Bu gün, 21:48 98

Qusarda milli mətbuatın 151 illiyinə həsr olunmuş konfransın birinci günü başa çatıb

Qusarda Azərbaycan milli mətbuatının 151 illiyinə həsr olunmuş "Dini mövzuların mediada təqdimatı: dini sabitliyin qorunmasında birgə məsuliyyət" mövzusunda keçirilən konfransın birinci günü yekunlaşıb.

AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə dövlət qurumlarının nümayəndələri, media təmsilçiləri, din xadimləri, ilahiyyatçılar və ekspertlər iştirak ediblər.

Konfrans Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbirdə Azərbaycanın tolerantlıq ənənələrini, sülh və birgəyaşayış dəyərlərini əks etdirən "Azərbaycan – sülh və harmoniya məkanı" videoçarxı nümayiş olunub. Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun həyata keçirdiyi "Hər məsciddə kitabxana" layihəsi təqdim edilib.

Layihə çərçivəsində bu il ölkənin müxtəlif bölgələrində yerləşən 220 məscidin kitabxana ilə təmin edilməsi nəzərdə tutulur. Tədbir iştirakçılarına, həmçinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin AMİN İnformasiya Sistemi təqdim olunub. Qeyd edilib ki, sistem Komitənin və tabeliyindəki qurumların fəaliyyətinin, göstərilən xidmətlərin və informasiya resurslarının operativ, şəffaf və əlçatan şəkildə idarə edilməsini təmin etmək məqsədilə yaradılıb.

Açılış mərasimində Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyəti sədrinin müavini Dağbəyi İsmayılov, Baku TV-nin direktoru Ramin Cəfərov, APA TV-nin baş direktoru Orxan Məmmədli, Teleqraf Media Qrupunun rəhbəri Aynur Camalqızı və "ARB 24" telekanalının icraçı direktoru Radik İsmayılov çıxış ediblər.

Konfrans çərçivəsində "Rəqəmsal media və dini diskurs: informasiya manipulyasiyası və dezinformasiya" və "Peşəkarlıq və dini savadlılıq: mənəvi dəyərlərin qorunmasında medianın məsuliyyəti" mövzularında iki panel iclası keçirilib.

Panel müzakirələrində dini mövzuların mediada peşəkar işıqlandırılması, informasiya təhlükəsizliyi, dezinformasiyanın yaratdığı risklər, dini savadlılığın artırılmasında medianın rolu, həssas mövzuların ictimaiyyətə düzgün çatdırılması və dövlət-media əməkdaşlığının inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Tədbir iyulun 17-də Qubada yerləşən dini ibadətgahları əhatə edən mediaturla davam etdiriləcək. Mediatur çərçivəsində iştirakçılar Quba "Cümə" və "Səkinəxanım" məscidləri, "Dağ Yəhudiləri Muzeyi" və "Giləki" sinaqoqu ilə tanış olacaqlar.

Paylaş

Xəbər lenti

Zelenski Ukraynanın müdafiə naziri postuna Yevgeni Xmaranın namizədliyini irəli sürəcək Bu gün, 21:48 Odessa sahilləri yaxınlığında hücuma məruz qalmış gəmi kapitanının NƏŞİ TAPILDI Bu gün, 21:48 Elvin Məmmədxanova yüksək VƏZİFƏ VERİLDİ Bu gün, 21:48 Dubayın mərkəzində güclü partlayış səsləri eşidilib Bu gün, 21:48 Ermənistanda Qaqik Sarukyanın şirkəti dövlətin idarəçiliyinə keçib Bu gün, 21:48 UEFA Konfrans Liqası: "Zirə" səfərdə "Torpedo Kutaisi"ni darmadağın edir Bu gün, 21:48 İraqda ən böyük qaz yatağının fəaliyyəti dayandırılıb Bu gün, 21:48 Qusarda milli mətbuatın 151 illiyinə həsr olunmuş konfransın birinci günü başa çatıb Bu gün, 21:48 "Forbes"un siyahısı açıqlandı: "Haber Global" "Türkiyənin Ən Yaxşı İşəgötürənləri 2026" sırasında Bu gün, 20:48 ABŞ tələbə və jurnalistlər üçün viza rejiminə dəyişikliklər edəcək Bu gün, 20:48 Şəfəq Mehrəliyeva: "Süni zəkanın inkişafı bizə onu göstərəcək ki, bu sosial məsələdən daha çox mənəviyyat məsələsidir" Bu gün, 20:48 SEPAH-dan şok bəyanat: Trampın Yaxın Şərqdəki obyektləri hədəfə alındı Bu gün, 20:48 Azərbaycanda məscidlərdə kitabxanalar yaradılacaq Bu gün, 20:48 UEFA Konfrans Liqası: "Zirə" rəqib meydanında ikinci qolu vurdu Bu gün, 20:48 Bakıda itkin düşmüş şəxslərin axtarışı ilə bağlı tədbirlərin gücləndirilməsi tapşırığı verilib Bu gün, 19:48 Dağbəyi İsmayılov: "Harada boşluq yaranırsa, onu ya savadsızlıq, ya da xarici radikal çağırışlar doldurur" Bu gün, 19:48 Gündüz İsmayılov: "Hər bir jurnalist paylaşdığı məlumat və səsləndirdiyi fikrə görə məsuliyyət daşıyır" Bu gün, 19:48 Jurnalistlər üçün "Təhsildə rəqəmsallaşma" mövzusunda ilk təlim keçirilib Bu gün, 19:48 Haber Global "Türkiyənin Ən Yaxşı İşəgötürənləri 2026" siyahısında yer alıb Bu gün, 19:48 Qubada stadion satılıb? - Sakinləri hiddətləndirən iddia Bu gün, 19:48 Anar Qafarov: "Qlobal problemləri evinizə gətirən o balaca ekranların arxasında böyük müharibələr gedir" Bu gün, 18:48 Bakı Şəhər Prokurorluğunda əməliyyat müşavirəsi keçirilib Bu gün, 18:48 Süni intellektlə düzəltdikləri fotolarla qadınları şantaj edən şəxslər saxlanılıb Bu gün, 18:48 Bakıda cinayət işləri üzrə vurulmuş ziyanın 73,2 %-i ödənilib Bu gün, 18:48 Kərim Vəliyev Belarusda hərbi obyektləri ziyarət edib Bu gün, 18:48 Tərtərdə ağır qəza: Sıxılı vəziyyətdə qalan iki nəfərin meyiti çıxarıldı Bu gün, 18:48 Dünyanın ən güclü ordularının reytinqi açıqlandı – Türkiyə ilk onluqdadır Bu gün, 17:48 Milli Məclisin sədri Fələstin Baş naziri ilə görüşüb Bu gün, 17:48 Rusiyada Azərbaycana qarşı qarayaxma: Bakının xoş niyyətini anlamayan şovinistlər - ŞƏRH Bu gün, 17:48 Ramin Cəfərov: "Baku TV" son üç ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tədbirlərində fəal iştirak edir" Bu gün, 17:48 Qusarda dini mövzuların mediada təqdimatına həsr olunmuş konfrans keçirilir Bu gün, 16:48 Şəmkirdə 13 yaşlı yeniyetmə ÖLDÜ Bu gün, 16:48 Gündüz İsmayılov: "Əsas məqsədimiz dini məsələlərin rəqəmsal mediada, mətbuatda müzakirəsinin aparılmasıdır" Bu gün, 16:48 SEVİNDİRİCİ XƏBƏR - Bu kəndlərdə yeni su şəbəkələrinin qurulması planlaşdırılır Bu gün, 16:48 Gündüz İsmayılov: "Dini sabitliyin qorunmasında birgə məsuliyyət çox vacibdir" Bu gün, 16:48 5G istifadəçilərinin sayı 3 milyardı keçdi – 6G üçün geri sayım başladı Bu gün, 16:48 Sahir Məmmədxanov: "1875-ci ildə mətbuatın əsasının qoyulması Azərbaycanın ictimai-siyasi və mədəni tarixində dönüş nöqtəsi olub" Bu gün, 16:48 Kəlbəcərdə itkin düşən 11 yaşlı Yaqubun meyiti tapılıb Bu gün, 16:48 Ramin Məmmədov: "Azərbaycanda həyata keçirdiyimiz layihələrin bir neçə əsas məqsədi var" Bu gün, 16:48 DÇ-2026: Ən çox qolu kim vurub? Bu gün, 15:50 Azərbaycanda üç ölkənin qatılacağı hərbi təlimin planlaşdırma konfransı keçirilib Bu gün, 15:50 Azərbaycanda parklanma yerlərinin minimum kvotası təsdiqləndi Bu gün, 15:50 Neft anbarlarının layihələndirilməsi ilə bağlı yeni normalar təsdiqləndi Bu gün, 15:49 Bakı–Balakən-Bakı sərnişin qatarının fəaliyyəti müvəqqəti dayandırılacaq Bu gün, 15:49 Xırdalandakı Heydər Parkında ağaclar quruyur - SƏBƏB AÇIQLANDI Bu gün, 15:49 Şabranda kişini elektrik cərəyanı vuraraq öldürüb Bu gün, 15:48 Messi: "Bu komandanın etdikləri inanılmazdır - artıq beşinci finalımızdır" Bu gün, 15:48 Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatına həsr olunmuş mətbuat konfransı keçirilib Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR