1-05-2022, 10:28 926

Bu gün 19 mindən çox şagird buraxılış imtahanı verəcək -
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Bakı şəhərinin Suraxanı, Nizami, Pirallahı rayonlarında, Ağstafa, Kürdəmir, Qəbələ, Quba (II hissə), Masallı (II hissə), Salyan, Samux, Yardımlı rayonlarında, Yevlax şəhərində, həmçinin Bakı şəhərində yerləşən xüsusi məktəblərin – internat məktəbləri, eşitmə pozulmaları və danışma, görmə əngəlli şagirdlər üçün xüsusi məktəblər, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrində olan məktəblər, tədrisi ingilis və fransız dilində olan məktəblərin şagirdləri üçün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək.
 
Çilov adasında yerləşən 131 nömrəli  məktəbə imtahan rəhbəri və materialların daşınması Azneft İstehsalat Birliyinin helikopteri vasitəsilə həyata keçirilir.
 
İmtahanda 19 278 şagirdin iştirakı nəzərdə tutulur.
 
İmtahanda 42 nəfər fiziki məhdudiyyətli (gözdən əlil, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Eşitmə əngəlli şagirdlər üçün onların dinləmə ilə bağlı qüsurları nəzərə alınaraq xüsusi test kitabçaları hazırlanıb. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.
 
İmtahan saat 11:00-da başlanır.
 
İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.
 
Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
 
- İmtahana buraxılış vərəqəsi;
 
-  Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edirsiniz və imzalayırsınız. İmtahana buraxılış vərəqəsi şagirdin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır);
 
-  Şəxsiyyəti təsdiq edən sənədin əsli:
 
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
 
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
 
-   Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
 
Xatırladaq ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 100 imtahan binası, 1 494 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 100 ümumi imtahan rəhbəri, 253 imtahan rəhbəri, 1 883 nəzarətçi-müəllim, 168 buraxılışı rejimi əməkdaşı (mühafizə) və 100 bina nümayəndəsi ayrılıb.

 

Paylaş

Xəbər lenti

Azərbaycan neftinin qiyməti 123 dollara düşüb Bu gün, 11:48 Mbappe Fransa millisindən ayrıldı Bu gün, 11:48 Axtarışda olan 198 nəfər tutulub Bu gün, 11:48 Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində ikinci əsas yarış başlayıb Bu gün, 11:48 Azərbaycan və Rusiya Baş nazirlərinin müavinləri iqtisadi əlaqələri müzakirə edib Bu gün, 11:48 "Formula 2": Con Bennett Bakıdakı ikinci əsas yarışda mübarizəni erkən dayandırıb Bu gün, 11:48 II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda sənədlər mübadilə edilib Bu gün, 11:48 Komitə sədri: "Şəhərlərimizin əksəriyyətinin 20 illik inkişaf planı hazırdır" Bu gün, 11:48 Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti əməkdaşlarının peşə bayramı qeyd olunur Bu gün, 10:49 Prezident: Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür Bu gün, 10:49 Prezident İlham Əliyev İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edib Bu gün, 10:48 Prezident: "Otuz il əvvəl bağlanılmış müqavilələr hələ də toxunulmazdır" Bu gün, 10:48 İlham Əliyev: "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir" Bu gün, 10:48 "Global Infrastructure Partners"in təsisçisi: "Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim" Bu gün, 10:48 Narkotiki şaftalı adı ilə gömrükdən keçirmək istəyənlər İFŞA OLUNDULAR Bu gün, 10:48 "Fənərbağça"ya FIFA-dan 3 dövrlük transfer qadağası Bu gün, 10:48 Azərbaycan Prezidenti: "ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür" Bu gün, 10:48 Trilyonluq büdcəsi olan şirkətlər Azərbaycandadır Bu gün, 10:48 Azərbaycan və Seneqal arasında siyasi məsləhətləşmələrə dair memorandum imzalanıb Bu gün, 09:48 Ceyhun Bayramov: Azərbaycan Orta Dəhlizin davamlı modernləşdirilməsi üçün etibarlı mərkəzdir Bu gün, 09:48 Ceyhun Bayramov Antonio Quterreşlə Azərbaycanın BMT-də fəal iştirakını müzakirə edib Bu gün, 09:48 Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış edib Bu gün, 09:48 Ceyhun Bayramov: Biz hazırda de-fakto sülhə nail olmuşuq Bu gün, 09:48 Qaradağ rayonunda vulkan püskürüb Bu gün, 09:48 İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edir Bu gün, 09:48 Azərbaycan Prezidenti: "Ölkəmizdə çox yaxşı investisiya mühiti var" Bu gün, 09:48 İlham Əliyev: Azərbaycan iqtisadiyyatı çox böyük potensiala malikdir Bu gün, 09:48 İlham Əliyev: Xarici borcumuz çox aşağı səviyyədədir, biz onu bir gündə sıfırlaya bilərik Bu gün, 09:48 Prezident: "Xəzər dənizində "yaşıl enerji" ilə bağlı 160 giqavatlıq potensialımız var" Bu gün, 09:48 İlham Əliyev: "Bu gün 2 mühüm sənəd imzalanacaq" Bu gün, 09:48 İlham Əliyev: "Azərbaycanda qazlaşdırma səviyyəsi 96 %-dir" Bu gün, 09:48 Prezident: Daxili siyasətin əsas prioritetlərindən biri ərzaq təhlükəsizliyinin təmin edilməsidir Bu gün, 09:48 ABŞ-nin müdafiə nəhəngləri Bakıya gəlirlər Bu gün, 00:48 "Təzə evlənmişdi, ailəmiz məhv oldu" - Tələbə dostunun toyuna gedən İlkinin müəmmalı sonu Bu gün, 00:48 ÜST rəhbəri yeni pandemiyanın qaçılmaz olduğunu bildirib Dünən, 23:48 Evdə hazırlanan qidaların satışı ilə bağlı yenilik bahalaşmaya səbəb olacaq? Dünən, 23:48 BASF şirkəti rəqibi "Evonik"i 8 milyard avroya ala bilər Dünən, 23:48 Kanadanın XİN rəhbəri: Ottava Aİ-yə tamhüquqlu üzv olmağa can atmır Dünən, 23:48 Bank kartları ilə bağlı VACİB AÇIQLAMA – Müştərilərə xəbərdarlıq Dünən, 22:48 Parlament Anım Günü ilə əlaqədar Bəyanat qəbul edəcək Dünən, 22:48 Səidcəmşid Cəfərov Avropa çempionu olub - boksçularımızdan Sofiyada 5 medal Dünən, 22:48 Ceyhun Bayramov ATƏT-in baş katibi ilə regional təhlükəsizliyi və sülh prosesini müzakirə edib Dünən, 22:48 Rusiyaya gedən İran qazı Azərbaycandan keçəcək Dünən, 22:48 "Bloomberg": Tramp Zelenskiyə Putinlə danışıqlar üçün Moskvaya getməyi təklif edib Dünən, 22:48 Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi Dünən, 22:48 Trampın BMT-dəki çıxışı İranda QALMAQAL YARADIB: Heyət zalı tərk edib, bir nəfər qalıb... Dünən, 22:48 Şair Ramaldanov: Ermənistanın qeyri-konstruktiv mövqeyi antiterror əməliyyatına gətirib çıxardı Dünən, 21:48 AIIF 2026-da Orta Dəhliz haqqında panel sessiya olub Dünən, 21:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR