
Rusiyanın Birobcan şəhərində 33 yaşlı kişi yeni tanış olduğu qadını öldürməkdə şübhəli bilinərək saxlanılıb.
BAKU.WS xəbər verir ki, hadisə sentyabrın 6-na keçən gecə baş verib.
Məlumata görə, şübhəli qadını spirtli içki içmək üçün evinə dəvət edib. Bir müddət sonra tərəflər arasında mübahisə yaranıb. Kişi qadını boğaraq öldürüb.
İzi itirmək məqsədilə meyiti hissələrə ayıran şübhəli qalıqları şəhərin müxtəlif ərazilərinə atıb.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.