
Opta superkompüteri 2026-cı il FIFA Dünya Kubokunu qazanmaq üçün ən çox favorit olanları açıqlayıb.
AVESTA.AZ xəbər verir ki, proqnoza görə, İspaniya 17% ilə Dünya Kubokunu qazanmaq üçün əsas namizəddir. Fransa ikinci yerdə (14,1%), İngiltərə isə 11,8% ilə üçüncü yerdədir.
Hazırkı dünya çempionu Argentina 8,7% ilə dördüncü yerdədir. İlk 10-luğu Almaniya (7,1%), Portuqaliya (6,6%), Braziliya (5,6%), Hollandiya (5,2%), Norveç (2,3%) və Kolumbiya (2%) izləyir.
2026-cı il FIFA Dünya Kuboku 23-cü FIFA Dünya Kubokudur və final turniri 2026-cı ilin iyun və iyul aylarında ABŞ, Kanada və Meksikada keçiriləcək. Finalın 19 iyula planlaşdırıldığı bildirilir. Əvvəlcə Dünya Kubokunun final mərhələsində adi 32 komandanın iştirakı planlaşdırılırdı, lakin 10 yanvar 2017-ci ildə FIFA prezidenti Canni İnfantino komandaların sayının 48-ə çatdırılacağını elan etdi.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.