
Ötən gecə İmişlidə ağır yol qəzası baş verib.
AVESTA.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, saat 23 radələrində İmişli şəhəri ərazisində "Mercedes" və "Toyota" markalı avtomobillər toqquşub.
Nəticədə, 2 nəfər vəfat edib, daha 5 nəfər isə xəstəxanaya aparılıb.
Faktla bağlı İmişli RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.