12-08-2026, 14:48 5

Bakıda ən yüksək daşınmaz əmlak qiymətləri bu rayondadır - 18 min manat

Bakıda mənzil bazarında qiymət artımı davam edir. Bakı üzrə mənzillərin bir kvadratmetrinin orta satış qiyməti təxminən 4 min manat civarındadır.

BAKU.WS xəbər verir ki, bunu iqtisadçı ekspert, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyib.

Onun sözlərinə görə, son iki-üç ayda mənzillərin həm satış, həm də kirayə qiymətlərində dəyişiklik müşahidə olunub:

"İlk növbədə onu bildirərdim ki, Bakı şəhərində Azərbaycan əhalisinin urbanizasiyası, yəni bölgələrdən Bakıya axını ilə əlaqədar hazırda demək olar ki, nə kirayə bazarı, nə də alqı-satqı bazarı tam tələbatı qarşılayır. Qiymət artımının əsas səbəblərindən biri də məhz budur".

Ekspert bildirib ki, ilin ilk altı ayında daşınmaz əmlak bazarında müəyyən passivlik hökm sürsə də, qiymət artımının tendensiyası və dinamikası davam edib.

"Qiymət artımı tələb və təkliflə əlaqəlidir. Eyni zamanda buna mənzillərin investisiya cəlbediciliyi, inflyasiya amili, urbanizasiya, tikinti materiallarının və işçi qüvvəsinin qiymətlərinin artması, tikinti prosesinin özünün bahalaşması, normaların sərtləşməsi və digər bu kimi amillər də təsir göstərir. Bunlar təbii ki, mövcud durumda qiymət artımına gətirib çıxarır", - deyə V.Oruc qeyd edib.

Bakıda ən yüksək daşınmaz əmlak qiymətləri bu rayondadır - 18 min manat

O bildirib ki, hazırda Bakıda ən yüksək satış qiymətləri Nəsimi rayonunda qeydə alınır.

"Bakıda ən yüksək satış qiymətləri Nəsimi rayonunda qeydə alınıb. Təqribən bir kvadratmetrinin satış qiyməti 17-18 min manat aralığında təklif olunub. Orta hesabla götürsək, bir kvadratmetrin dəyəri Bakı üzrə təqribən 4 min manat civarındadır. Bu da kifayət qədər böyük rəqəmdir və ötən qiymətlərə nisbətən təqribən 10 faiz civarında artımın baş verdiyini göstərir. Bu proses davam edəcək", - ekspert vurğulayıb.

V.Orucun sözlərinə görə, qiymət artımının daha sürətli olduğu seqmentlər torpaq sahələri və karkas, yəni təməl-bünövrə mərhələsində olan tikililərdir.

"Bu da yeni torpaq sahələrinin qiymətinin artması, torpaq sahələrinin məhdudluğu, tikinti materiallarının və işçi qüvvəsinin qiymətlərinin yüksəlməsi, son olaraq isə yeni standartlarla mənzillərin və binaların tikintisində normativlərin sərtləşdirilməsi ilə əlaqədardır. Müasir tələblər daha yüksək xərclərə səbəb olur", - deyə o əlavə edib.

Şahanə Xankişiyeva

Paylaş

Xəbər lenti

Almaniya Litvaya hərbi qüvvələr göndərir Bu gün, 18:48 Əməkhaqlarının artırılması tibb işçilərinin əməyinə verilən yüksək diqqət və qayğının göstəricisidir - RƏY Bu gün, 18:48 Deputat: "Mehriban Əliyevanın təşəbbüsü güclü səhiyyə sisteminin formalaşmasına mühüm töhfədir" Bu gün, 18:48 Bakının bu məktəbi tamamilə dəyişir - 624 şagird üçün YENİ BİNA Bu gün, 18:48 Turan Zeynallı: Əməkhaqlarının artırılması ilə səhiyyə işçiləri gələcəyə daha böyük inamla baxacaqlar Bu gün, 18:48 Həkim-pediatr: "İşimizin qiymətləndirildiyini hiss etmək bizə əlavə güc və motivasiya verir" Bu gün, 18:48 Rusiya Kiyev və Odessa yaxınlığına yeni zərbələr endirib Bu gün, 17:48 Bakı və Abşeronda iqlim dəyişir - Bizi nə gözləyir? Bu gün, 17:48 Aİ-də Rusiyanın 200 milyard avroluq aktivləri ilə bağlı yeni plan hazırlanıb Bu gün, 17:48 "Nizami" metrostansiyası qarşısında avtobus dayanacağı ərazisi uzadılıb Bu gün, 17:48 Qısaldılmış iş vaxtının kimlərə şamil olunduğu açıqlanıb Bu gün, 17:48 "Neftçi" Kenan Piriçlə müqaviləyə xitam verib Bu gün, 17:48 Niderland səfirliyi ölkə vətəndaşının Şəkidə xilas edilməsinə görə Azərbaycana təşəkkür edib Bu gün, 17:48 Bakının bu küçələri TƏMİRƏ BAĞLANIR Bu gün, 17:48 Odlu silahdan yaralanan çoban öldü Bu gün, 17:48 Xətai rayonunda mənzil bir neçə şəxsə satılıb: Paraatlet şikayətçidir - VİDEO Bu gün, 17:48 Lavrov NATO-ya Arktikadakı fəallığı ilə bağlı xəbərdarlıq edib Bu gün, 16:48 Messi yığma karyerasını başa vurdu – DÇ-2026-dan sonra daha hansı ulduzlar getdi? Bu gün, 16:48 NATO və Azərbaycan minatəmizləmə üzrə yeni layihələr həyata keçirə bilər Bu gün, 16:48 Rusiya Kiyev və Odessa yaxınlığında yeni zərbələr endirib Bu gün, 16:48 Bakıda mənzillərin qiyməti nə üçün durmadan BAHALAŞIR? - SƏBƏB Bu gün, 15:48 ADY Bakı–Tbilisi qatarına bilet satışı ilə bağlı xəbərdarlıq edib Bu gün, 15:48 DİN-dən XƏBƏRDARLIQ: "Dövlət qurumlarının adından edilən zənglərə aldanmayın" Bu gün, 15:48 "Azercell" təhsildə innovativ yanaşmaların tətbiqini dəstəkləyir Bu gün, 15:48 Kiberpolis süni intellektlə MİDA-nın adından saxta müqavilələr hazırlayan şəxsləri aşkarlayıb Bu gün, 15:48 Türkiyə iqtisadiyyatının artımı 2020-ci ildən bəri minimuma düşüb Bu gün, 15:48 Beyni qoruyan hobbilər AÇIQLANDI - demensiya riskini azalda bilər Bu gün, 15:48 Daşınmaz əmlaka yatırım etmək istəyənlər üçün yeni imkan – ƏTRAFLI Bu gün, 15:48 İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzalayıb Bu gün, 14:48 İlham Əliyev Çinin Baş prokurorunu qəbul edib Bu gün, 14:48 Səmada nadir təbiət hadisəsi baş verəcək: Bakıdan necə izləməli? Bu gün, 14:48 İlham Əliyevdən "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə bağlı FƏRMAN Bu gün, 14:48 İlham Əliyev BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul edib Bu gün, 14:48 Bakıda "cin çıxaran" qadın saxlanıldı: Cinayət işi açıldı Bu gün, 13:48 Pezeşkianın təyyarəsi təcili eniş edib Bu gün, 13:48 Göyçayda narkotiklərin satışı ilə məşğul olan şəxs saxlanıldı Bu gün, 13:48 Polşada ibtidai siniflərdə telefon istifadəsinə qadağa qoyuldu Bu gün, 13:48 Bakıda 57 yaşlı kişi skuterdən yıxılıb öldü Bu gün, 13:48 Qəbələdə 29 yaşlı qadın hovuzda boğularaq ölüb Bu gün, 13:48 Səudiyyə Ərəbistanı Azərbaycanda minatəmizləmə işlərinə 3 milyon dollar ayırıb Bu gün, 13:48 Anar Bayramov: Daha çox iş görən həkimlər daha çox əməkhaqqı almalıdır Bu gün, 12:48 ANAMA: Ötən il 69,206 ha ərazinin minadan təmizlənməsi ölkə üçün ən yüksək nəticədir Bu gün, 12:48 Həkimlərin maaşı 3 000 manata çatacaq – YENİ SİYAHI Bu gün, 12:48 Anar Bayramov: Yeni islahat regionlara ixtisaslı həkimlərin cəlb olunmasına çox böyük dəstək olacaq Bu gün, 12:48 72 min tibb işçisinin maaşı artırılır - Yeni sistem nəyi dəyişəcək? Bu gün, 12:48 Nepalda sel fəlakətində ölənlərin sayı 1114-ə çatıb Bu gün, 12:48 Tibb işçilərinə ŞAD XƏBƏR - Maaş artımının əsas səbəbləri AÇIQLANDI Bu gün, 12:48 Bakıda 30, rayonlarda 32 dərəcə isti olacaq Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR