
Elektrikli “X-57” buraxılış qurğusu ilə eksperimental təyyarənin ilk uçuşunun 2023-cü ilin sonuna qədər həyata keçirilməsi planlaşdırılır.
“AVESTA.AZ” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) başçısı Bill Nelson keçirdiyi mətbuat konfransında deyib.
“Biz elektriklə işləyən təyyarə üzərində işləyirik. Bu il “X-57”ni havalandıracağıq. O, müasir təyyarələrdən daha səssiz, səmərəli və ekoloji cəhətdən təmiz olacaq”, - o deyib.
Qeyd edək ki, NASA hələ 2016-cı ildə elektrikli təyyarə layihəsi üzərində iş gördüyünü açıqlamışdı. Artıq 2017-ci ildə sınaq uçuşu planlaşdırılıb, ancaq dəfələrlə ertələnib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.