
Yevlax rayonunun Aran qəsəbəsində ölümlə nəticələnən yol qəzası baş verib.
"AVESTA.AZ"un Qərb bürosunun məlumatına görə, "VAZ-21015" markalı minik avtomobili ilə digər avtomobil toqquşub.
Nəticədə "VAZ-21015"in sürücüsü ağır xəsarət alıb və xəstəxanaya aparılıb.
Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.