
Lənkəranda avtomobil piyadanı vuraraq ağır xəsarət yetirib.
“'AVESTA.AZ”un cənub bürosu xəbər verir ki, hadisə rayonunun Qumbaşı kəndi ərazisində qeydə alınıb.
Avtomobilin vurduğu piyada,1988-ci il təvəllüdlü Əzimov İlkin Natiq oğlu ağır vəziyyətdə Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Yaralıya ağır kəllə-beyin travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.