
“İsveç artıq radikallığı seçibsə, İslama qarşı çıxırsa, bu, onun öz işidir”.
“AVESTA.AZ” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Türkiyəyə nəyisə izah etməyə ehtiyac yoxdur: “İsveç NATO-ya üzv olmağı istəyib-istəmədiyini konkretləşdirməlidir. Ümumiyyətlə, İsveçdəki hadisənin məqsədi bu ölkənin Alyansa üzvlüyünə mane olmaqdır”.
M.Çavuşoğlu hesab edir ki, İsveçin NATO-ya üzvlük yoluna mina düzülür: “Belə olan halda Finlandiyanın da iştirakı ilə üçtərəfli görüş nəticə verməz”.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.