlər, problemlər və yeni standartlar — "Kristal"ın rəhbəri Mahayət Nəbiyevlə müsahibə Dünən, 21:48 İlham Əliyev: "Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır" Dünən, 21:48 Prezident İlham Əliyev Mir Şahin Ağayevin sualını cavablandırdı: "Mənim müraciətim yalnız Azərbaycan xalqına ola bilər" Dünən, 21:48 Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəlib Dünən, 21:48 Şuşa Qlobal Media Forumunun iştirakçıları Xankəndi və Xocalıda Dünən, 20:48 Zelenski Makronu "Azadlıq" ordeni ilə təltif edib Dünən, 20:48 Qazaxıstan mediası Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumundakı çıxışından yazır Dünən, 20:48 Kallas: Aİ Rusiyaya qarşı 21-ci sanksiyalar paketini razılaşdıra bilməyib, lakin kompromisə yaxındır Dünən, 20:48 Yusif Vəliyev: "YayFest 2026 Azərbaycanın ən irimiqyaslı gənclər festivalıdır" Dünən, 19:48 D-8 Media Mükəmməllik Mərkəzinin strategiyasının təqdimatı keçirilib Dünən, 19:48 İran Hörmüz boğazının idarəsinə ABŞ-nin müdaxiləsinə imkan verməyəcəyini bildirib Dünən, 19:48 İran region ölkələrini təhdid etdi Dünən, 19:48 Azərbaycan Prezidentinin IV Şuşa Qlobal Media Forumundakı çıxışı Türkiyə mediasının diqqət mərkəzindədir Dünən, 19:48 Trampın İranla bağlı bəyanatlarından sonra neftin qiyməti 4 %-dən çox artıb Dünən, 19:48 İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılış mərasimindən sonra tədbir iştirakçıları ilə görüşüb Dünən, 18:48 Kreditini Yelo-ya gətir, 2%-dək endirim qazan! Dünən, 18:48 Əli Əsədov və Yan Sonders Azərbaycan ilə ÜGT arasında əməkdaşlığı müzakirə edib Dünən, 18:48 Azərbaycan iyunda "OPEC+" kvotasından gündəlik 95 min barel geri qalıb Dünən, 18:48 Slovakiya Prezidenti Azərbaycana səfərini əməkdaşlığın inkişafı üçün imkan adlandırıb Dünən, 18:48 Yusif Vəliyev: "YayFest 2026 Azərbaycanın ən irimiqyaslı gənclər layihəsidir" Dünən, 18:48 Hikmət Hacıyev: Azərbaycan D-8-ə üzv olmasına çox önəm verir Dünən, 18:48 Biznesmenin dörd milyonunu ələ keçirən şəxslərin cəzası bəlli oldu Dünən, 18:48 IV Şuşa Qlobal Media Forumu qlobal əhəmiyyətli beynəlxalq platformaya çevrilib - RƏY Dünən, 17:49 Layihələndirilən aqrar müəssisələr üçün YENİ ÖHDƏLİKLƏR müəyyənləşir Dünən, 17:49 Azərbaycan Ordusunun hərbçisi vəfat etdi Dünən, 17:48 Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşüb Dünən, 17:48 Dünya çempionatının loqosu təsdiqlənib Dünən, 17:48 Nazir polkovnik-leytenantı RƏİS TƏYİN ETDİ Dünən, 17:48 "Diario La R": IV Şuşa Media Forumu - dünyanın aparıcı media hadisələrindən biridir Dünən, 17:48 Ceyhun Bayramov Ümumdünya Gömrük Təşkilatının baş katibi Yan Sanders ilə görüşüb Dünən, 17:48 Xəzər dənizində balıq ehtiyatları üzrə elmi-tədqiqat ekspedisiyası keçirilir Dünən, 17:48 Belarus səfiri regionun turizm potensialı ilə tanış olmaq üçün Qarabağa səfər edib Dünən, 17:48 "Qarabağ"da gözlənilməz ayrılıq Dünən, 16:48 Şamaxıda Yay Fest 2026-ya start verildi Dünən, 16:48 "Qadın Dəstək Xətti"nə zənglərin sayı iki dəfə artıb Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR