
Zərdabda yol qəzası baş verib, 5 nəfər yanaraq ölüb.
AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, qəza gecə saatlarında Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb.
Belə ki, "KİA" markalı minik maşını hərəkətdə olarkən traktorla toqquşub.
Bu zaman avtomobildə anidən yanğın başlayıb. Qəza zamanı avtomobildə olan 5 nəfər yanaraq ölüb.
Zərdabda baş verən qəzada ölənlərin adları bunlardır: Minik avtomobilinin sürücüsü 1989-cu il təvəllüdlü Elyar Qalib oğlu Məhəmmədov, 1954-cü il təvəllüdlü Qalib Soltan oğlu Məhəmmədov, 1981-ci il təvəllüdlü Susanna Namizəd qızı Məhəmmədova, 1956-cı il təvəllüdlü Səkinə Sədulla qızı Məhəmmədova və 1979-cu il təvəllüdlü Mehriban Zabit qızı Kərimovadır.
1997-ci il təvəllüdlü Reyhan Nəsib qızı Məhəmmədova isə hadisə zamanı xəsarət alıb.
Hadisə yerinə rayonun hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.